Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7495/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il İş № 2(103)-7495/2020 Bakı şəhəri Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və uşaqlara görə əlavə xərclərdə iştirak etməsi" ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. İclas saat 11:15-də başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsinə əsasən Sədrlik edən məhkəmə iclasını açır və İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və uşaqlara görə əlavə xərclərdə iştirak etməsi" ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxıldığını elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərdən məhkəmə kollegiyasının iclasına kimin gəldiyini aydınlaşdırır. İclas katibi bildirir ki, tərəflər kollegiya iclasına gəlmişdir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsinə əsasən məhkəmə kollegiyasının iclasına gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir. İddiaçı: İddiaçı xx.xx.1980. 1COK9MP Cavabdehin nüm. və vəkili: X1 Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Mülki Prosessual Məcəllənin 374-cü maddəsinə əsasən Sədrlik edən məhkəmə kollegiyasının tərkibini elan edir və işdə iştirak edən şəxslərə etiraz etmə hüququnu izah edir. Sədrlik edən Tanrıverdiyev Anar Vəzir oğlu, Hakimlər Şirinov İkram Sabir oğlu və Səmədov Tofiq Səməd oğlu, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğludur. Etiraz olmadı. Mülki Prosessual Məcəllənin 375-ci maddəsinə əsasən işdə iştirak edən şəxsə prosessual hüquq və vəzifələrini izah edir. İşdə iştirak edən şəxslər hüquq və vəzifələrinin onlara aydın olduğunu bildirirlər. Sədrlik edən işdə iştirak edən şəxslərdən işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı bütün məsələlər barəsində müraciət və vəsatətinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Sədrlik edən məruzə edərək bildirir ki, Bakı Apellyasiya Məhkəməsinə xx xxxxxxxx 2020-ci il tarixdə dəftərxana vasitəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən xx xxxxxxxx 2020-ci il tarixli məktubu daxil olmuş və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu yoxlamaq üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İddiaçı: etiraz etmirəm. Cavabdehin nüm. və vəkili: apellyasiya şikayəti tərəfimizdən təqdim edilmişdir. Odur ki, xahiş edirəm tərəfimizdən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu yoxlamaq üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Məhkəmə kollegiyası yerində qısa müşavirə edərək, Qərara alır: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu yoxlamaq üçün mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən məhkəmə kollegiyasının iclasını saat 11:30-da bağlı elan edir. Protokol xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Anar Tanrıverdiyev Məhkəmə iclas katibi: Fərid Atamaliyev
Məhkəmə qərarları › İş №2(103)-7495/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7495/2020
16.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver