Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7390/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxxxxxx” Kommersiya BankıASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxxxxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət edərək 841,52 manat əsas borc, 119,40 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 446,04 manat müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu, 119,92 manat isə kredit üzrə müddət bitəndən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 1526,88 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən LPO “xxxxxxxx” Kommersiya Bankı ASC-nin Bərdə filialı ilə cavabdeh arasında bağlanmş xx.xx.2015-ci il tarixli 43 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2800 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin bəndlərinə əsasən kredit məbləğini və ona hesablanan faizləri kredit müqviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən hər ay sabit məbləğdə banka ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, hazırkı iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 1782/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı ləğv prosesində olan “xxxxxxxx” Kommersiya Bankı ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayon məhkəməsinə Ləğv prosessində olan “xxxxxxxx” X9 Səhmdar Cəmiyyətinin “Bərdə” filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 43 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 2800(iki min səkkiz yüz) manat məbləğində kredit verilməsi, xx.xx.2020-ci il tarixə Cavabdeh 841,52 (səkkiz yüz qırx bir manat 52 qəpik) manat əsas borc, 119,40 (bir yüz on doqquz manat 40 qəpik) manat müqavilə müddətinə hesablanmış faiz borcu, 446,04 (dörd yüz qırx altı manat 04 qəpik) manat müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu, 119,92 (bir yüz on doqquz manat 92 qəpik) manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 1526,88 (bir min beş yüz iyirmi altı manat 88 qəpik) manat borcu olmasına dair maliyyə arayışı təqdim edilmişdir.Bundan başqa, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh hesabına 2800 (iki min səkkiz yüz) manat məbləğində kredit köçürülmüş, həmin vaxtdan xx.xx.2016-cı il tarixədək, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə olmaqla 20 dəfə - hissəhissə ümumilikdə 2670 (iki min altı yüz yetmiş) manat kredit və faiz ödənişi həyata keçirilmişdir.Göstərilən xüsusatlar Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində krediti aldığını təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına görə X4 ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 43 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə müqavilə üzrə əsas borc 841.52 manat, müqavilə üzrə hesablanmış və tələb olunan faizlər 119,40 manat, müqavilə üzrə borcun geecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 446,04 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 119,92 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu 1526,88 manat təşkil edir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan bank cavabdehdən ümumilikdə 1526,88 manat məbləğində pulun onların xeyrinə tutulması tələbini Bankla cavabdeh arasında 2015-ci il tarixində kredit müqaviləsi bağlanması, lakin cavabdehin həmin müqavilə ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı əsaslandığı kredit müqaviləsini məhkəməyə təqdim edə bilməmiş, bu halı onunla əsaslandırmışdır ki, kredit müqaviləsi bankın filialı tərəfindən itirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 386.1-ci, 389.1-ci, 405.1-ci və 406.3-cü maddələrinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilənin bağlanmasını, həmçinin göstərilən məbləğdə pulun verilməsini sübut edən heç bir sənəd (kassa məxaric orderi) məhkəməyə təqdim olunmamışdır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Belə ki, müqavilə mövcud olmadığı təqdirdə cavabdehin nə vaxtsa, ödənişlər etməsini əsas gətirərək onun üzərinə mövcudluğu sübut olunmayan müqaviləyə görə hər hansı öhdəliyin qoyulması ədalətli deyildir. Həmin müqavilənin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışı və digər sənədlər isə öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X7 Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan “xxxxxxxx” Kommersiya Bankı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 1782/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-7390/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7390/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver