Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7421/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(010)- 107/2010 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızna qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması, tələbin saxlanca verilmiş zinət əşyalarına yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankın xeyrinə cavabdehlərdən müştərək qaydada 4.272 ABŞ dolları məbləğində əsas borcun, qətnamə çıxan günə təqdim ediləcək arayış əsasında hesablanmış faiz və cərimə bocunun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun qaytarılması, tələbin əsas borclu olan Cavabdeh1 məxsus olan və saxlanc girov müqaviləsi əsasında girov qoyulmuş zinət əşyalarına (2 ədəd sep-73,9 qram-750 əyar və 1 ədəd qolbaq-19,3 qram-750 əyar) yönəldilərək, həmin əşyaların satışından əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsinə, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bankın xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.272 ABŞ dolları məbləğində əsas borcun, 944 ABŞ dolları məbləğində faiz borcunun, 495 ABŞ dolları məbləğində cərimə borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, həmin borcun kreditin təminatı olaraq girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilərək, həmin qızıl-zinət əşyalarının satışından əldə olunan vəsait hesabına banka olan ümumi borcun ödənilməsinə, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin və iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında çağlanmış xx xxxx 2008-ci il tarixli KR-502069-239-2008 saylı kredit müqaviləsinə əsasən 18 ay nüddətinə illik 30% dərəcəsi ilə 7.000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Creditinin ayrılması üçün borcalan və zamin Cavabdeh2 kreditin geri ödənilməsi içün qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərlərinə götürmüşlər. Cavabdeh Bədəlova dəhayət Gülverdi qızı ZM1-502069-239 №-li Zaminlik müqaviləsinə əsasən qeyd olunan kredit nüqaviləsinə əsasən götürülmüş kreditə görə borcalan Cavabdeh1 zamin lurmuşdur. Həmçinin Bank ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli SG-502069-239-2008 SAYLİ “Saxlanc girov müqaviləsi”-nə əsasən kreditin təminnatı olaraq 2 ədəd sep-cəmi 73,9 qram - 750 əyar, və 1 ədəd qolbaq – 19,3 qram – 750 əyar, yəni ümumi çəkisi 93,2 qram – 750 əyarlıq qızıl-zinət əşyaları Banka girov qoyulmuşdur. İddiaçı ASC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş olsa da, borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq geçikdirilmişdir. Cavabdehlərə dəfələrlə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliyi icra etməmişlər və borcu ödəməmişlər. Borcalanın xx xxxxxx 2009-cu il tarixədək Banka 4.272 ( dörd min iki yüz yetmiş iki) ABŞ dolları məbləğində əsas borcu, 944 (doqquz yüz qırx dörd) ABŞ dolları məbləğində faiz borcu, 495 (dörd yüz doxsan beş) ABŞ dolları məbləğində cərimə borcu - cəmi 5.711 (beş min yeddi yüz on bir) ABŞ dolları məbləğində ümumi borcu yaranmışdır. Həmin borcun kredit alınarkən borcun təminatı olaraq Banka girova qoyulmuş qızıl-zinət əşyalarına yönəldilərək, həmin qızılzinət əşyalarının satışından əldə olunan vəsait hesabına banka olan ümumi borcun ödənilməsinə, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(010)- 107/2010 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.272 (dörd min iki yüz yetmiş iki) ABŞ dolları məbləğində əsas borc, 944 (doqquz yüz qırx dörd) ABŞ dolları məbləğində faiz borcu və 495 (dörd yüz doxsan beş) ABŞ dolları məbləğində cərimə borcu - cəmi 5.711 (beş min yeddi yüz on bir) ABŞ dolları məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 5.711 (beş min yeddi yüz on bir) ABŞ dolları məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu xx xxxx 2008-ci il tarixli SG-502069-239- 2008 saylı Müqaviləyə əsasən Cavabdeh1 tərəfindən keditin təminatı olaraq girov qoyulmuş cəmi 93,2 qram (2 ədəd sep - cəmi 73,9 qram (750 əyar), 1 ədəd qolbağ - 19,3 qram (750 əyar) çəkidə olan 750 əyarlıq qızıl-zinət əşyalarına yönəldilməsi və həmin girov predmetləri hərracda satılmaqla əldə olunan vəsaitdən borc məbləğinin ödənilməsi, girov predmetlərinin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün ifayət etmədikdə, borcun qalan məbləği cavabdehlər Cavabdeh1 oğlndan və Cavabdeh2 müştərək qaydada tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(010)-107/2020 nömrəli qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsində onun iştirakı təmin edilmədən ona qarşı iddia tələbinə baxılmış, məhz işin halları bu səbəbdən araşdırıla bilməmiş və işin bir sıra hallarına birtərəfli qaydada qiymət verilərək əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxan zaman cavabdeh İstintaq Təcridxanasında olduğunu və xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini və məhkəmə qətnaməsindən xəbəri olmadığını bildirmişdir. Hesab edir ki, Bakı şəhərİ Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2010-ci il tarixli, 2(010)-107/2010 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Cunki o, həbs edildiyindən məhkəmə qətnaməsindən xəbəri olmadığını qeyd etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1apelyasiya şikayətinin dəlillərinə istinad edərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və cavabdehin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında xx xxxx 2008-ci il tarixli KR-502069-239-2008 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Əhmədli” filialı borcverən, Cavabdeh1 - borcalan, xx xxxxxx 2008-ci il tarixli ZM1-502069-239 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 - zamin olmaqla bağlanmış müqaviləyə əsasən Cavabdeh1 18 ay müddətinə illik 30 % olmaqla 7.000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən “Kredit alan” almış olduğu borc pula görə “Kredit verən”-ə illlik 30 % ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən kredit və hesablanmış faizlər “Ödəniş cədvəli”-nə esasən “Kredit alan” tərəfindən “Bankın hesabına” nəğd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Həmin Müqavilənin 5-ci hissəsində verilmiş kreditin vaxtından əvvəl tələb edilməsi şərtləri təsbit olunmuşdur. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən geçikdirilmiş kreditə görə “Kredit alan” hər geçikdirilən gün üçün gecikdirilmiş kreditin (əsas borc məbləğinin) 1%-i (minimum 50 qəpik olmaqla) miqdarında cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 (doxsan) gün müddətində tətbiq edilir. İş materiallarında olan xx xxxx 2008-ci il tarixli KR-502069-239 kredit müqaviləsinin Əlavəsindən görünür ki, cavabdehin Banka olan borcunu müvafiq cədvəl qrafıkinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı ASC-i tərəfindən tərtib edilmiş xx xxxxxx 2009-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 almış olduğu kredit üzrə Banka xx xxxxxx 2009-cu il tarixinə əsas borc üzrə 4.272 ABŞ dolları, almış olduğu kredit üzrə Banka xx xxxxxx 2009-cu il tarixinə əsas borc üzrə 4.272 ABŞ dolları, faiz borcu üzrə 944 ABŞ dolları və cərimə borcu üzrə 495 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan xx xxxx 2008-ci il tarixli KR-502069-239-2008 saylı Kredit müqaviləsinə əlavə olunmuş xx xxxx 2008-ci il tarixli ZM1-502069-239 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 İddiaçı ASC-dən 7.000 ABŞ dolları məbləğində kredit götürülməsinə zamin durmuşdur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “Zamin” “Kreditor”un ilk tələbi ilə “Borclu”nun öhdəliklərini icra etməlidir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən əsas borcun, ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyinin icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də şamil olmaqla, Zamin Kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsind ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsindəkreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borcluilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan xx xxxx 2008-ci il tarixli SG-502069-239-2008 saylı Saxlancgirov müqaviləsindən görünür ki, xx xxxx 2008-ci il tarixli KR-502069-239-2008 SAYLİ Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-dən 7.000 ABŞ dolları məbləğində kredit alarkən, cəmi 93,2 qram (2 ədəd sep – 73,9 qram (750 əyar), 1 ədəd qolbağ- 19,3 qram (750 əyar) çəkidə olan 750 əyarlı qızıl-zinət əşyaları borc alan tərəfindən Bankın saxlancına verilməklə girov qoyulmuşdur. İş materiallarında olan xx xxxx 2008-ci il tarixli 213/2008 saylı Aktdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən götürdüyü kreditin təminatı üçün banka 2 ədəd sep - 73,9 qram (750 əyar), 1 ədəd qolbağ - 19,3 qram (750 əyar) qızıl-zinət əşyalarını girov qoymuşdur. xx xxxx 2008-ci il tarixli SG-502069-239-2008 saylı Saxlanc-girov müqaviləsinin 3-cü və 4-cü hissələrindən görünür ki, girov predmeti olan qızıl-zinət əşyaları möhürlənmiş xüsusi qabda olmaqla Bankın sahibliyində saxlanılır və həmin girov predmeti Bank tərəfindən xx xxxx 2008-ci il tarixli KR- 502069-239-2008 saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 verilmiş 7.000 ABŞ dolları məbləğində borcun təminatı olaraq girov qoyulmuşdur. Həmin Müqavilənin 7.1.1-ci maddəsinə əsasən, girov ilə təmin edilən öhdəlik “girov qoyan” tərəfindən icra edilmədikdə, Bankın girov predmetinə tutmanı yönəltmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə tə'min edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada tə'minat alsın. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 xx xxxx 2008-ci tarixli Kredit müqaviləsi ilə, Cavabdeh2 isə xx xxxx 2008-ci tarixli Zaminlik müqaviləsi ilə öz üzərlərinə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASCnin “Əhmədli” filialına ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, onlar iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 (iyirmi) manat məbləğindv dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, iddiaçının xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4.272 ABŞ dolları məbləğində əsas borc, 944 ABŞ dolları məbləğində faiz borcu və 495ABŞ dolları məbləğində cərimə borcu - cəmi 5.711 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində öənilmiş dövlət rüsumunun tutulması, tutulmalı olan həmin məbləğ xx xxxx 2008-ci il tarixli SG-502069-239-2008 saylı “Saxlanc girov” müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən keditin təminatı olaraq girov qoyulmuş cəmi 93,2 qram (750 əyar) qızıl-zinət əşyalarına yönəldilməli və girov predmetinin hərracda satılmaqla əldə olunan vəsaitdən borc məbləğinin ödənilməsi, həmin məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması barədə 1-ci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Apelyasiya şikayəti ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdehin hazırda mübahisələndirdiyi qətnamə qəbul edilərkən iştirak etmiş, qətnamə xx.xx.2010-cu ildə qəbul edilmiş, cavabdeh isə özünün bildirdiyinə görə 2011-2013-cü illərdə həbsdə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(010)- 107/2010 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7421/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7421/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver