Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7408/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh X6 X4 Cəmiyyətinə qarşı “xxxxnin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0063/NF/14 və xx.xx.2016-cı il tarixli, 0007/NF/16 saylı “xxxxnin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 0180/NF/14 saylı “xxxx” əsasında iddiaçı evin təmiri üçün ASC-dən kredit götürmüşdür. Həmin vaxt aralarında əldə olunmuş razılığa əsasən kredit məbləği 60.000 manat olduğu halda, müqavilədə kreditin məbləği 76.480 ABŞ dolları kimi qeyd olunmuşdur. Həmin vaxt 1 ABŞ dolları təxminən 0,78 Azərbaycan manatı dəyərində idi. Müqavilə bağlandıqdan təxminən 2 ay sonra ölkədə birinci devalvasiya baş vermiş, ABŞ dollarının Azərbaycan manatına dəyəri qalxmışdır. Bununla əlaqədar olaraq iddiaçı ilə ASC arasında xx.xx.2015-ci il tarixdə 0063/NF/14 saylı “xxxx” bağlanmışdır. Bunun üstündən təxminən 5 ay keçdikdən sonra isə ölkədə ikinci devalvasiya baş vermişdir. Bununla əlaqədar olaraq iddiaçı ilə ASC arasında xx.xx.2016-cı il tarixdə 0007/NF/16 saylı “xxxx” bağlanmışdır. Hər iki devalvasiya nəticəsində ABŞ dollarının Azərbaycan manatına dəyəri ümumilikdə 2 dəfədən çox qalxmışdır. İddiaçı bildirir ki, sonradan bağlanmış müqavilələr formal xarakter daşımış, ASC həmin müqavilələri iddiaçıya guya kömək etmək məqsədi ilə bağlamış, lakin məbləğlər yenə də, ABŞ dolları ilə göstərilmiş, həmin müqavilələr üzrə ASC tərəfindən iddiaçıya faktiki olaraq hər hansı məbləğdə pul verilməmişdir. Həmin vaxt iddiaçı qeyd edilən müqavilələri ona görə mübahisələndirməmişdir ki, çünki ASC-nin işçiləri ona demişlər ki, yeni müqavilələr, əvvəlki – xx.xx.2014-cü il tarixli, 0180/NF/14 saylı “xxxx” üzrə yaranmış borcun restrukturizasiya etmək məqsədi ilə bağlanmışdır. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, qeyd edilən hər 2 “xxxx” formal olaraq bağlandığı üçün etibarsız hesab edilməli və bu zaman həmçinin nəzərə alınmalıdır ki, həmin etibarsız müqavilələrin mövcudluğu iddiaçını, devalvasiyaya görə dövlət tərəfindən verilmiş imtiyazlardan istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Mübahisə predmeti olan xxxx etibarsız hesab olunacağı təqdirdə iddiaçının kredit məbləğinin ödənilməsi üzrə maddi yükü azalacaqdır. Həmçinin həmin müqavilələr etibarsız hesab olunacağı təqdirdə iddiaçının dövlət tərəfindən xarici valyutada devalvasiyadan öncə götürülmüş kreditlər üzrə ödənilməli olan kompensasiyanı almaq hüququ yaranacaqdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İş üzrə cavabdeh olan ASC işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə ASCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 0180/NF/14 №-li “xxxxndən” görünür ki, ASC illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə iddiaçıya 76.480 ABŞ dolları məbləğində kredit vermişdir. ASC ilə iddiaçı və (iş üzrə tərəf olmayan) X1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 0180/NF/14 №-li “İpoteka müqaviləsindən” görünür ki, T.Xəlilova iddiaçının yuxarıda qeyd edilən “xxxx” üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq özünə məxsus olan və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 126-da yerləşən 145 nömrəli mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin tarixdə ASC ilə iddiaçı və T.Xəlilova arasında bağlanmış 0180/NF/14 №-li “Daşınar əmlakın girov müqaviləsindən” görünür ki, iddiaçının yuxarıda qeyd edilən “xxxx” üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq T.Xəlilova özünə məxsus olan 4.000 manat dəyərindəki ev əşyalarını, İddiaçı isə dövriyyəsində olan 20.000 manat məbləğindəki malları ASC-nin xeyrinə girov ilə yüklü etmişlər. İddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 0063/NF/15 №-li “xxxxndən” görünür ki, ASC illik 21 faiz dərəcəsi ilə 60 ay müddətinə iddiaçıya 71.313 ABŞ dolları məbləğində kredit vermişdir. ASC ilə iddiaçı və T.Xəlilova arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə 1 saylı əlavədən” görünür ki, T.Xəlilova iddiaçının ikinci “xxxx” üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq özünə məxsus olan və yuxarıda qeyd edilən mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ASC ilə iddiaçı və T.Xəlilova arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Daşınar əmlakın girov müqaviləsindən” görünür ki, iddiaçının ikinci “xxxx” üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq T.Xəlilova özünə məxsus olan 4.000 manat dəyərindəki ev əşyalarını ASC-nin xeyrinə girov ilə yüklü etmişdir. İddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 0007/NF/16 №-li “xxxxndən” görünür ki, ASC illik 17 faiz dərəcəsi ilə 60 ay müddətinə iddiaçıya 67.780 ABŞ dolları məbləğində kredit vermişdir. ASC ilə iddiaçı və T.Xəlilova arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə 2 saylı əlavədən” görünür ki, T.Xəlilova iddiaçının üçüncü “xxxx” üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq özünə məxsus olan və yuxarıda qeyd edilən mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. ASC ilə iddiaçı və T.Xəlilova arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Daşınar əmlakın girov müqaviləsindən” görünür ki, iddiaçının üçüncü “xxxx” üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təmini olaraq T.Xəlilova özünə məxsus olan 4.000 manat dəyərindəki ev əşyalarını ASC-nin xeyrinə girov ilə yüklü etmişdir. İddiaçı iddia edir ki, onunla cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli və 04.022016-cı il tarixli “xxxx” üzrə ASC tərəfindən ona hər hansı məbləğdə pul verilməmiş, Bank onu aldatmışdır. Həmin müqavilələri bağlayan iddiaçı hesab etmişdir ki, əvvəlki xxxx restrukturizasiya olunaraq yenilənir. Bu hallara istinad edən iddiaçı müqavilələrin etibarsızlığını tələb edir. Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanun tələbindən görünür ki, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmasın. Bu səbəbdən, hazırda Məhkəmənin qarşısında duran əsas vəzifə tərəflər arasında bağlanmış xxxxnin qanunun tələblərini pozmaqla bağlanmış olub-olmamasını müəyyən etməkdir. İşin faktiki hallarından müəyyən olunur ki, tam fəaliyyət qabiliyyətli olan iddiaçı cavabdeh ASC ilə hər iki müqaviləni bağlayarkən sərbəst iradə ifadəsini nümayiş etdirib, aralarında olan borc münasibətlərinin rəsmiləşdirmək məqsədi ilə həmin müqavilələri bağlamış, onları imzalamışdır. Sözügedən müqavilələrinin şərtləri kifayət qədər aydın və səlis şəkildə ifadə olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan halın əksi, yəni iddiaçının istinad etdiyi hallar sübuta yetirilmir. Belə ki, iddiaçı cavabdeh ASC-nin onu aldatması nəticəsində müqavilələri imzaladığını iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, qanunvericiliklə bu xüsusatı sübuta yetirmək vəzifəsi hazırki halda iddiaçının üzərinə düşür. Çünki MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hər 2 müqavilənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Digər tərəfdən Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddət ötürülmüşdür və hər 2 müqavilənin etibarsız hesab edilməsi bu baxımdan da qeyri-mümkündür. Belə ki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi hazırki iddianın irəli sürülməsi üçün qanunvericilikdə 1 illik kəsici müddət nəzərdə tutulmuşdur. İddiaçı isə hazırki iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7408/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7408/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver