Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7452/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı QSC bank olmayan kredit təşkilatının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1381/2020 saylı qətnaməsindən İddiaçı QSC bank olmayan kredit təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC bank olmayan kredit təşkilatı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 8107 manat ABŞ dolları olmaqla, cəmi 8107 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-KV-*** dövlət qeydiyyat nömrə nişanı “Mersedes Benz 220” markalı avtomobilə yönəldilərək avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan borc məbləğindən qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcunun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1381/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı QSC bank olmayan kredit təşkilatı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1381/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar S-AVK-2193 saylı, xx xxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən, “xxxx” ASC tərəfindən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSC-yə təhvil verilmişdir. Hazırda mübahisələndirilən qətnamədən müəyyən olunur ki, guya məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh İddiaçı QSCyə bildiriş gönərilib. Halbuki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh təşkilata hər hansı bir məlumat daxil olmayıb. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, “xxxx” ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixli, 1256 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh illik 25% tətbiq edilməklə, 12 ay müddətinə 8600 ( səkkiz min altı yüz ) ABŞ dolları məbləğində kredit verilmişdir və bu barədə xx.xx.2003-cü il tarixli kassa məxaric orderi tərtib edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq isə Cavabdeh mülkiyyətində olan **-KV-*** dövlət qeydiyyat nişanlı, “MERSEDES BENZ 220” minik markalı avtomobili (buraxılış ili 1993, ban-WDB1240221C047218, rəngi-yaş asfalt) girov müqaviləsi ilə yüklü edilmişdir. Həmin girov müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2003-cü il tarixli, AG seriyalı, ******* №-li “Girov müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. İş materiallarından müəyyən olunur ki, kredit müqaviləsi üzrə kredit borcunun Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2009-cu il tarixdə həyata keçirilmişdir. Hesab olunur ki, “xxxx” ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 1256 nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2004-cü il bitməsi məhkəmə tərəfindən on illik iddia müddətinə istinad etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilməməsi əsassızdır. Hesab edirik ki, borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsiri üzündən mümkün olmadıqda, kreditor həmin öhdəlik üzrə icra etdiklərini qaytarmağı tələb edə bilməz. Maddədə nəzərdə tutulmasa da, buradan belə bir nəticəyə gəlmək olar ki, borclunun öhdəliyi yerinə yetirməməsində kreditorun heç bir təqsiri olmazsa, o, öhdəlik üzrə icra etdiklərini qaytarmağı tələb edə bilər. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən “xxxx” ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 1256 saylı kredit müqaviləsinin müddəti xx.xx.2004-cü ildə bitməsi məhkəmə tərəfindən on illik iddia müddətinə istinad etməklə Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilməməsi əsassızdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC bank olmayan kredit təşkilatının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsmini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1381/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəş edilməsi barədə xx xxxxxx 2015-ci il tarixli müqaviləsinə əsasən “xxxx” ASC problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan xx.xx.2016- cı il tarixli xidmət müqaviləsinə əsasən “X5 Edilməsi Agentliyi” MMC İddiaçı QSC-yə onun “xxxx” ASC-dən problemli aktivlərlə bağlı idarəetmə və hüquqi xidmətlərin həyata keçirilməsinə şərait yaradır. İş materiallarında olan S-AKV-2193 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ilə bağlanmış xx xxx 2003-cü il tarixli kredit müqaviləsinə dair tələb hüququ İddiaçı QSCyə güzəşt edilmişdir. İş materiallarında olan xx xxx 2003-cü il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, “xxxx” ASC-nin Səbail filialı ilə cavabdeh X3 arasında sonuncuya 8.600 manat məbləğində pulun 1 (bir) il müddətinə kredit verilməsinə dair müqavilə imzalanmışdır. İş materiallarında olan xx xxx 2003-cü il tarixli 1256 saylı girov müqaviləsinə əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində Cavabdeh mülkiyyətində olan **-KV-*** dövlət qeydiyyat nömrə nişanı “Mersedes Benz 220” markalı avtomobil banka girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizəyə əsasən müəyyən edilir ki, “X5 Edilməsi Agentliyi” MMC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X10 “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış girov müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan **-KV-*** dövlət qeydiyyat nömrə nişanı “Mersedes Benz 220” markalı avtomobilə dair bildirişin qeydə alınmasına və qeydiyyata alınmış ərizənin bir nüsxəsinin “X5 Edilməsi Agentliyi” MMC-yə təqdim edilməsinə dair müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 xx.xx.2003-cü il tarixli şəhadətnaməsinə əsasən müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan **- KV-*** dövlət qeydiyyat nömrə nişanı “Mersedes Benz 220” markalı avtomobil ******* nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat haqqında şəhadətnaməsinə əsasən müəyyən edilir ki, **-KV-*** dövlət qeydiyyat nömrə nişanı “Mersedes Benz 220” markalı avtomobil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2018-ci il tarixə təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, X1 İddiaçı QSC-yə olan əsas borcu 8.107.00, faiz borcu isə 3285,56 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin güzəşt edilməsi barədə bildirişə əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-nin tələb hüququnun “X5 Edilməsi Agentliyi” MMC-yə keçməsinə dair xəbərdar edilmişdir. Kollegiya hesab edir ki, borc müqaviləsi üzrə İddiaçı QSC-nin tələb hüququna müddətin keçməsinə görə xitam verilmişdir. Mülki Məcəllədə öhdəliklərin xitamı əsaslarından biri də öhdəlik hüququ üzrə müddətin keçməsidir. Öhdəlik hüququnun əşya hüququndan əsaslı fərqlərindən biri də qanuna əsasən öhdəliklərin mövcud olması üçün müddətin müəyyən edilməsidir. Bu halda kredit müqaviləsinin müddəti xx xxx 2004-cü ildə bitmiş və 10 ildən artıq müddət keçmiş və öhdəliyin icra müddətinin axımı kəsilməmiş və dayandırılmamışdır. Kollegiya qeyd edir ki, öhdəliyin icra müddətinin tətbiqi üçün cavabdehin ərizəsinin məhkəməyə təqdim edilməsinə dair Mülki Məcəllədə hər hansı şərt qoyulmamışdır. Bu hal iddia müddətlərinə şamil olunur. Həmçinin iddia müddəti movcud pozulmuş hüququn müdafiəsi üçün müddətdir. Bu halda isə hüquq artıq mövcud deyildir, hətta qanunla müəyyən edilən 10 illik ümumi müddət belə keçmişdir. Həmçinin qeyd olunmalıdır ki, əsas öhdəliyə xitam verildiyindən, aksessor öhdəlik olan girov hüququna da xitam verilmişdir və bu halda əsas tələbə xitam verildiyindən, tutmanı girov qoyulmuş avtomobilə yönəldilməsi qanuna müvafiq olaraq mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsnin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmaması ilə bağlı dəlinini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən, iddiaçı tərəfin nümayəndəsi məhkəmədə iştirak etmişdir. Kollegiya apellyatorun Cavabdeh tərəfindən sonuncu ödənişin xx.xx.2009-cu il tarixdə həyata keçirilməsi ilə bağlı dəlilinə aid hissədə qeyd edir ki, hətta qeyd olunan tarixdə ödəniş olunsa belə, 10 illik kəsici müddət keçmişdir. (iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə verilmişdir) Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC bank olmayan kredit təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 1381/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7452/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7452/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver