Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7442/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçı vəkili və nümayəndəsi X5, Cavabdehlər X8 və Cavabdeh2, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi- vəkili X3 iştirakı ilə, İddiaçı X11 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” tələbinə dair ilk, X8 və Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(001)-211/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin sahibliyində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən onun mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin giriş-çıxış yoluna və həyətinə baxan pəncərələrin bağlanması, pəncərəyə vurulmuş, evinin giriş-çıxışına maneçilik törədən dəmir barmaqlığın sökülməsi, həyətinə su axıdılan navalçaların və həyət qapısının açılmasına maneçilik törədən, həyətin küçə tərəfdən ona aid hissəyə cavabdeh tərəfindən qoyulmuş su nasosunun və dəmir qutunun sökülməsi, eləcə də, mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Həmçinin, X14 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdiyi, 31.05.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), X8 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı qapının İddiaçı tərəfindən öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan başqa, X9 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd olunması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdiyi, 31.05.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı konsol döşəmənin öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(001)-211/2021 saylı qətnaməsi ilə İddiaçı X11 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, X8 mülkiyyətində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin həyətinə su axıdılan novalçalar sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, X8 və Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X8 maraqlarına toxunan hissədə, yəni X8 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X8 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı qapı İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddia qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair iddiası qismən təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X2 maraqlarına toxunan hissədə, yəni X2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X2 istifadəsində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmə İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddia qalan hissədə rədd edilməsi, kompleks məhkəmə tikinti-texniki və təhlükəsizlik texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə müştərək qaydada X6 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İlk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları hər iki iddia üzrə iddiaçılara aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə isə 5 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki işin apellyasiya baxışı zamanı Bakı Apellyasiya məhkəməsinə qətnamədən narazı qalan cavabdehlər X14, Cavabdeh2, X9 tərəfindən apellyasiya şikayətləri daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X13 iddiaçının apellyasiya şikayətinin müdafiə etdiyini, cavabdehlər X8, Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili X12 apellyasiya şikayətlərinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyası yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(001)-211/2021 saylı qətnaməsindən narazı qalan cavabdehlər X14, Cavabdeh2 və X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlük məsələsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(001)-211/2021 saylı qətnaməsindən iş üzrə cavabdehlər X14, Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın və apellyasiya şikayətlərinin mümkünlük məsələsinə baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Xumar Mərdanova Hakimlər Fuad Babayev Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7442/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7442/2021
17.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver