Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7486/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-892/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə və İddiaçı cavabdehlər X15, X2, X11, X16, X4, X17, X5, Cavabdeh və Azərbaycan Respublikası Rabitə və Texnologiyaları Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə və Maraqlı şəxs1 ASC-yə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsisinin 2(004)-2790/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus “xxxx” MMC-nin inşa etdiyi və xx xxxxxxxx 2007-ci il tarixli müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair İddiaçı "xxxx” MMC ilə xx xxxxxxxx 2007-ci il tarixdə bağlanılan alğı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderlərinin bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə “xxxx” MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Mirzəzadə) xx xxxxxxx 2018-ci il tarixli, 2(004)- 892/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı cavabdehlər X15, X2, X11, X16, X4, X17, X5, Cavabdeh və Azərbaycan Respublikası Rabitə və Texnologiyaları Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə və Maraqlı şəxs1 ASC-yə qarşı iddia qaldıraraq, cavabdehlərlə bağlanmış olan əqdlərin etibarsız hesab edilməsi və həmin mənzillərin boşaldılması, İddiaçı məxsus Cavabdeh-nin inşa etdiyi və xx xxxxxxxx 2007-ci il tarixdən müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533- cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair İddiaçı Cavabdeh ilə xx xxxxxxxx 2007ci il tarixdə bağlanılan alğı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderlərinin bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə Cavabdeh-nin üzərinə öhdəlik qoyulması və ya İddiaçı tərəfindən mənzillərə görə ödənilmiş 1.618.212,44 manat pul məbləğdən borc- kreditin 500.000 manat mədləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1.517.665 manat nəticədə isə İddiaçı 2.635.867,44 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)- 2790/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10511/19 nömrəli qərardadı ilə 2(103)-1017/2019 və 2(103)-10511/2019 nömrəli mülki işlər bir icraata birləşdirilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2790/2019 nömrəli iş üzrə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 892/2018 saylı xx.xx.2018 -ei il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2790/2019 nömrəli, 2i.05.2019-cu il.tarixli qətnaməsi ləğv olunması, Bakı şəhəri. Yasamal rayonu. İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24. 25. 28. 3 1. 32. 35. 42. 45. 49 saylı mənzillərə dair İddiaçı “xxxx” MMC ilə xx xxxxxxxx 2007-ci il tarixdə bağlanmış alğı-satqı müqavilələr, maliyyə arayışları və kassa mədaxil orderlərin bərpa olunmuş hesab olunmaqla İddiaçı tərəfindən mənzillərə görə ödənilmiş (mənzillərin qiyməti) 1 million 517.665 manat İddiaçı cavabdeh “xxxx” MMC-dən tutulub birdəfəlik qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsi, qalan hissədə İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1017/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə müəyyən tələblər eynilik təşkil etdiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi “İddiaçı məxsus Cavabdeh-nin inşa etdiyi və xx xxxxxxxx 2007-ci il tarixdən müqavilələr əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533- cü məhəllədə yerləşən 16 mərtəbəli binadan alınmış 24, 25, 28, 31, 32, 35, 42, 45, 49 saylı mənzillərə dair onun mülkiyyət hüququnun tanınması, həmin mənzillərə dair İddiaçı Cavabdeh ilə xx xxxxxxxx 2007-ci il tarixdə bağlanılan alğı-satqı müqavilələri, maliyyə arayışları və kassa mədaxil orderlərinin bərpa olunmuş hesab olunmaqla, həmin mənzillərin onun sahibliyinə verilməsi barədə Cavabdeh-nin üzərinə öhdəlik qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1017/19 nömrəli qətnaməsi ilə apelyasiya şikayətlərinin təmin edilməməsi, 1-ci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-892/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli və 2-ci iş üzrə 2(004)-2790/2019 nömrəli, xx xxx 2019-cu il tarixli qətnaməsinin «cavabdehlər X15, X3, X11, X16, X4, X17, X5, Cavabdeh-yə və digər cavabdehlərlə bağlanmış olan əqdlərin etibarsız hesab edilməsi və həmin mənzillərin boşaldılması və ya İddiaçı tərəfindən mənzillərə görə ödənilmiş 1.618.212,44 manat pul məbləğdən borc- kreditin 500.000 manat məbləğini çıxmaqla, üstə gəl mənzillərin məbləğlərinin qiymətini 1.517.665 manat nəticədə isə İddiaçı 2.635.867,44 manat ödənilməsinin» rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2330/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1017/2019 nömrəli qətnaməsi qismən – iddiaçının pul tələblərinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən Cavabdeh-yə pul vəsaitləri ödənilmişdir. Hazırda öhdəliklərini icra etmədiyindən ödənilmiş pul vəsaitləri ona geri qaytarılmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi-vəkili X7 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 2330/2020 saylı qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsisinin 2(004)- 2790/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsinin iddiaçının pul tələblərinə aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və Rabitə və Texnoloqiyalari Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi tərərfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı X8 Cavabdeh-yə qarşı mülkiyyət hüququnun tanınması və mənzillərin ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh-nin cavabdeh X9 qarşı əqdlərin etibarsızlığı barədə qarşılıqlı iddia tələbi təmin edilərək, X18 ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 24, 25, 28, 31, 32, 35, 49 saylı mənzillərə dair bağlanmış xx.xx.2007-ci il tarixli 337, 338, 340, 342, 343, 344, 345 saylı müqavilələr və həmin ünvandakı 42, 45 saylı mənzillərə dair bağlanmış xx.xx.2008-ci il tarixli 353, 354 saylı müqavilələr etibarsız hesab olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)- 1792/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Maraqlı şəxs1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, girov qoyduğu 9 mənzilin dəyəri qismində 1.517.655 manat məbləğində pul vəsaitinin ondan tutulmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(004)-1792/2013 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədə qeyd edilmişdir ki, İddiaçı mənzillərin ona məxsus olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir, təqdim olunan sənədlər surət olduğundan yazılı sübut kimi qəbul edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-1792/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı mübahisəli mənzillərin dəyərinin cavabdehə ödənilməsi barədə məhkəməyə kassa mədaxil orderi qəbzlərinin kserosurətini təqdim etmişdir. Kollegiya tərəfindən həmin qəbzlərin əslinin təqdim olunması təklif edilsə də, iddiaçı həmin qəbzləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə əvvəlki məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli pul vəsaitinin Cavabdeh-yə ödənilməsi öz təsdiqini tapmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının subyektiv mövqeyini əks etdirir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsisinin 2(004)-2790/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi pul tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2790/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsisinin 2(004)-2790/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi pul tələbinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-7486/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7486/2020
24.11.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver