Məhkəmə qərarları › İş №2(103)-7483/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7483/2022

14.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7483/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-285/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və avtonəqliyyat vasitəsinin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11715 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərərin, 45000 manat məbləğində əldən çıxmış faydanın, ümumilikdə 56715 manat məbləğində zərərin, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və 110 manat hüquqi yardım xərcinin əvəzinin müştərək qaydada tutulması və cavabdehlərin üzərinə öz hesablarına «KİA Cerato Coupe» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində yol verilmiş yanlışlığın nəzərə alınaraq iddiaçının "xxxx" MMC qismində tanınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11715 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərərin, 59400 manat məbləğində əldən çıxmış faydanın, ümumilikdə 71115 manat məbləğində zərərin, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və 110 manat hüquqi yardım xərcinin əvəzinin müştərək qaydada tutulması və cavabdehlərin üzərinə öz hesablarına «KİA Cerato Coupe» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, X2 və X1 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3cü şəxs qismində mülki işə cəlb edilmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, e-2(006)- 285/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 8615 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərərin, 4000 manat məbləğində əldən çıxmış faydanın, ümumilikdə 12615 manat məbləğində zərərin, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və 110 manat hüquqi yardım xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, öz hesablarına “KİA Cerato Coupe” markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(103)-2054/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)- 285/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin (qanunla müəyyən edilmiş formaya riayət edilmədiyi üçün) geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan Cavabdeh1 tərəfindən həmin qətnamədən yenidən apellyasiya şikayəti verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, e-2(006)- 285/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və avtonəqliyyat vasitəsinin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Cavabdeh1 tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, e-2(006)-285/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sonradan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə yeni apellyasiya şikayəti və “buraxılmış müddətin bərpasına” dair ərizə ilə müraciət edilərək, buraxılmış müddətin üzrlü hesab edilməsi və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən müddət ötürülmədən apellyasiya şikayəti vaxtında verilmişdir. Lakin apellyasiya şikayəti qanunla müəyyən edilmiş formaya riayət edilmədiyi üçün geri qaytarılmışdır. Qanun qüvvəyə mindiyi müddətdən bir ara şikayətlər köhnə qaydada qəbul edilmiş, lakin sonradan mümkünsüz hesab edilmişdir. Verdiyi şikayət həmin müddətə düşmüşdür. Tərəfindən həmin nöqsan aradan qaldırılaraq apellyasiya şikayəti elektron məhkəmə sistemi vasitəsilə tələb olunan formaya riayət edilməklə, təkrar verilmişdir. Lakin bu dəfə də, şikayət geri qaytarılmışdır ki, üzrlü səbəbdən ötürülmüş və prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə edilməmişdir. Apellyasiya şikayətlərinin yeni qaydada verilməsi və elektron məhkəmə sisteminin şikayət verdiyi an natamam bilməsi səbəbindən həmin ərizə tərəfindən yazılsa da, sonradan öyrənmişdir ki, sistemə texniki səbəbdən yerləşdirilməmişdir. İlkin şikayət veriləndə müddətin ötürülməsinə yol verməmiş, şikayətin verilməsi elektron sistemə keçid dövründə baş vermiş və sistemi tam öyrənə bilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-285/2021 nömrəli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, e- 2(006)-285/2021 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş “buraxılmış müddətin bərpasına dair” ərizənin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, e-2(006)-285/2021 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bu mülki işlə təxmini 10 ay məşğul olmağına və tərəfindən bir neçə dəfə elektron şikayətlərin verilməsinə baxmayaraq həmin iş üzrə elektron kabinetə əlavə edilməmiş və qəbul edilmiş qərardadlardan məlumatım olmurdu. xx.xx.2022-ci il tarixli qərardadını xx.xx.2022-ci il tarixdə qəbzə imza atmaqla məhkəmədən almışdır. Həmin qərardadın surəti Cavabdeh1 da çatdırılmamışdır. Məhkəmə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadında qeyd edir ki, qərardadda göstərilmiş nöqsanları aradan qaldırmaq üçün şikayətçinin xeyli vaxtı olmuşdur, lakin şikayəti 3 ay sonra vermişdir. Məhkəmənin bu qənaəti ilə qətiyyən razı deyil. Belə ki, mülki prosessual qanunvericiliklə nıralnasqön" aradan qaldırılması üçün" hər hansı xüsusi müddət nəzərdə tutulmamışdır. İkincisi, yuxarıda qeyd etdiyi kimi, 2022-ci ilin yanvar ayında apellyasiya şikayəti verməyinə baxmayaraq hazırkı mülki iş elektron kabinetinə əlavə edilməmişdir, iş üzrə hərəkətləri vaxtında izləyə bilmir, hansı tarixdə hansı qərarın qəbul edilməsindən məlumatı olmamışdır. Nəzərə almaq lazımdır ki, vəkillərin də hakimlər kimi iş yükü həddindən artıq çoxdur, hər işi saniyə bə saniyə izləmək fiziki mümkün deyildir. Cavabdeh1 gənc oğlu avtoqəzada vəfat etmiş, həmin xanım güclü fiziki və mənəvi iztirablar keçirir, məhkəmədən daxil olan bildiriş və məktublar barədə vəkilinə (yəni ona) vaxtlı-vaxtında lazımi reaksiya verə bilməmişdir. Hazırkı iş üzrə verdiyi apellyasiya şikayətinin verilmə tarixinə baxdıqda müəyyən olunur ki, o, yeni il gecəsi, hər kəs bayram etdiyi bir vaxtda, gecə saat 02-35-də şikayəti imzalayıb göndərmişdir. Bu bir daha hazırkı işə necə ciddi yanaşdığını sübut edir. Formal çatışmamazlıqlara görə şikayəti bir neçə dəfə geri qaytarılmışdır. Lakin, ədalət naminə qeyd edir ki, iş üzrə birinci instansiya tərəfindən qətnamə qəbul edildikdən sonra, həmin qətnamənin ləğvinə səbəb olacaq təkzibedilməz və mötəbər sübutlar əldə etmiş, apellyasiya şikayətinə əlavə etmişdir. Cavabdeh haqsız yerə mülki məsuliyyətə cəlb edilmişdir, formal prosessual nöqsanlara görə haqlı olduğunu hazırda sübut edə bilmir. Məhkəmədən nə zaman qərardad almış, dərhal şikayət vermişdir. Fevral ayında verdiyi şikayətə nitəddüm" bərpa edilməsinə dair" ərizəni əlavə etməyi unutmuş, həmçinin hesab etmişdir ki, müddət ötürülməmişdir, çünki şikayət vaxtında verilmişdir, hətta Bakı Apellyasiya Məhkəməsinə də göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, e- 2(006)-285/2021 saylı qətnaməsini məhkəmə qəbzinə imza etməklə, 02 dekabr 2021-ci il tarixdə almışdır. Həmin qətnamədən onun tərəfindən ilk dəfə apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydaya riayət edilmədən verildiyindən, öncə apellyasiya instansiya məhkəməsi, daha sonra isə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Bununla yanaşı, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə növbəti dəfə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən, məhkəmənin 03 mart 2022-ci il tarixli qərardadı ilə yenidən geri qaytarılmışdır. Yuxarıda qeyd edilən qərardad “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə daxil edilmiş, habelə əlavə olaraq Cavabdeh1 müvafiq poçt ünvanına da göndərilmişdir. Cavabdeh1 qeyd edilən qərardadı 26 mart 2022-ci il tarixdə xəbərnaməyə imza etməklə, rəsmi qaydada almışdır. Lakin apellyasiya şikayəti uzun müddət keçdikdən sonra, yalnız 10 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfin qanunla müəyyən edilmiş müddət ərzində nöqsanları aradan qaldırmaq üçün xeyli vaxtı və imkanı olsa da, bundan yararlanmamış və təxminən 3 aydan çox müddət keçdikdən sonra yenidən apellyasiya şikayəti ilə müraciət etmişdir. Digər tərəfdən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə “buraxılmış müddətin bərpasına dair” ərizəsində bu halın üzrlü səbəblərdən, yəni şikayətin verilməsinin elektron sistemə keçid dövründə baş verdiyinə və cavabdehin sistemi tam öyrənə bilmədiyinə əsaslansa da, işdə olan apellyasiya şikayətlərindən görünür ki, şikayətlər elektron qaydada məhkəməyə verilmişdir. Kollegiya hesab edir ki, buraxılmış müddətin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və “buraxılmış müddətin bərpasına dair” ərizə kifayət qədər əsaslandırılmadığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq ərizə təmin edilməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul edərkən məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-285/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar