Məhkəmə qərarları › İş №2(103)-7379/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7379/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7379/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdehiştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2439/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********14790 olan “LG M” markalı telefon üçün 364 (üç yüz altmış dörd) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu, ümumilikdə və 400 manat borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat məbləğində pulun Cavabdeh tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********14790 “LG M”markalı telefon almış nə nəticədə 400 (dörd yüz) manat borc yaranmışdır. Caavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (yəni 12 ay x 51 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********14790 “LG M”markalı telefon üçün ümumilikdə 400 (dörd yüz) manat olmaqla, ondan 364 (üç yüz altmış dörd) manat ödənilməmiş hissə, 122 manat (0.51 manat x 240 gün) cərimə hesablanmış, lakin müştəriyə güzəşt olunaraq 36 (otuz altı) manat cərimə pulu borcu yaranmışdırş. Cavabdehin cəmi ödədiyi məbləğ 248 manat təşkil edir. Ödəniş cədvəlinin 3.3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2439/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 364 manat əsas, 36 manat cərimə borcu olmaqla ümumilikdə 400 manat məbləğində pul vəsaitinin tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat məbləğində pulun Cavabdeh tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2439/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Ona görə də ləğv edilməli və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ona “LG M” markalı mobil telefon 51 manat ayda ödəmək şərti ilə verilmişdir. Bir müddət sonra mobil telefonda problem yaranmış, telefon işləməmiş və o, bu barədə cavabdeh tərəfə bildirmiş, cavabseh isə servisə təhvil verməyi ona bildirmiş, servisdə təmir edilməsi mümkün olmadığı və bu səbəbdən də ona yeni bir telefon vermək barədə vəd vermişlər. Mobil telefon iddiaçı tərəfindən təhvil götürüldüyündən onun iddiaçı qarşısında öhdəliyi qalmamışdır. Məhkəmədə işə baxılarkən ona bildiriş göndərilməmiş, iştirakı təmin edilməmişdir və işə onun iştirakı olmadan baxılmışdır. Bununla da o, etiraz etmək, sübutları təqdim etmək hüququndan məhrum edilmişdir. Apelyasiya şikayətində Binəqədi Rayon Məhkəməsinin 2(001)-2439/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qeyd etdi ki, “xxxxxxxxxxx” MMC ilə aralarında xx.xx.2017-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, dəyəri 612 manat olan “LG M”markalı mobil telefon almışdır. Həmin müqavilənin şərtlərinə əsasən aldığı telefonun dəyərini ayda 51 manat olmaqla 12 ay müddətinə ödəməli idi. Telefonu aldıqdan sonra birinci ayın pulunu, yəni 51 manat ödəniş etmişdir. Bir müddət sonra mobil telefonda problem yarandığından iddiaçı təşkilata müraciət edərək telefonda olan qüsur barədə məlumat vermişdir. Bundan sonra “LG M”markalı mobil telefonu təhvil verərək qarşılıqlı razılaşma əsasında dəyəri 711 manat olan yeni “J-5”markalı başqa mobil telefon götürmüşdür. Götürdüyü “J-5” markalı mobil telefon üçün isə 486 manat pul ödəmişdir. Əvvəlcədən isə 51 manat ödədiyi üçün onun “xxxxxxxxxxx” MMC-yə cəmi 174 manat borcu qalmışdır. Belə ki, 486 + 51 = 537 manat pul tərəfindən tam ödənilmiş və cavabdehə cəmi 174 manat, yəni 711 - 537 = 174 manat borcu qalmışdır. İddiaçı “xxxxxxxxxxx” MMC əsassız olaraq geri qaytardığı və işlək vəziyyətdə olmayan “LG M”markalı mobil telefonun pulunu ondan tələb edir. Bu isə qanunsuz və əsassızdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2439/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ondan 174 manat məbləğində pulun iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qeyd etdi ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 211887 saylı, xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 612 manat dəyərində İMEİ kodu **********14790 olan “LG M”markalı mobil telefon ayda 51 manat ödəmək şərti ilə 12 ay müddətinə cavabdehə satılmışdır. Həqiqətən də bir müddət sonra cavabdeh aldığı telefonu iddiaçı təşkilata təqdim edərək telefonda qüsur olduğunu bildirmişdir. Mütəxəssislər tərəfindən telefona baxış keçirilmiş və cavabdehə telefonda olan qüsurun aradan qaldırılması mümkün olduğu bildirilmişdir. Belə ki, telefonda yaranmış qüsur cavabdehin öz təqsiri üzündən, yəni ehtiyatsız davranması nəticəsində yaranmışdır. Lakin, Cavabdeh təmir edilmiş telefondan imtina etmiş və ona dəyəri 711 manat olan yeni “J-5”markalı başqa mobil telefon verilmişdir. Qeyd olunan İMEİ kodu **********14790 olan “LG M”markalı mobil telefonda aşkar olunmuş qüsur aradan qaldırılaraq dəyərindən aşağı qiymətə, yəni 225 manata başqa müştəriyə satılmışdır. Hazırda cavabdehin 400 (dörd yüz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən dəyəri 612 manat olan “LG M”markalı telefon üçün cavabdehin ümumilikdə 400 manat, yəni 364 manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə borcu yaranmışdırş. Ödəniş cədvəlinin 3.3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin ödədiyi 486 manat isə onun aldığı ikinci telefona, yəni 711 manat dəyərində olan “J-5” markalı mobil telefona aiddir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2439/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasıbarədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir”. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi Davud Həşimovun və Cavabdeh izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2439/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 211887 saylı, xx.xx.2017-ci il tarixli əşyanın nisyə satılması haqqında müqaviləyə əsasən, 612 manat dəyərində İMEİ kodu **********14790 olan “LG M 250 K 10” markalı mobil telefon, ayda 51 manat ödəmək şərti ilə 12 ay müddətinə cavabdehə satılmışdır. Birinci ay üçün nəzərdə tutulmuş 51 manat aylıq ödəniş Cavabdeh tərəfindən ödənildikdən sonra “LG M 250 K 10” markalı mobil telefonda cavabdeh tərəfindən qüsur aşkar edildiyindən həmin telefon iddiaçı təşkilata geri qaytarılmış və əvəzində cavabdehə 711 manat dəyərində “J-5” markalı başqa mobil telefon verilmişdir. Cavabdeh aldığı 711 manat dəyərində “J-5” markalı mobil telefon üçün ödəməli olan məbləğdən 486 manatını ödəmişdir. Əvvəlki telfon üçün isə 51 manat ödəniş etdiyindən cavabdehin hazırda iddiaçı təşkilata ümumilikdə 174 manat borcu qalmışdır. Bu baхımdan məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud оlmuş xx xxxxxxxx 2017-ci il tarixli, 211887 saylı əşyanın nisyə satılması haqqında müqaviləni əsas götürməklə, Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl оlunmaması qənaətinə gəlməkdə haqlı оlmuşdur. Belə ki, iş materiallarında olan, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmışxx xxxxxxxx 2017-ci il tarixli, 211887 saylı əşyanın nisyə satılması haqqında Müqavilənin surətindən görünür ki, həmin Müqaviləyə əsasən 612 manat dəyərində İMEİ kodu **********14790 olan “LG M 250 K 10” markalı mobil telefon, ayda 51 manat ödəmək şərti ilə 12 ay müddətinə Cavabdeh satılmışdır. İş materiallarında olan, xx.xx.2017-ci il tarixli, 211887 saylı əşyanın nisyə satılması haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı“LG M 250 K 10” markalı mobil telefonun dəyəri olan 612 manat pulu hər ay 51 man ödəmək şərti ilə 12 ay müddətinə iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, məhkəmə iclası zamanı tərəflərin verdiyi izahatlardan aydın olmuşdur ki, mübahisə predmeti olan və 612 manata cavabdehə satılmış “LG M 250 K 10” markalı mobil telefonda qüsur aşkr olunduğundan həmin mobil telefon cavabdeh tərəfindən iddiaçı təşkilata geri qaytarılmış, əvəzində cavabdehə 711 manat dəyərində “J-5” markalı mobil telefon verilmişdir. Cavabdeh aldığı 711 manat dəyərində “J-5” markalı mobil telefon üçün ödəməli olan məbləğdən 486 manatını ödəmişdir. Əvvəlki telfon üçün isə 51 manat ödəniş etdiyindən cavabdehin hazırda iddiaçı təşkilata ümumilikdə 174 manat borcu qalmışdır. Bu hal iddiaçı təşkilatın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla da tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanun normalarının tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh 364 manat əsas, 36 manat cərimə borcu olmaqla, ümumilikdə 400 manat pulun tutulması hissəsində maddi hüquq normaları düzgün tətbiq edilsə də, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadığından, prosessual normaların tələbləri pozulmuş, həmin hissədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Bununla belə, tərəflər arasında sərbəst iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə yaranan öhdəliyi tam icra etməmişdir. Bununla da müqavilə üzrə öhdəlik tam icra edilməmişdir. Halbuki həm qanunvericiliyin tələbləri baxımından, həm də tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh müqavilənin şərtlərini icra etməməyə görə məsuliyyət daşıyır. Məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx xxxxxxxx 2017-ci il tarixli, 211887 saylı əşyanın nisyə satılmasına dair müqavilə üzrə borcun 174 manat təşkil etməsi cavabdeh tərəfindən etiraf edildiyindən və iddiaçının nümayəndəsi tərəfindən qəbul edildiyindən, iddia tələbi üzrə 400 manat həddində müəyyən edilmiş borc məbləği azaldılaraq 174 manat həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kоllegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2439/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi, Cavabdeh apelyasiya şikayətinə əsasən qətnanənin ləğv оlunmasına dair hissədə qismən təmin edilə bilər. Məhkəmə kоllegiyası eyni zamanda hesab edir ki, Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən ona bildiriş göndərilmədiyini, iştirakının təmin edilməyərək, işə onun iştirakı olmadan baxıldığını, bununla da etiraz etmək, sübutları təqdim etmək hüququndan məhrum edildiyini göstərsə də həmin halları əsaslandıran sübutları apelyasiya şikayətinə əlavə etmədiyindən, həmçinin apelyasiya məhkəməsində iştirak edərkən məhkəməyə təqdim etmədiyindən həmin dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan zərfdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh ünvanına Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinin tələblərinə uyğun bildiriş göndərilmiş, lakin həmin ünvanda heç kim yaşamadığından bildiriş geri qayıtmışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prоsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilr ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx xxxxxxxx 2017-ci il tarixli, 211887 saylı əşyanın nisyə satılmasına dair müqavilə üzrə borcun 174 manat təşkil etməsi cavabdeh tərəfindən etiraf edildiyindən və iddiaçının nümayəndəsi tərəfindən qəbul edildiyindən, iddia tələbi üzrə 400 manat həddində müəyyən edilmiş borc məbləği azaldılaraq 174 manat həddində müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək, cavabdehin və iddiaçının nümayəndəsinin izahatını dinləyib, Cavabdeh apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun deyil və birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normasının pozulması ilə qəbul edilmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.4 və 386-cı maddələrinə əsasən məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsas sayıldığından, verilmiş apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi хahiş оlunduğundan, apelyasiya şikayəti məhkəmə qətnaməsinin ləğv edilməsinə dair hissədə qismən təmin edilməli, mülki iş üzrə məhkəmə qətnaməsi apelyasiya şikayətinə əsasən cavabdehdən xx xxxxxxxx 2017-ci il tarixli, 211887 saylı əşyanın nisyə satılmasına dair müqavilə üzrə 364 manat əsas, 36 manat cərimə borcu olmaqla, ümumilikdə 400 manat pulun tutulması hissəsində ləğv ediməli, Cavabdeh tutulmalı olan borcun məbləği 174 (bir yüz yetmiş dörd) manat məbləğində müəyyən edilməli, Cavabdehdan xx xxxxxxxx 2017-ci il tarixli, 211887 saylı əşyanın nisyə satılmasına dair müqaviləüzrə cəmi 174 manat məbləğində pul alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizədən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 400 (dörd yüz) manat təşkil edir. Həmçinin iş üzrə məhkəmə xərci, ərizə verilərkən dövlət rüsumu kimi “xxxxxxxxxxx” MMC tərəfindən ödənilmiş 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2439/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixli, 211887 saylı əşyanın nisyə satılmasına dair müqavilə üzrə 174 manat məbləğində pul alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ərizə verilərkən dövlət rüsumu kimi “xxxxxxxxxxx” MMC tərəfindən ödənilmiş 20 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar