Məhkəmə qərarları › İş №2(103)-7391/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7391/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7391/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi , Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 6.578,45 manat, faiz borcu kimi 2.863,08 manat, cərimə kimi 100 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rusumunun və bank xidmətinə görə ödənilmiş haqqın əvəzi kimi 30,4 manat cavabdehlər Cavabdeh1 (kredit alan) və Cavabdeh2 (zamin) iddiaçının (kredit verən) xeyrinə tutulsun. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə zaminə aid hissədə ləğv edilsin və zaminə qarşı yönəlmiş tələb rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh (zamin) Cavabdeh2 apelyasiya şikayətinin əsıslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apelyasiya şikayəti əsassızdır. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, kredit alanın kredit verənin qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də birinci instansiya məhkəməsi zaminə qarşı iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin zaminə aid hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Kredit müqaviləsi zaminin razılığı olmadan dəyişdirilsə də bu, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Ona görə də həmin hal zaminliyə xitam verilməsi üçün əsas deyil. Kredit alan qətnamədən şikayət vermədiyinə görə qətnamənin ona aid hissəsinin əsaslılığı apelyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh2 apelyasiya şikayətinə münsibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar