Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-74/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-8799/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli evin, 142 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. Həmin evin 145 nömrəli mənzili isə Cavabdeh mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona vurduğu maddi zərərə görə, təmir-bərpa xərcləri üçün 2882,55 manat pulun, paltaryuyan maşının təmiri üçün 450 manat pulun, hüquqi yardım xidmətlərinə görə 270 manat pulun, dövlət rüsumu üçün 30 manat pulun, “Təmir-tikinti xərclərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyi üçün 100 manat pulun və mənəvi zərərə görə 3500 manat pulun, ümumilikdə 7232,55 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərə görə, təmir-bərpa xərcləri üçün 2882,55 manat pulun, hüquqi yardım xidmətlərinə görə 270 manat pulun, dövlət rüsumu üçün 30 manat pulun və “Təmir-tikinti xərclərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyi üçün 100 manat və mənəvi zərərə görə 500 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(001)- 1533/2020 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh vurduğu maddi zərərə görə 2882,55 (iki min səkkiz yüz səksən iki manat, əlli beş qəpik) manat məbləğində pul, mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul, vəkilə çəkilən xərclərin əvəzi olaraq 270 (iki yüz yetmiş) manat məbləğində pul, “Təmir-tikinti xərclərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmuşdur.
5. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən ünvanda yaşamadığını, ünvan 1atında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşadığını və bu səbəbdən məhkəmə bildirişlərini və məhkəmənin müvafiq qətnaməsini almadığını bildirmiş və göstərilənlərin nəzərə alınmasını və məhkəmənin qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(001)- 1533/2020 saylı qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(001)-1533/2020 saylı qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 8799/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1132,55 (bir min bir yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində pul, mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul, habelə hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində pulun, “Təmir-tikinti xərclərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.4, 170.2, 1096.1, 1097.1, 1111.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı və cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişlər.
10. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıya dəymiş zərəri tam olaraq təmin etməli olduğu halda bunu etməmişdir. Belə ki, təmirbərpa xərcləri üçün mütəxəssis rəyi ilə müəyyən edilmiş 2882,55 manat zərəri 1132, 55 manat məbləğində təmin etmiş, 500 manat mənəvi zərəri 200 manat məbləğində təmin etmişdir. Halbuki, məhkəmə bu zərərləri iddia tələbində göstərilən həddə tam olaraq təmin etməli idi. Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(001)-1533/2020 saylı qiyabi qətnaməsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(001)-1533/2020 saylı qərardadı ilə ləğv edilmişdir. Yəni, qiyabi qətnamənin qəbulundan xeyli müddət sonra qiyabi qətnamənin ləğvi barədə ərizə verilmiş və qətnamə ləğv edilmişdir. Halbuki, məhkəmənin qiyabi qətnaməni ləğv etməsi üçün əsas olmamışdır. Çünki, cavabdehin işə məhkəmədə baxılması barədə kifayət qədər məlumatı olmuşdur. Çünki, cavabdeh iş məhkəmədə araşdırılarkən bir neçə məhkəmə iclasında iştirak etmiş və ona sonrakı məhkəmə iclaslarında iştirak etmək üçün ona məhkəmə bildirişləri göndərilmişdir. O, bir neçə dəfə məhkəməyə və iddiaçının vəkilinə bildirmişdir ki, o, məhkəməyə gəlməyəcək. Eyni zamanda cavabdeh öz ərizəsində də göstərdiyi kimi, o, faktiki olaraq iddia ərizəsində göstərdiyi ünvanda yaşayır və cavabdehin həmin ünvanda cavabdehin məhkəmə qətnaməsinin surətini alması barədə işdə müvafiq sənəd vardır. Həmçinin, qiyabi qətnamənin icrası ilə bağlı icra məmuru tərəfindən cavabdehə dəfələrlə müraciət edilib. Lakin hər dəfə cavabdeh bundan imtina edib. Beləliklə, cavabdehin qiyabi qətnamə barədə vaxtında və kifayət qədər məlumatı olmuşdur. Lakin o, qətnamənin icra olunmasından qanunsuz olaraq yayınması üçün bilərəkdən qiyabi qətnamənin qəbulu barədə ərizə vermişdir. Məhkəmə isə, cavabdehin xeyrinə birtərəfli mövqe tutaraq iddiaçı və onun vəkilinə heç bir məlumat vermədən və onların iştirakı olmadan özünün qanuni qətnaməsini qanunsuz olaraq ləğv etmişdir.
11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasının əsası kimi onu göstərib ki, onun xüsusi mülkiyyətində olan mənzilinə vurulan zərər məhz onun mənzilindən suyun axıdılması nəticəsində dəyib. Bunu təsdiq edən sübut kimi "xxxx" MMC-nin mütəxəssis rəyinə və Bakı şəhəri Binəqədi rayon 1 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli aktına istinad edib. Qeyd edilən mütəxəssis rəyi ziyanın məhz mənim tərəfimdən vurulmasının sübutu kimi qiymətləndirilə bilməz. Həmçinin akt da bu mənada sübut kimi qiymətləndirilə bilməz, çünki həm akt qanunvericiliyin tələblərinə cavab vermir, həm də həmin aktın tərtib olunması zamanı mən mülkiyyətində olan mənzilinə yuxarı qonşunun su axıtması, bu faktın mənzilimin tavanında və divarlarında olan izlərlə də təsdiq olunması ilə bağlı fikirlərim aktda göstərilməyib, akt yalnız iddiaçının maraqları çərçivəsində tərtib edilib. Göründüyü kimi iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyib. Lakin birinci instansiya məhkəməsi MPM-in bu tələbinin pozulmasına düzgün hüquqi qiymət verməyib. Birinci insansiya məhkəməsi iş üzrə ədalətli məhkəmə araşdırması aparmayıb, sübutlara obyektiv və qərəzsiz hüquqi qiymət verməyib. Birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanımənim tələbi ilə mülkiyyətimdə olan mənzilə baxış keçirilməsini tələb etmişdir. Yerli baxış zamanı mənzilinin tavanında və divarlarında olan su axıdılmasının izlərini sədrlik edən hakimə və digər şəxslərə göstərmişdir. Həmin izlərdən də açıq-aşkar görünür ki, su axıdılmasının mənbəyi mənim deyil, üst qonşunun mənzilidir. Bu faktın nəzərə alınacağı bildirilsə də, sonda bu faktları görməzdən gəlib. Birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı ədalətli məhkəmə araşdırması aparılmadığından, mənzillərə dəymiş zərərin əslində üst qonşunun su axıtması nəticəsində dəyməsi faktının nəzərə alınmadığından o, iş üzrə ekspertizanın təyin edilməsi barədə yazılı vəsatətini məhkəməyə təqdim etmiş, vəsatəti təmin edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən cavabdeh öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
23. 26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edimiş “Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1132,55 (bir min bir yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. İş materiallarından görünür ki, iddiaçı cavabdehin mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını və nəticədə ona 2882,55 manat məbləğində maddi ziyanın vurulduğunu iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Bakı şəhəri Binəqədi rayon 1 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli aktında həmin binanın 145 saylı mənzilindən 142 saylı mənzilinə suyun axıdıldığı, nəticədə 142 saylı mənzilin tavanının zədələndiyi, axıntı yerinin dəqiqləşdirilməsi üçün 145 saylı mənzilə baxışın keçirildiyi, mənzilin dəhliz və mətbəxində döşəmənin su axıdılmadan çürüməsi göstərilmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən suyun axıdılması nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova 3 ünvanında yerləşən 142 saylı mənzilə vurulmuş maddi zərərin aradan qaldırılması üçün 2882,55 manat məbləğində pulun tələb edildiyi göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İddiaçı bu məbləğlərin, habelə ona hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 270 manat məbləğində pulun, 500 manat məbləğində vurulmuş mənəvi zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir.
33. Birinci instansiya məhkəməsi aparılmış araşdırmanın nəticələrinə əsasən hesab etmişdir ki, Cavabdeh təqsirli, hüquqazidd əməli nəticəsində onun mənzilindən iddiaçının mülkiyyətində olan mənzilə su axıdılmış və bununla da həmin mənzilə və mənzildə yerləşən əmlaka birbaşa maddi zərər vurulmuşdur. Bu hal Bakı şəhəri Binəqədi rayon 1 saylı MKİS-nin xx.xx.2019- cu il tarixli aktı və "xxxx" MMC-nin mütəxəssis rəyində olan fotoşəkillərlə öz təsdiqini tapmışdır. Hər bir halda, həmin akt yalnız iddiaçının mənzilinə deyil, həmçinin cavabdehin mənzilinə də baxış keçirilməklə tərtib edilmişdir və bu zaman Bakı şəhəri Binəqədi rayon 1 saylı MKİS-nin əməkdaşları 145 saylı mənzilə də suyun onun üzərində yerləşən mənzildən axıdılmasını müəyyən etməmişlər. Əksinə cavabdehin mənzilində dəhliz və mətbəxtə döşəmənin çürüməsi aşkar edilmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyində olan şəkillərdə isə iddiaçının mənzilinin mətbəxinin divarında, tavanında və orada olan mebelin müxtəlif hissələrində, habelə hamamda su axıdılmaya aid izlərin olduğu açıq şəkildə görünür. Digər tərəfdən cavabdeh suyun onun mənzilindən deyil, üst qonşunun mənzilindən axıdıldığını və nəticədə ona da maddi ziyan vurulduğunu bildirdiyindən mənzillərdə yerində müayinənin keçirilməsi qərara alınmış və yerində müayinə zamanı cavabdehin mənzilində, o cümlədən onun mənzilinə su axıdılmanın hər hansı izi aşkar edilməmişdir. Cavabdeh bütün fəsadların tərəfindən aradan qaldırıldığını bildirmişdir. Halbuki, cavabdeh məhkəmə iclasında üst qonşudan su axıdılmanın izlərinin onun mənzilində qaldığını və bu halın mənzilə baxış keçirilməklə müəyyən edilməsinin mümkün olduğunu vurğulamışdır.
34. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyinə istinadən o halı da qeyd etmişdir ki, cavabdehin mənzilinə üst qonşunun mənzilindən su axıdılmanı təsdiq edən hər hansı bir sübut, o cümlədən Bakı şəhəri Binəqədi rayon 1 saylı MKİS-nin aktı mövcud deyil. Bu da bilavasitə cavabdehin onlara bu məsələ ilə bağlı müraciət etməməsi ilə bağlıdır. Belə ki, həmin istismar sahəsinin əməkdaşları ən azı akt tərtib edilən gün iddiaçıya olduğu kimi, cavabdeh üçün də əlçatımlı idi və cavabdeh tərəfindən istismar sahəsinə bu barədə hər hansı məlumat verildiyi təqdirdə, onun əməkdaşları cavabdehə məxsus mənzilin üzərində yerləşən mənzilə də baxış keçirmiş olardı. Ən azı baxışın keçirilməsinin mümkünsüzlüyü barədə aktda hər hansı bir qeyd aparılardı.
35. Məhkəmə hesab etmişdir ki, cavabdehin təqsirli, hüquqazidd əməli (su axıdılma) nəticəsində iddiaçının mənzilinə maddi zərərin vurulması öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər məbləği cavabdehdən tutulmalıdır. Vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmiş qiymətləri, mötəbər sübut qəbul edib, hesab etmişdir ki, mətbəx mebelinə dair müəyyən edilmiş qiymət istisna olmaqla, başqa qiymətlər əsas götürülməlidir. Məhkəmə hesab etmişdir ki, mətbəx mebeli dəyişdirilməmiş, sadəcə olaraq təmir edilərək, su axıtma nəticəsində yaranmış qusurlar aradan qaldırılmış, o cümlədən mebelin ayrı-ayrı hissələri dəyişdirilmişdir. Məhkəmə mətbəx mebelinin təmiri ilə bağlı işləri 500 manat məbləğində qiymətləndirir və belə qənaətə gəlir ki, iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin ümumi dəyəri qismində cavabdehdən iddiaçının xeyrinə (82,50+500+88+200+ 262,05=1.132,55) 1132,55 manat məbləğində pul tutulmalıdır.
36. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texnki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizası rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 saylı yaşayış evinin 142 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrini, eləcə də mülki İş materiallarında olan 8 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2019-cü il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 saylı yaşayış evinin 142 saylı mənzilinə yuxarı mərtəbədəki 145 saylı mənzildən suyun sızması müəyyən olunur. Lakin 145 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 142 saylı Mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 142 saylı mənzilə su sızması 145 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 145 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz İstifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 saylı yaşayış evinin 142 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcu bazar qiymətlərinə uyğun olaraq təqribən 670,0 manat məbləğində olduğu müəyyən edilir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini qətnaməsi “Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1132,55 (bir min bir yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilməli, maddi zərərin əvəzi olaraq ekspert rəyinə uyğun olaraq 670,0 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
38. Birinci instansiya məhkəməsi iddianın digər tələbləri ilə bağlı qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
40. Həmin Qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır.
41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
42. Birinci instansiya məhkəməsi iddia tələbinin “mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini, mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübuta yetirə bilmir. Lakin nəzərə alınmalıdır ki, reallıqda bu məsələ ilə bağlı heç də hər zaman sübut təqdim etmək mümkün olmur. Belə ki, bu əməllərin baş verməsi mənəvi iztirab və sarsıntı keçirən şəxslərin bütün hallarda həkimə müraciət etməsi, hər hansı dərman preparatının qəbul etməsi və sair oxşar hərəkətlərlə əl atması ilə nəticələnmir. Lakin bu o demək deyil ki, mənzilinə su axıdılmış şəxs mənəvi sarsıntı və iztirab keçirməyibdir. Hər bir halda, iddiaçı cavabdeh tərəfindən onun mənzilinə suyun axıdılmasından məmnun qala və ya zövq ala bilməz. Yaxşı vəziyyətdə olan mətbəx mebelinə və tavana davamlı şəkildə suyun axıdılması bu əmlaklara zərər vuruması ilə nəticələnməklə yanaşı, yaranmış fəsadların aradan qaldırılmasını və bu baxımdan iddiaçının vaxt (həmin vaxtı mövcuddurmu, bu vaxtı əldə etmək üçün cavabdeh hansı sayda digər işlərinin görülməsini təxirə salmaq məcburiyyətində qalacaq, həmin işlərin gecikmə ilə yerinə yetirilməsi ona hansı problemləri yaradacaq və sair) və maliyyə (bunun üçün vəsaiti mövcuddurmu və sair) itkisinə səbəb olan, planlaşdırmadığı, gözləmədiyi və ən əsas iradəsinə zidd olan vəziyyətlə üzləşməsini şərtləndirir. Təbii ki, belə bir vəziyyətdə, nəinki iddiaçı, insan fərdi olan hər bir şəxs əsəb keçirməyə, hiddətlənməyə, ən azı məyus olmağa, fikir çəkməyə sair bu kimi hala düşməyə məhkumdur.
43. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir və bu səbəbdən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində pul tutulmalıdır.
44. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 270 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.
45. Birinci instansiya məhkəməsi göstərilənləri, habelə hazırki mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin ümumilikdə 7 məhkəmə iclasında (3 məhkəmə iclası Bakı şəhəri Xətai Rayon məhkəməsində keçirilmişdir) və yerində müayinədə iştirak etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, hüquqi yardıma görə ödənilmiş 270 manat məbləğində pulun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. Məhkəmə, iddia tələbini “cavabdehdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun əvəzinin tutulması” hissəsində də əsaslı hesab etmişdir. Belə ki, məhz cavabdehin yuxarıda qeyd edilən qanunsuz hərəkətləri nəticəsində hazırki məhkəmə mübahisəsi başlamış və vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə məhkəmədə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mütəxəssis rəyi də məhz vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün tələb edilirdi ki, bu xidmətin göstərilməsi üçün 100 manat məbləğində pul ödənilmişdir.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın “mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul, habelə hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində pulun, “Təmir-tikinti xərclərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulması” tələbləri ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-8799/2021 saylı qətnaməsi iddianın qismən təmin edimiş “Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1132,55 (bir min bir yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 670,0 (altı yüz yetmiş manat) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Q ə t e t d i:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 8799/2021 saylı qətnaməsi iddianın qismən təmin edimiş “Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1132,55 (bir min bir yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin, iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 670,0 (altı yüz yetmiş manat) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.