Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7481/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2669/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC borclu Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3088 manat məbləğində əsas borc, 500.16 manat məbləğində faiz borcu olmaqla, cəmi 3588.16 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmişdir.“xxxxxxxxxxx” QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (İddiaçı MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017- ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxxxxxxxxx” QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-FKİB-178 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxxxxxxxxx” QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin X1 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 430/14 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% olmaqla 24 ay müddətinə 3088 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı cavabdehin ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Cavabdehə verilən vəsaitindən istifadə müddəti 18 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 3088 manat, faiz borcu üzrə 500.16 manat olmaqla cəmi 3588.16 manat məbləğ təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2669/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3088 manat məbləğində əsas borc, 500.16 manat məbləğində faiz borcu olmaqla, cəmi 3588.16 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxxxxxxxxx" QSC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən 3088 manat məbləğində əsas borc, 500,16 manat məbləğində faiz borcu ondan deyil, “X5” MMC-dən tələb edilməli idi.Belə ki, onun adına sənədləşdirilmiş 3088 manat məbləğində kredit onun özünə deyil, “Kirby” markalı, “Sentria” modelli yuyucu maşın aldığı “X5” MMC-nin hesabına köçürülmüşdür. Aldığı yuyucu maşında müəyyən nasazlıqlar aşkar edildikdən sonra həmin maşın xx xxxxxxx 2014-cü il tarixli Əmlakın təhvil-təslim aktı ilə onun tərəfindən Şirkətə təhvil verilmiş, lakin şirkət tərəfindən həmin maşına görə Bank tərəfindən onun adından Şirkətin hesabına köçürülmüş 3088 manat pul Banka qaytarılmamışdır. Bu barədə nə Bank tərəfindən, nə də ki, Şirkət tərəfindən məlumatlandırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, o, azərbaycan dilində nə daşına və nə də yaza bilmir. 1-ci instansiya məhkəməsində zəruri sənədləri təqdim edərək hesab etmişdir ki, iddia rədd ediləcək. Lakin, mübahisənin nədən getdiyini başa düşməmiş, ona hüquqları izah edilməmişdir. O, aldığı əmlakı bir neçə gündən sonra şirkətə qaytarmış, şirkət bu barədə müvafiq sənədləşmə aparmışdır. Həmin şirkət hal-hazırda Sumqayıtda fəaliyyət göstərir. İndi ona deyirlər ki, guya 1-ci instansiya məhkəməsində işə baxılanda iddianı qəbul etmişdir. Deyirlər qətnamədə belə yazılmışdır. Azərbaycan dilində oxuya bilmədiyi üçün onu başqa şəxsə oxutdurmuşdur. İddianı necə qəbul edə bilər, necə pul verməyə razılaşa bilər ki, aldığı əmlakı bir neçə gündən sonra geri qaytarmışdır. Onun iddianı qəbul etməsi ağlabatan deyil, məntiqsizdir. Azərbaycan dilini yaxşı bilmir, yazıboxumağı ümumiyyətlə bacarmır. Tərcüməçi vasitəsi ilə apelyasiya icraatında işlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Elə həmin əsasla iddia rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1665/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4188/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1665/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iş üzrə qəbul edilmiş kassasiya instansiya məhkəməsinin qərarı ilə tanış olduğunu qeyd etdi və məhkəmə kollegiyasından ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2669/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 430/14 saylı borc müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin X1 ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış və bank borcluya 18 ay müddətinə, illik 20 % olmaqla 3088 manat məbləğində kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 430/14 saylı borc müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə 3088 manat məbləğində əsas, 500.16 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin ödənişi xx.xx.2014-ci il tarixdən başlayıb, hər ay 199,99 manat son ayı isə 199,98 manat ödəmək şərtilə 18 ay müddətində ödənilməli və xx.xx.2016-cı il tarixdə bitməli idi. İş materiallarında olan İddiaçı MMC tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan borcunun tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 28, mənzil 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mübahisənin həlli baxımından ilk növbədə iddiaçının belə bir tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmaq lazımdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı işdən görünür ki, irəli sürülmüş tələb hüququ “xxxxxxxxxxx” QSC-yə məxsusdur. İddianı isə onun törəmə müəssisəsi olduğu qeyd edilən İddiaçı MMC qaldırmış və pul məbləğinin “xxxxxxxxxxx” QSC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Belə olan halda, İddiaçı MMC məhkəmədə “xxxxxxxxxxx” QSC-nin adından hərəkət edən nümayəndəsi kimi çıxış etmək istəmişdir. Hüquqi şəxsin nümayəndəsi ilə bağlı qaydalar qanunvericilikdə aşağıdakı kimi tənzimlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmiş, xx.xx.2017-ci tarixdə hazırkı iş üzrə cavabdehə aid sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmişdir. “xxxxxxxxxxx” QSC ilə Agentlik arasında xx.xx.2016-cı il tarixdə “Xidmət müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən, Agentlik “xxxxxxxxxxx” QSC-yə onun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini “xxxxxxxxxxx” QSC-yə ödəməyi, “xxxxxxxxxxx” QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar Agentliyin yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şərait yaratmağı öhdələrinə götürmüşlər. Xidmət müqaviləsinin 2.1.4-cü bəndinə əsasən, Agentliyə problemli aktivlər üzrə mövcud borcların ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, icra orqanlarında, dövlət orqanlarında iştirak etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlər verilmişdir. Müqavilənin 2.4-cü bəndinə görə, problemli aktivlərlə bağlı müqavilədə qeyd olunan xidmətlərin icrası məqsədilə “xxxxxxxxxxx” QSC tərəfindən Agentliyin icraçı direktoruna müvafiq səlahiyyətlərin təsbit edildiyi etibarnamə verilir. Nəzərə alınmalıdır ki, MPM-ə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (maddə 73.4). İddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Hazırkı iş üzrə Agentliyin nümayəndəlik funksiyalarını həyata keçirməsi üzrə səlahiyyətlər xidmət müqaviləsində nəzərdə tutulmuşdur. Lakin hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülki-prosessual qanunvericiliyə əsasən hazırkı iş üzrə xidmət müqaviləsi ilə verilmiş nümayəndəlik institutunun səlahiyyətlərinin Agentlik tərəfindən həyata keçirilməsi mümkün deyildir. MPM-ə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (maddə 149.1). İddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir (maddə 150.0.3). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Prosessual qanunvericiliyin sadalanan tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi “xxxxxxxxxxx” QSC-ni məhkəmədə təmsil etmək səlahiyyətinə malik olmayan Agentliyin adından qaldırmış iddia ərizəsini icraata götürmüş və həmin ərizə əsasında işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2669/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.3, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2669/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7481/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7481/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver