Məhkəmə qərarları › İş №2(103)-7457/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7457/2023

30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7457/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3079/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Qocayev X1 Könül Baba qızının mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən ona vurulmuş 15.750 manat məbləğində maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 138 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3079/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

3. Həmin qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmışdır.

4. Daha sonra qətnamədən cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edərək bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3079/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsindən ötrü qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. İş apellyasiya məhkəməsinin icraatında olan zaman iddiaçı tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3079/2023 nömrəli qərardadından şikayət verilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək mülki işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası mülki işin materiallarını və daxil olmuş məktubu nəzərdən keçirərək hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-ci il tarixli, 2(103)- 7457/2023 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və iddiaçının nümayəndəsi və vəkilinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3079/2023 nömrəli qərardadından vermiş olduğu şikayət ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

9. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı:

Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-ci il tarixli, 2(103)-7457/2023 nömrəli qərardad ləğv edilsin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3079/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar