Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-748/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(008)-274/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC (bundan sonra-İddiaçı MMC) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 27.02.2017-ci il tarixə 17496,60 ABŞ dolları əsas məbləğdən gecikmə, 6287 ABŞ dolları lizinq mükafatı, 400 ABŞ dolları sığorta, 883 ABŞ dolları dəbbə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 03.10.2010-cu il tarixli, 1403/1156-12/2010 saylı X8 Müqaviləsinə öhdəliyin ötürülməsi haqqında 15.08.2012-ci tarixli əlavə razılaşmaya əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən 2006-cı il buraxılışlı, **-AU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GL450” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Bununla da, 08.04.2015-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh1 23.000 ABŞ dollarıməbləğində borcu illik 21% olmaqla, 24 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər Lizinq Müqaviləsinə 1 saylı Əlavədə Lizinq ödənişləri cədvəli üzrə mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmişlər və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Bundan sonra Cavabdeh1 tərəfindən 27.02.2017-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehin X8 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə 27.02.2017-ci il tarixə 17496,60 ABŞ dolları əsas məbləğdən gecikmə, 6287 ABŞ dolları lizinq mükafatı, 400 ABŞ dolları sığorta, 883 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. Eyni zamanda X8 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə araldarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(008)-274/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1883,71 manat əsas borc, 163,84 manat faiz borcu, 10 manat cərimə borcu, cəmi 2057,55 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(008)-274/2020 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(008)-274/2020 saylı qətnaməsindəki yanlışlığın düzəldilməsinə açıq məhkəmə iclasında baxılaraq, qətnamənin nəticə hissəsində “iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17496,60 ABŞ dolları əsas məbləğdən gecikmə, 6287 ABŞ dolları lizinq mükafatı, 400 ABŞ dolları sığorta, 80 ABŞ dolları dəbbə borcu, 24263,6 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-dən, qalan 45 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, dövlət hesabına köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi kimi oxunması qərara alınmışdır. Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh 2015-ci il ilin yanvar ayınadək hər ay 1000 ABŞ dollar ödəmişdir. Lakin fevral-aprel ayları üçün ödənişi gecikdirməyinə baxmayaraq 3100 dollar ödəmişdir. 4 ay sonra etibarnamə almaq üçün Unilizigə müraciət etsədə, ona etibarnamə verməkdən imtina etmiş və dolların kursunu dəyişməsi ilə əlaqədar etibarnamənin verməməsini əsas gətirmişlər. Əlavə olaraq, Unilizinq həmin avtomobili cavabdehdən alaraq aparmış və avtomobili sataraq banka olan borcu ödəyib qalan pulu cavabdehə qaytaraqcaqlarını bildirsələr də, bunu etməmişdilər. Eyni zamanda cavabdehin xəbəri olmadan avtomobili satmağına baxmayaraq ilkin ödədiyi 10000 ABŞ dollar və 36 ay ödənilmiş məbləğ də cavabdehə geri qaytarılmalıdır. Həmçinin məhkəmə cavabdehlərin iştirakını təmin etmədən birtərəfli qaydada qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, onun təmin edilməsini və qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etdi, onun təmin edilməsini və qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab ektmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin borcun ABŞ dolları ilə tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir...Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Kollegiya, şərh olunanları və Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin və Mülki Məcəllənin 439.1və 439.2-ci maddəsinin imperativ tələbini, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndinin 2-ci abzasına görə “bu müqavilə üzrə öhdəliklər şərti vahidlə ifadə olunur. Bir şərti vahid öhdəliyin yaranma tarixinə Mərkəzi Bankın ABŞ dollarının manata bərabər olan məbləğini təşkil edir. Bütün ödənişlər ödəmə gününə 1 ABŞ dollarının manata bərabər olan məbləğlə manatla ödəniləcək” şərtləri Mülki Məcəllənin 439.1 və 439.2-ci maddəsinin imperativ tələbinə ziddir. Birincisi ona görə ki, “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsini nəzərdə tutur. İkincisi hazırkı müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar pul öhdəliyini xarici valyuta, o cümlədən ABŞ dolları ilə müəyyənləşdirə bilməzlər. Ücüncüsü müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar bu müqavilə üzrə müqavilənin qiymətini (dəyərini) ABŞ dolları ilə müəyyənləşdirib manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməzlər. Dördüncüsü tərəflər arasında bağlanmış müqavilənin predmetini xarici valyuta (ABŞ dolları) deyil, lizinq obyekti olan nəqliyyat vasitəsi təşkil etdiyindən cavabdeh həmin əşyanın ödənişini manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin borcun ABŞ dolları ilə tutulması ilə bağlı gəldiyi nəticə düzgün olmamış, bununla da, maddi hüquq normasının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Kollegiya hesab edir ki, maddi hüquq normasının pozulmasına görə qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında işə baxılmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, əvvəlki adı "xxxx" Lizinq Şirkəti QSC yeni adı İddiaçı MMC kimi 09 avqust 2018-ci ildə qeydiyyatdan keçmişdir; Lizinq verən İddiaçı MMC ilə lizinq alan X2 arasında bağlanmış 03.10.2010-cu il tarixli, NVDNo1403/1156-12/2010 saylı X8 Müqaviləsinə əsasən təsviri bu müqavilədə göstərilən 2006cı il buraxılışlı, “Mercedes Benz GL450” markalı minik avtomobilini 60 ay müddətinə X1 müvəqqəti istifadəsinə vermişdir; Həmin müqavilənin 14.2-ci bəndinə əsasən bu Fəslin 13.1 və 13.2-ci maddələrində göstərilən əsaslarla müqavilənin şərtləri pozulduqda, lizinq alan müqavilənqin pozulması ilə bağlı yaranmış zərərin əvəzini (birbaşa zərər və əldən çıxmış fayda qismində) lizinq verənə ödəməlidir. Lizinq alan ona zərərin əvəzinin ödənilməsi barədə tələbin irəli sürüldüyü gündən 5 gün müddətində tələb olunan məbləği lizinq verənə ödəməlidir. 5 gün müddətində tələb olanan məbləğ lizinq alan tərəfindən ödənilmədikdə, hər gecikdirilən gün üçün tələb olunan məbləğin 0,6% miqdarında dəbbə pulu hesablanır. NVDNo1403/1156-12/2010 saylı X8 X3 (öhdəliyin ötürülməsi haqqında) əsasən öhdəlik ötürən X4 lizinq verənin razılığı ilə NVDNo1403/1156-12/2010 saylı X8 Müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürən Cavabdeh1 verir, öhdəlik götürən isə qəbul edir. Həmin Razılaşmanın 3-cü bəndinə əssasən razılaşmanın imzalandığı an NVDNo1403/1156-12/2010 saylı X8 Müqaviləsi üzrə öhdəlik ötürənin ötürdüyü borcu 46000 ABŞ dolları təşkil edir və öhdəlik götürən həmin məbləği lizinq müddəti-48 ay, avans-10000 ABŞ dolları, lizinq verənin mükafatı-maliyyələşdirilən məbləğin illik 21% olmaqla ödəməyi öhdəsinə götürür. NVDNo1403/1156-12/2010 saylı X8 Müqaviləsi üzrə 15 avqust 2012-ci il tarixli təhviltəslim aktınnın surətindən görünür ki, qiyməti 46000 ABŞ dolları olan, 2006-cı il buraxılışlı, “Mercedes Benz GL450” markalı minik avtomobili öhdəlik ötürən X2 tərəfindən öhdəlik götürən Cavabdeh1 təhvil verilmişdir. NVDNo1403/1156-12/2010 saylı X8 Müqaviləsinə 15 avqust 2012-ci ildə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 lizinq alanın NVDNo1403/1156-12/2010 saylı X8 Müqaviləsinə əlavə olan 15.08.2012-ci il tarixli razılaşmadan irəli gələn öhdəliklərini icra etmədiyi təqdirdə, həmin müqavilədə qeyd olunmuş öhdəliklərini tamamilə icrasını öz üzərinə götürür. NVDNo1403/1156-12/2010 saylı X8 Müqaviləsinə 08 aprel 2015-ci il tarixdə olan Razılaşmanın (Restrukturizasiya haqqında) 1.2-ci bəndinə əsasən lizinq müddəti 24 ay təşkil edir. 14.1-ci bəndinə əsasən bu müqaviləyə əlavə No1 (Lizinq ödənişləri Cədvəli) müəyyən edilən müddətdə lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə, lizinq alan lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün vaxtında ödənilməmiş əsas məbləğdən 0,6% dəbbə pulu ödəyir. 05.11.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 X8 Müqaviləsi üzrə 27.02.2017-ci il tarixə 2303,12 ABŞ dolları əsas məbləğ, 17496,60 ABŞ dolları əsas məbləğdən gecikmə, 6287 ABŞ dolları lizinq mükafatı, 400 ABŞ dolları sığorta, 883 ABŞ dolları dəbbə pulu borcu, cəmi 27369,72 ABŞ dolları məbləğində borcu vardır. AB 279786 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-AU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GL450” markalı minik avtomobilinin sahibi İddiaçı MMC-dir. Təhvil-təslim aktının surətindən görünür ki, **-AU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GL450” markalı minik avtomobil 27 fevral 2017-ci ildə İddiaçı MMC-yə təhvil verilmişdir. 15.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 X8 Müqaviləsi üzrə 27.02.2017-ci il tarixə 2422 manat əsas məbləğ üzrə borc, 18411 manat əsas məbləğdən gecikmə, 6601 manat lizinq mükafatı, 420,68 manat sığorta, 928,18 manat dəbbə pulu borcu, cəmi 28782,86 manat məbləğində borcu vardır. 9019 saylı, 12.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 27.02.2017-ci il tarixə 19063,24 ABŞ dolları əsas borcu, 5815,88 ABŞ dolları faiz borcu vardır. Cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından Cavabdeh1 cərimə hesablanmamışdır. 9/258 saylı, 15.02.2022-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı (c.i.v 145) məlumatları, ekspert qarşısında qoyulmuş sual üzrə tərəflər arasında bağlanmış NVD 1403/1156-12/2010 saylı X8 Müqaviləsinə Restrukturizasiya haqqında 08.04.2015-ci il tarixli Razılaşmaya əsasən lizinq obyektinin qiyməti 23000 ABŞ dolları həmin vaxt ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, Azərbaycan manatı ilə ifadə edildiyi halda Cavabdeh1 27.02.2017-ci il tarixədək əsas borcu 20068,87 manat, lizinq mükafatı 6122,68 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-nin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-nin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kollegiya hesab edir ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən və zamin Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinə görə zamin durduğundan, iddiaçı borcun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Lizinq obyekti 27 fevral 2017-ci ildə İddiaçı MMC-yə təhvil verilmişdir. Borcun məbləğini müəyyən edərkən, kollegiya ekspert rəyinə qiymət verməyi zəruri hesab edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının borcun Azərbaycan manatı ilə müəyyən edilməsi barədə 9/258 saylı, 15.02.2022-ci il tarixli rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, borcun ABŞ dolları ilə verilmiş 9019 saylı, 12.02.2020-ci il tarixli ekspert rəyinə qiymət verilməsinə zərurət yoxdur. Kollegiya ekspert rəyi əsasında hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli, 20068,87 manat əsas məbləğdən gecikmə, 6122,68 manat lizinq mükafatı tutulmalıdır. MM-nin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Kollegiya dəbbə pulu məbləği ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən lizinq ödənişləri nəzərə alınmaqla, tələb olunan məbləğ tənasübsüz surətdə yüksək olmaqla, həmin hissədə iddia qismən təmin edilərək, dəbbə pulu azaldaraq 950 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədə uyğundur. Kollegiya hesab edir ki, iddiaçı 400 ABŞ dolları sığorta ödənişini tələb etsə də, həqiqətən həmin pulu ödəməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Buna görə də, iddia 400 ABŞ dolları sığorta ödənişi ilə bağlı hissədə təmin edilməməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) MM-nin 477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya hesab edir ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı 08 aprel 2017-ci ildə başa çatdığı gündən bir il ərzində iddiaçı Cavabdeh2 qarşı iddia irəli sürmədiyindən (iddia 07.12.2018-ci ildə verilmişdir) qanunvericiliyin tələbinə əsasən zaminin öhdəliyinə xitam verilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 20068,87 manat əsas məbləğdən gecikmə, 6122,68 manat lizinq mükafatı, 950 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan 19 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 245 manatın 156 manatı Cavabdeh1, 89 manatı Direkt Kredi” MMC-dən alınıb, dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(008)-274/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 20068,87 (iyirmi min altmış səkkiz manat səksən eyddi qəpik) manat əsas məbləğdən gecikmə, 6122,68 (altı min iyirmi iki manat altmış səkkiz qəpik) manat lizinq mükafatı, 950 (doqquz yüz əlli) manat dəbbə pulu, 19 (on doqquz) manat dövlət rüsumu, cəmi 27160,55 (iyirmi yeddi min yüz altmış manat əlli beş qəpik) manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 245 (iki yüz qırx beş) manatın 156 (yüz əlli altı) manatı Cavabdeh1, 64 (altmış dörd) manatı İddiaçı MMC-dən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-748/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-748/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver