Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7413/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və s. tələbi”nə dair mülki iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəyə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-7853/2017 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0189/16/PB saylı, xx.xx.2015-ci il tarixli, 0141/15/PB-1 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-1 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-2 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-3 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-4 saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 0189/16/PB saylı kredit müqaviləsi üzrə 49.992,50 (qırx doqquz min doqquz yüz doxsan iki manat, əlli qəpik) manat əsas borc, 29.814,04 (iyirmi doqquz min səkkiz yüz on dörd manat, dörd qəpik) manat faiz borcu, cəmi 79.806,54 (yetmiş doqquz min səkkiz yüz altı manat, əlli dörd qəpik) manat; xx.xx.2015-ci il tarixli, 0141/15/PB-1 saylı kredit müqaviləsi üzrə 85.041,04 (səksən beş min qırx bir ABŞ dolları, dörd sent) ABŞ dolları əsas borc, 38.390,93 (otuz səkkiz min üç yüz doxsan ABŞ dolları, doxsan üç sent) ABŞ dolları faiz borcu, 5000 (beş min) ABŞ dolları cərimə borcu, cəmi 128.431,97 (bir yüz iyirmi səkkiz min dörd yüz otuz bir ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-1 saylı kredit müqaviləsi üzrə 1.004.772,32 (bir milyon dörd min yeddi yüz yetmiş iki ABŞ dolları, otuz iki sent) ABŞ dolları əsas borc, 487.624,91 (dörd yüz səksən yeddi min altı yüz iyirmi dörd ABŞ dolları, doxsan bir sent) ABŞ dolları faiz borcu. 10.000 (on min) ABŞ dolları cərimə borcu, cəmi 1.502.397,23 (bir milyon beş yüz iki min üç yüz doxsan yeddi ABŞ dolları, iyirmi üç sent) ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-2 saylı kredit müqaviləsi üzrə 24.920,37 (iyirmi dörd min doqquz yüz iyirmi ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları əsas borc, 11.250,31 (on bir min iki yüz əlli ABŞ dolları, otuz bir sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 36.670,68 (otuz altı min altı yüz yetmiş ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-3 saylı kredit müqaviləsi üzrə 45.143,72 (qırx beş min bir yüz qırx üç ABŞ dolları, yetmiş iki sent) ABŞ dolları əsas borc, 20.379,98 (iyirmi min üç yüz yetmiş doqquz ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları faiz borcu, 1000 (bir min) ABŞ dolları cərimə borcu, cəmi 66.523,7 (altmış altı min beş yüz iyirmi üç ABŞ dolları, yetmiş sent) ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-4 saylı kredit müqaviləsi üzrə 9.363,09 (doqquz min üç yüz altmış üç ABŞ dolları, doqquz sent) ABŞ dolları əsas borc, 4.227,04 (dörd min iki yüz iyirmi yeddi ABŞ dolları, dörd sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə, cəmi 14.090,13 (on dörd min doxsan ABŞ dolları, on üç sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, cəmi bütün kredit müqavilələri üzrə 79.806,54 (yetmiş doqquz min səkkiz yüz altı manat, əlli dörd qəpik) manat və 1.748.113,71 (bir milyon yeddi yüz qırx səkkiz min bir yüz on üç ABŞ dolları, yetmiş bir sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kv.m ümumi, 65,4 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinə, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 №-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetləri-Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilin ilkin satış qiyməti 170.000 (bir yüz yetmiş min) manat, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kv.m ümumi, 65,4 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 650.000 (altı yüz əlli min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinin, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğuların ilkin satış qiymətinin 296.000 (iki yüz doxsan altı min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 №-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilin ilkin satış qiymətinin 200.000 (iki yüz min) manat məbləğində müəyyən edilməklə, ümumi olaraq ilkin satış qiymətlərinin 1.316.000 (bir milyon üç yüz on altı min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin əmlaklardan çıxarılmaları və əmlakların boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X4 nümayəndəsi və vəkili X5 qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-7853/2017 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili X3 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən “apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizənin təmin edilməməsi və apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılır ki, hazırda tərəflərindən mübahisələndirilən məhkəmə qətnaməsi rəsmi olaraq ona təqdim edilməmişdir. İş materiallarında da hazırda mübahisələndirdikləri qətnamənin çatdırılmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, “cavabdehin apelyasiya şikayəti verdiyi halda, həmin şikayət ilə bağlı 3 ilə yaxın müddət ərzində guya məlumat almaması inandırıcı hal deyil və bu apelyasiya şikayətinin vaxtında verilməsi üçün üzrlü hal hesab oluna bilməz.” İş materiallarında qətnamənin rəsmi olaraq çatdırılmasını təsdiq edən heç bir sübut olmadan məhkəmənin iş üzrə belə qənaətə gəlməsi cavabdehin Konstitusiya ilə müəyyən edilmiş məhkəmə təminatı hüququnun pozulması ilə nəticələnmişdir. Hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırki mübahisəyə qanunla müəyyən olunmuş qaydada baxmamaqla, onun Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsində təsbit olunan və qorunan hüquqlarımı pozmuşdur. İş materiallarında qətnamənin çatdırılmasını təsdiq edən sübut olmadığından və bugünədək qətnamədən xəbərsiz olduğundan, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət təqsiri olmadan ötürülmüş və göstərilən səbəblər üzrlü olduğundan apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilməklə bərpa edilməlidir. Qeyd olunan şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X5 şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 şikayəti qəbul etmədi, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-7853/2017 saylı qərardadı ləğv edilməli, Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindənBakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7853/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməməli, müddət ötürülməmiş hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizənin təmin olunmaması qənaətinə gələrkən, qeyd etmişdir ki, qətnamənin cavabdehə çatdırılıb-çatdırılması barədə iş materiallarında məlumat olmasa da, üç ilə yaxın müddət ərzində guya məlumat almaması inandırıcı hal deyil və bu apellyasiya şikayətinin vaxtında verilməsi üçün üzürlü hal hesab oluna bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, qətnamənin Cavabdeh2 çatdırılması barədə qəbz yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətin verilməsi müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh2 məhkəmə müdafiəsi hüququnun reallaşdıra bilməsi üçün şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-7853/2017 saylı qərardadı ləğv edilməli, Cavabdeh2 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməməli, müddət ötürülməmiş hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 7853/2017 saylı qərardadı ləğv edilsin. Cavabdeh2 nümayəndəsi və vəkili X5 tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməsin, müddət ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7413/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7413/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver