Məhkəmə qərarları › İş №2(103)-741/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-741/2021

28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-741/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(003)-544/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.05.2012-ci il tarixli, 4/745 saylı "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqaviləyə əsasən cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1№-li sahə, ev 1, 101 saylı mənzil İddiaçı tərəfindən qazla təchiz olunmağa başlanmışdır. Həmin ünvana “İddiaçı İB–nin Bakı X8 Departamenti tərəfindən **********01010 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı, 1802AZ**********72 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh ““X5”nın 6.5–ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı lB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X5n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 14.04.2016–cı il tarixli, ******* saylı akt əsasında 291,60 manat, 07.06.2016–cı il tarixli, ******* saylı akt əsasında 73,50 manat, 09.09.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, 24.10.2016–cı il tarixli, ******* saylı akt əsasında 164,80 manat, 12.12.2016–cı il tarixli, ******* saylı akt əsasında 296,90 manat, 10.02.2017–ci il tarixli, ******* saylı akt əsasında 568,80 manat, 07.03.2017–ci il tarixli, ******* saylı akt əsasında 237 manat, 12.04.2017-ci il tarixli, ******* saylı akt əsasında 341 ,20 manat, 26.01 .2018-ci il tarixli, ******* saylı akt əsasında 1025,40 manat, 22.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 284,40 manat, 19.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 530,80 manat, 31.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 67 manat, 04.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 810 manat, dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 832,30 manat borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu 5482,40 manat olmuşdur. İddia ərizəsinə əlavə olmuş abonentin saldosundanda görünürki sayğac quraşdırılandan indiyədək 20 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də cavabdehdən təbii qazdan istifadəyə görə hesablanmış 5482,40 manat məbləğində pulun və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 5512,40 manat pul tutularaq İddiaçı (ABB Sabunçu filialı kod: 805573, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB VÖEN; **********, İBAN; AZ72İBAZ********************) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-544/2020 saylı, 03 fevral 2020-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 5482,40 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5512,40 manat tutulması qət edilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-544/2020 saylı, 03 fevral 2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv olunub, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-158/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-544/2020 saylı, 03 fevral 2020-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 avqust 2020-ci il, tarixli 2(003)-544/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 810,0 manat pul və 10 manat dövlət rüsumu olmaqla, cəmi 820,0 (səkkiz yüz iyirmi) manat tutularaq İddiaçı (ABB Sabunçu filialı kod: 805573, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB VÖEN; **********, İBAN; AZ72İBAZ********************) hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 20 (iyirmi) manatı İddiaçınə aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-544/2020 saylı iş üzrə 28.08.2020-ci il tarixli qətnaməsinin rədd olunmuş hissəsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı 12.05.2012-ci il tarixli, 4/745 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus istixananı təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı X8 Departamenti tərəfindən **********01010 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “X5’nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X5n pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 5482,40 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlarla bağlı Xəzər rayon Məhkəməsinə müraciət edilmişdir. Xəzər rayon məhkməsinin qərarı ilə qiyabi qaydada Birliyin iddiası təmin edilmişdir. Vətəndaş sonradan müraciət edərək qiyabi qətnanmənin ləğvi və iddia icratına keçməsini xahiş etmiş, məhkəmə isə qəbul etmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı borcun hansı qaydada və əsasla hesablanması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin qanunsuz xətdən istifadəsi ilə bağlı fotoşəkillər və dəymiş ziyan aktları məhkəməyə təqdim edilmişdir. Həmçinin cavabdehin 2010-2020-cu il tarixlərdə cəmi 100 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Xəzər rayon Məhkməsi danılmaz bu faktlar qarşısında Birliyin iddia tələbini qismən təmin etmişdir. Həmçinin Birlik tərəfindən istehlakçının təbii qazdan qanunsuz istifadə etməsini sübut edən foto şəkillər, və aktlar məhkəməyə təqdim olunmasına baxmayaraq bunu sübut kimi qiymətləndirməmiş və cavabdehin özünü müdafiə xarakterli çıxışlarına qiymət verərək Birliyin iddiasını qismən təmin etmişdir. Belə olan halda hesab edirlər ki, işin müəyyən edilmiş hallarından və iş materiallarında olan sənədlərdən də göründüyü kimi Azəriqaz İB tərəfindən tələb olunan məbləğ qanuni və əsaslıdır. Birlik hesab edir ki, istehlakçı qazın alqısı satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və belə olan halda öhdəlikləri icra etmədiyi və pozduğu üçün məsuliyyət daşımalıdır. Cavabdeh iş materiallarına əlavə edilmiş foto şəkillərdən də aydın şəkildə görünür ki, cavabdehin mənzilində şlanq vasitəsi ilə qanunsuz xətt daxil olur. İkinci: cavabdeh tərəfindən 2010-cu il tarixdən 2020-ci il tarixdən 100 manat ödəniş aparıldığını müəyyən edərdi. Cavabdehin 10 ildir 100 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Borcun çox ödənişin az olması ilə bağlı azəriqaz dəfələrlə cavabdehin qaz təminatını dayandırmış, lakin bu zamanda sayğacda kənar təbii qazdan istifadə etdiyi üçün akt üzrədə borcları yazılmışdır. Bu kimi hallar qaz paylayıcını ziyana salmaqla yanaşı istehlakçılar arasında intizamsılıq yaradar. Belə ki, bir qrup şəxs istifadə etdiyi qaza görə pul ödədiyi halda bu kimi şəxslər isə pul ödəmədən qazan qeyri-qanuni istifadə etmiş sonda isə məhkəmə onun borcunu silmişdir. Birinci instansiya məhkəməsi mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən hallan araşdırmayaraq səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Hesab edirlər ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.08.2020-ci ıl tarixli 2(003)-544/2020 saylı qətnaməsinin rədd olunmuş hissəsi ləğv edilməli, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Bakı X8 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 12.05.2012-ci il tarixli, 4/745 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanmışdır. İş materiallarında olan abonentin saldosundan və gasrep məlumatlarından görünür ki, abonentə təbii X5nın pozulması haqqında aktlar əsasında ümumilikdə 4863,7 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8101/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 24 iyun 2021-ci il il tarixdə məhkəməyə daxil olmuş 14 iyun 2021-ci il tarixli 10/1736 saylı Ekspertiza Rəyindən görünür ki, qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” AKT-lara əlavə edilmiş fotoşəkillərə əsasən qaz sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmadan paylayıcı qaz xəttinə boru birləşdirilməklə təbii qazın ötürüldüyü görünsə də baxış zamanı paylayıcı qaz xəttinin üzərində smart tipli sayğacın quraşdırıldığı, lakin sayğacın çıxış nöqtəsinə əlaqələndirilmiş borunun evə uzadılmadığı müəyyən edildi Tədqiqat obyektinə baxış zamanı Azəriqaz" İB-nə məxsus paylayıcı qaz xəttindən yaşayış evinə hər hansı kənar qoşulma faktı aşkar edilmədiyindən qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmadı. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəs ihaqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yolverən hüquqi və fiziki şəxlər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görəmüvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit vəəmlak üçün təhlükə törətdiyini müəyyənetdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»nın 6.5-ci maddəsinəəsasən qazpaylayıcı şəbəkəyəqanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədənayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş 04.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 810 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə kollegiyası iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən akt istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasına iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Cavabdeh tələb olunan 4053,7 (4863,7-810) manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Eyni zamanda iddiaçı tərəfin özünündə, iddiasında qeyd etdiyi əvvəlki illərə dair tələb edilən 832,30 manat (sənədi tapılmayan dövr üçün) zərərə aid hissəyə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də, iddia əsassız olmaqla təmin edilə bilməz. Belə ki, sübutetmə yükü iddiaçıda olmaqla onun tərəfindən tələb edilən məbləğdə borcun yaranmasına dair əsas olan sənədlərin onlarda mövcud olmamağı iddiada qeyd edilmiş, o cümlədən birinci instansiya məhkəməsinin iclasında da iddiaçının nümayəndəsi tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edirki, iddaiçı iddia ərizəsində əvvəlki illərə dair zərər görə hesablanmış borcu 832.30 manat olmasını qeyd etsədə həmin borc 832,30 deyil sadə riyazi hsablama ilə 618,70 manat məbləğində olması müəyyən edilir. Belə ki, iş materillarında olan təbii X5nın pozulması haqqında aktlardan və abonetin saldosundan görünür ki, abonentə aktlar əsasında dəymiş zərər görə ümumilikdə 4863,7 manat borc hesablanmışdır. İddiaçının iddia tələbinin 5482,40 manat olmasını nəzərə aldıqda əvvəlki illərə görə hesablanmış, sənədi olmayan dövr üçün borc məbləği 832,30 manat deyil 618,70 (5482,4 – 4863,7) manat olduğu müəyyən edilir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinəəsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş“Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinəəsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 810,0 manat pul və 10 manat dövlət rüsumu olmaqla, cəmi 820,0 (səkkiz yüz iyirmi) manat tutularaq İddiaçı (ABB Sabunçu filialı kod: 805573, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB VÖEN; **********, İBAN; AZ72İBAZ********************) hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 20 (iyirmi) manatı İddiaçınə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(003)-544/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar