Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7456/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Vahid Sadıqovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 39.000 manat pul tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun 39.000 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbi 06.09.2017-ci il tarixli kredit müqaviləsinə əsaslanıb. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 41.000 manat borc pul verir, cavabdeh isə həmin pulu 06.03.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı bildirir ki, cavabdeh 2.000 manat pul qaytarıb, 39.000 manatı isə qaytarmaqdan yayınır. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, iddiaçı iddia müddətini ötürüb. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılıb, lakin qətnamə qəbul edilənə qədər iddia müddətinin tətbiqi barədə ərizə verməyib. Ona görə də o, iddia müddətinin tətbiq edilməsini tələb edə bilməz. Mülki Məcəllənin 739.1-ci maddəsində borc alanın öhdəliyi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Odur ki, borc alınmış pulun qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7456/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7456/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver