Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-749/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Tağıyev Elşad Sərdar oğlunun, Cavabdeh Əmirullayev Böyükağa Xanağa oğlunun iştirakı ilə, İddiaçı Tağıyev Elşad Sərdar oğlunun cavabdeh Əmirullayev Böyükağa Xanağa oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1104/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Tağıyev Elşad Sərdar oğlu cavabdeh Əmirullayev Böyükağa Xanağa oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, də əsas borca görə 6910 manat, dəbbə puluna görə 1600 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 8540 manatın Əmirullayev Böyükağa Xanağa oğlundan onun xeyrinə tutulması barədə İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Əmirullayev Böyükağa Xanağa oğlu ilə xx.xx.2015-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, bu müqavilələrə əsasən cavabdeh ondan 6910 manat dəyərində məişət avadanlıqlarını nisiyə almış, heç bir ödəniş etməmişdir. Nəticədə Əmirullayev Böyükağa Xanağa oğlunun xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1356 manat, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1740 manat, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 828 manat, xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi üzrə əsas borca görə 2986 manat borcu vardır. O, cavabdehə dəfələrlə xəbərdarlıq edərək borcunu ödəməsini tələb etsə də, heç bir nəticə əldə edə bilməmişdir. qətnamə çıxarılmasını xahiş edir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1104/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Əmirullayev Böyükağa Xanağa oğlundan xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1356 manat, dəbbə puluna görə 25 manat, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1740 manat, dəbbə puluna görə 25 manat, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 828 manat, dəbbə puluna görə 25 mant, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 2986 manat, dəbbə puluna görə 25 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 7040 manatın Tağıyev Elşad Sərdar oğlunun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmə iclasında iştirakının təmin edilməməsi, onun iddiaçıya borcunun olmaması arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya şikayəti üzrə bir neçə məhkəmə iclası keçirilmiş, iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, bununla belə xx xxxx 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı Tağıyev Elşad Sərdar oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmirullayev Böyükağa Xanağa oğlu iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbindən imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Tağıyev Elşad Sərdar oğlunun cavabdeh Əmirullayev Böyükağa Xanağa oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə, iddiaçı Tağıyev Elşad Sərdar oğlunun iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1104/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. İş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 124 (yüz iyirmi dörd) manat cavabdeh Əmirullayev Böyükağa Xanağa oğlundan tutularaq VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-749/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-749/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver