Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7486/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı ASC-nin X3, Cavabdeh2 və X1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (bank) X3, Cavabdeh2 və X1 qarşı “kredit borcunun tutulması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, İddiaçı ASC və X4 arasında bağlanmış 18.04.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, X2 və Cavabdeh2 bankın xeyrinə 8874,42 manat əsas, 1201,6 manat faiz, 88 manat cərimə borcunun, habelə 20 manat dövlət rüsumunun tutulması, X1 aid hissədə işin icraatına xitam verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir; Cavabdeh2 isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini düzgün hesab etmədiyi əsasları, eləcə də hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini konkret göstərməmiş, qanunvericiliyin müxtəlif müddəlarını sadalamaqla kifayətlənmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-309/2021 saylı iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7486/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7486/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver