Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7444/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun xx.xx.2021-ci il tarixinə qədər qüvvədə olmuş 8.1.2-ci və 8.4.1-ci maddələrində nəzərdə tutulmuşdu ki, iddia qiyməti 500 manatdan çox olduqda, ödənilməli dövlət rüsumu 30 manat, apellyasiya şikayəti üçün ödənilməli rüsum bu məbləğin 50 faizini təşkil edir. Həmin qanunun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş 8.6-cı maddəsinə əsasən isə, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir; Qanunun 8.1.3-cü maddəsinə görə, iddia qiyməti 10 000 manatdan 100 000 manatadək olduqda, ödənilməli rüsum 120 manat + 10 000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində müəyyənləşdirilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2008-ci il tarixdə məhkəməyə təqdim olunmuş, iddianın qiyməti 10 000 manatdan artıq olduğundan iddiaçının ödəməli olduğu rüsum 30 manat, buna müvafiq olaraq apellyasiya şikayəti üçün ödənilməli rüsum məbləği 15 manat olmuş, lakin apellyator 10 manat rüsum ödəmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə görə, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; həmin Məcəllənin 108.2-ci maddəsinə görə isə, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Bu baxımdan kollegiyanın qənaətinə görə, əslində cavabdehin ödəməli olduğu rüsum məbləği hazırda qüvvədə olan qanuna əsasən müəyyənləşdirilməldir – amma nə qədər ki, mövcud məhkəmə praktikası xx.xx.2021-ci il tarixinə qədər icraata daxil olmuş işlər üzrə rüsum məbləğlərinin müəyyənləşdirilməsində “Dövlət rüsumu haqqında” Qanunun əvvəlki mətninin əsas götürülməsi istiqamətində formalaşmışdır, bu halda apellyator ən azından 15 manat rüsum ödəməlidir. Beləliklə, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-204/2023 saylı iş üzrə 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7444/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7444/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver