Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7470/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-804/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** nömrəli kredit razılaşması üzrə 5542,73 ABŞ dolları məbləğində kredit borcu, 5982,45 ABŞ dolları məbləğində faiz borcu və 1963,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13488,89 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 804/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 002R********** nömrəli kredit razılaşması üzrə 5542,73 (beş min beş yüz qırx iki dollar yetmiş üç sent) ABŞ dolları məbləğində kredit borcu, 5982,45 (beş min doqquz yüz səksən iki dollar qırx beş sent) ABŞ dolları məbləğində faiz borcu və 300 (üç yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11825,18 (on bir min səkkiz yüz iyirmi beş dollar on səkkiz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin qətnamədən ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərini müdafiə etdilər, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilməli, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 002L**********51 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi çərçivəsində həmin tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli 002R********** nömrəli kredit razılaşması bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333% olmaqla, 16000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında ayrı-ayrılıqda xx xxxxxx 2014-cü il tarixli 002S**********04 və 002S**********03 nömrəli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu X3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 002R**********S nömrəli, xx xxxxxx 2016-cı il tarixli 002R**********SA nömrəli, xx xxxxxx 2016-cı il tarixli 002R**********SB nömrəli, xx xxxx 2017-ci il tarixli 002R**********SC nömrəli, xx xxxxx 2018-ci il tarixli 002R**********SD nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə 5542,73 ABŞ dolları əsas kredit borcu, 5982,45 ABŞ dolları faiz borcu, 1963,71 ABŞ dolları dəbbə pulu, cəmi 13488,89 ABŞ dolları borcun əsas borclu ilə yanaşı zaminlərdən də birgə qaydada tutulması tələbini irəli sürmüşdür. Cavabdeh1 birinci instansiya məhkəməsində iddia tələbini qismən qəbul edərək, faiz məbləği ilə razılaşmamış və iddia tələbinin qismən təmin edilməsi, yəni hesablanmış borc məbləğinin faiz hissəsində təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 ona aid hissədə iddiaya etiraz edir və bildirir ki, müvafiq kredit razılaşmaları onun xəbəri olmadan imzalanmışdır. Cavabdeh3 da iddiaya etiraz edir və bildirir ki, borc düzgün hesablanmamış, həmçinin o, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış razılaşmaların heç birində iştirak etməmiş və zaminlik müqaviləsini imzalamamışdır. Birinci instansiya məhkəməsi əsas və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəllərini, kredit müqaviləsinə dəyişiklik edilməsi barədə sazişləri, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışları araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462.1, 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh1 əsas və faiz borcunun, həmçinin dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı kollegiya hesab edir ki, zaminlərə aid hissədə iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Hazırkı işdə də qeyd olunan hallar mövcuddur. Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 002R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair xx xxxxx 2015-ci il tarixli 002R**********S nömrəli, xx xxxxxx 2016-cı il tarixli 002R**********SA nömrəli, xx xxxxxx 2016-cı il tarixli 002R**********SB nömrəli, xx xxxx 2017-ci il tarixli 002R**********SC nömrəli, xx xxxxx 2018-ci il tarixli 002R**********SD nömrəli sazişlər bağlanılan vaxt zaminlər Cavabdeh2 və Cavabdeh3 razılığı alınmamışdır. Eyni zamanda həmin sazişlərin bağlanması ilə kreditin qaytarılması müddəti uzadılmış və ödənilməli olan ümumi faiz məbləği artmışdır. Bu hallar isə zaminlərin məsuliyyətinin artmasına səbəb olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə görə zaminliyə xitam verildiyindən Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürülmüş tələblər rədd olunmalıdır. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak etmiş və öz izahatlarını vermişdir. Digər apellyasiya şikayətlərində əks olunmuş iddianın tam rədd edilməsi ilə bağlı dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilməli, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi zaminlərə aid hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-804/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-7470/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7470/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver