Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-739/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(007)-2701/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(055)-155/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh birgə nikahdan olan övladları 24 may 2014-cü il təvəllüdlü X3 və 02 noyabr 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə faktiki nikah münasibətlərindən 24 may 2014-cü il təvvəlüdlü X5 və 02 noyabr 2016-cı il təvəllüdlü X6 adlı övladları doğulmuş, uşaqların barəsində cavabdehin atalığı müəyyən olunmuşdur. Saatlı Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(055)-155/2020 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 110 manat olmaqla cəmi 220 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın zəruri xərclərinin qarşılanmasına kifayət etmir. Bu səbəbdən də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(007)- 2701/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 24 may 2014-cü il təvəllüdlü X3 və 02 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Saatlı Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(055)-155/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək X2 qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 24 may 2014-cü il təvəllüdlü X3 və 02 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla ümumilikdə 260 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki hallarının tam araşdırılmaması və maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(007)-2701/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(055)-155/2020 nömrəli qətnaməsindən görünür ki, 24 may 2014-cü il təvəllüdlü X3 və 02 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat aliment tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, alimentin məbləğinin müəyyən edilməsi barədə Saatlı Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən və qüvvəyə minməsindən ötən müddət ərzində cavabdehin ailə və ya maddi vəziyyətində hər ay hər uşağa görə 175 manat məbləğində aliment ödəməyə imkan verəcək dərəcədə dəyişikliklərin olması barədə İddiaçı məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Cavabdehin avtomobil alveri ilə məşğul olaraq kifayət qədər qazanc əldə etməsi iddiaçının izahatından başqa hər hansı digər sübutla təsdiq olunmamışdır. Bundan əlavə, iddiaçının izahatından da görünür ki, cavabdehin hal-hazırda iddiaçıya ödənilməmiş aliment borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(007)- 2701/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-739/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-739/2022
11.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver