Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7381/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin tarixli, 2(010)-4994/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə ərizə ilə müraciət edərək, X2 5300 manat Kapital Bankdan götürdüyü pulu və əvəllər ona nağd şəkildə verdiyi 6000 manatı və 30 manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4994/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, cavabdehin faktiki yaşayış ünvanı Suraxanı rayon olduğundan məhkəmə aidiyyatının Suraxanı rayonunda saxlanılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh X5 və onun himayəsində olan 2 azyaşlı övladı ilə ünvan 2 ünvanında yaşayır. 15 yaşındakı qızı Zeynəb Suraxanı rayon 4 nömrəli məktəbə gedir. Himayəsində olan Azad adlı oğlu psixoloji xəstədir və o da Bakı şəhərində müalicə alır. Cavabdeh Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olsa da faktiki olaraq Bakı şəhəri Suraxanı rayonunda ailəsi ilə birlikdə yaşayır. Eyni zamanda cavabdeh birlikdə fəaliyyət göstərdikləri yer Suraxanı rayonu olmuş ödənişlər Suraxanı rayonu ərazisində baş vermiş, məsələ ilə əlaqəli şəxslər Suraxanı rayonu ərazisində yaşayırlar. İşin obyektiv araşdırılması üçün Suraxanı rayon məhkəməsində işin araşdırılması daha məqsədəuyğundur. Asağıdakı məsələlərə görə hesab edir ki, hazırkı işə Suraxanı rayon məhkəməsində baxılmalıdır. Telefon nömrəsi ilə onun telefon nömrəsinə “Əzimov Eldəniz gəlib bankın pulunu ödəyəcək” yazısı göndərilmişdir. Qeyd olunan faktın araşdırılması üçün məhkəmə sorğunun Bakı şəhərində verilməsi, Kapital Bankda ona kreditin verilməsi “Stop” qoyulduğu halda, Cavabdeh tərəfindən bu məsələ onun bankdakı tanış İlqar adlı şəxs tərəfindən ləğv edilmişdir. Qeyd olunan faktın araşdırılması, Kapital bankdan götürdüyü beş min üç yüz manatın hansı bankomatdan çıxarıldığı barədə faktın araşdırılması, cavabdehin 15 yaşlı qızının Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsində orta məktəbə getdiyi və onun yanında olan bəzi məsələlərin aydınlaşdırılması üçün məktəblinin izahatının Suraxanı rayonunda alınması, mübahisələrinin predmetlərindən olan qızıl briliyant qaşlı üzüyün ödənişinin onun tərəfindən ödənilərək götürülməsi faktının araşdırılması üçün lombardın əməkdaşının dindirilməsini, iş üzrə şahidlərin Bakı şəhərində yaşaması və onların dindirilməsinin daha rahat aparılmasını, cavabdeh və onun tanışı Qurban adlı şəxsin ona məxsus avadanlıqların Suraxanı rayonunun ərazisindən götürülərək Yasamal rayonuna aparılması faktının araşdırılması və lazımı şəxslərin dindirilməsi, 2- ci qrup Qarabağ müharibəsi əlilidir və Naxçıvan Muxtar Respublikasına getməyi üçün əziyyət olmasının nəzərə alınmasıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4994/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4994/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh rəsmi qeydə alındığı ünvan Naxçıvan MR, Ordubad rayonunda yerləşdiyindən, həmin işə ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsində baxılması mümkün olmadığından iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin tarixli, 2(010)-4994/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-7381/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7381/2023
06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver