Məhkəmə qərarları › İş №2(103)-7390/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7390/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7390/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı “hüquqi varisin müəyyən edilməklə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Cavabdeh müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(006)-306/2008 nömrəli qərardadından ərizəçi Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı “hüquqi varisin müəyyən edilməklə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, İddiaçı iddianın təmin etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, 29 saylı evin 52 saylı mənzilin üzərinə həbsin qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 06-Do-1530/07 saylı qərardadı ilə vəsatət təmin edilmiş, Mustafayev Bakıxan Teymur oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, 29 saylı evin 52 saylı mənzilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-620/2009 saylı, 28.01,2009-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 306/2008 saylı, 05 mart 2008-ci il tarixli qətnaməsi Mustafayev Bakıxan Teymur oğlunun hüquqi varisləri Cavabdeh qızından 21522 manat məbləğində pul, X1 7174 məbləğində pul və X2 7174 manat pul tutulub İddiaçı verilməsinə dair hissədə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-179/2008 saylı, 07 mart 2008-ci il tarixli qətnamssi Cavabdeh "xxxx" ASC-nin xeyrinə kredit üzrə cəmi 53998 ABŞ dolları 04 sentin qətnamə icra olunan gün manata məzənnəsi və 4900 manat məbləğində pul tutulmasına dair hissədə ləğv edilməsi, İddiaçı cavabdehlər Mustafayev Bakıxan Teymur oğlunun hüquqi varisi Cavabdeh və başqalarına qarşı hüquqi varisi müəyyən edilməklə borcun qaytarılması tələbinə dair və iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun və faiz borcunun alınması, tələbin əmlaka yönəldilməsi, mənzildən istifadə qunun itirilməsi, mənzildən çıxarılma və mənzilin hərracdan satılmasına dair iddiaların qismən təmin edilməsi, Cavabdeh 35.870 manat alınaraq İddiaçı və "xxxx" ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-620/2009 saylı, 28.01,2009-cu il tarixli qətnaməsi xx.xx.2009-cu il tarixində qanuni qüvvəsini almış və Bakı şəhəri Nəsimi rayon Məhkəmə İcraçıları və Məhkəmə Nəzarətçiləri şöbəsinə göndərilmişdir. Hazırda Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 06-Do-l 530/07 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsini və həbsin götürülməsinə dair qərardadın icra edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-620/2009 saylı, 28.01,2009-cu il tarixli qətnaməsi xx.xx.2009-cu il tarixində qanuni qüvvəsini almış və Bakı şəhəri Nəsimi rayon Məhkəmə İcraçıları və Məhkəmə Nəzarətçiləri şöbəsinə göndərilmişdir. Hazırda Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 06-Do-l 530/07 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsini və həbsin götürülməsinə dair qərardadın icra edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(006)-306/2008 nömrəli qərardadı ilə ərizəçi Cavabdeh ərizəsi təmin edilməmişdir. Ərizəçi Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçı qismində ərizəyə baxılmasına cəlb edilmiş İddiaçı cavabdehin 29.000 manata yaxın borcunun göstərməsi real həqiqətə uyğun deyildir. Çünki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(103)-620/2009 saylı qətnaməsi ilə Cavabdeh 35.870 manat alınaraq İddiaçı və "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə (kredit müqaviləsi üzrə borcun və faiz borcunun alınması, tələbin əmlaka yönəldilməsi, mənzildən istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və mənzilin hərracdan satılması hissəsində) təmin edilməmişdir. İş üzrə cavabdeh olan hazırki ərizəçi Cavabdeh ərizəsində həmin halı qeyd etməklə göstərmişdir ki, ailə başçısını itirməyə görə ona təyin edilmiş pensiyadan 10 ilə yaxın müddətdə hər ay pensiyanın 50%-i icraçı tərəfindən tutularaq iddiaçılara ödənilmişdir. İş üzrə İddiaçı da ona bu müddət ərzində təxminən 6.000 manat ödənildiyini bildirmişdir. Bir o qədər məbləğ də ehtimal ki, digər iddiaçıya ödənilmişdir. Göründüyü kimi, məhkəmənin qərardadda İddiaçı cavabdehin 29.000 manata yaxın borcunun qalmasını göstərməsi reallığa uyğun deyildir. Çünki, İddiaçı məhkəmə qətnaməsi əsasında ödənilməli məbləğ 35.870 manatın yarısı, yəni 17.985 manat təşkil edir ki, həmin məbləğdən də müəyyən hissəsi ödənilmiş, qalan hissə isə icra məmuru tərəfindən cavabdehin ödəniş qabiliyyətinin olmaması səbəbindən icra edilə bilməmişdir. Məhkəmə məsələnin tam, obyektiv və ədalətli araşdırılması üçün ən azı icra məmurunun məhkəmə prosesinə cəlb etməli idi. Digər tərəfdən məhkəmə tərəfindən "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarının öz subyektiv mülahizəsinə əsasən şərh etməsini əsassız hesab edirlər. Göstərilənlərə əsasən iş üzrə cavabdehin müvəqqəti təminat tədbiri kimi əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizənin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(006)-306/2008 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(006)-306/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər; 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər; 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, müvəqqəti təminat tədbiri, tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, cavabdehlərin və digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Qüvvədə olan qanunvericilikdə bu tədbirin tətbiq edilməsi qaydası və əsasları ilə yanaşı, onun ləğv edilməsi qaydası və əsasları da təsbit edilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı “hüquqi varisin müəyyən edilməklə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının ərizəsi əsasında qeyd edilən mənzilin üzərinə həbsin qoyulması növündə müvəqqəti təminat tədbirinin tətbiqi də məhz bu mülki işlə bağlı olmuşdur. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(103)-620/2009 saylı qətnaməsi ilə Cavabdeh 35.870 manat alınaraq İddiaçı və "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə həbsin qoyulmasına əsas olan yekun məhkəmə aktı tam olaraq icra edilməmişdir. Cavabdeh isə şikayətində üzərinə həbs qoyulmuş əmlakın onun yeganə yaşayış yerinin olmasını əsas gətirmiş və bununla bağlı icra hərəkəti olan əmlakın hərrac vasitəsilə satıla bilməməsini bildirmişdir. Bu halda məhkəmə kollegiyası qeyd edir ki, mülki işin baxılması zamanı tətbiq edilmiş müvəqqəti təminat tədbiri prosessual qanunvericiliyin tələblərinə görə də iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-160-cı, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(006)-306/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar