Məhkəmə qərarları › İş №2(103)-7500/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7500/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7500/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X3, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-720/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, yol nəqliyyat qəzası zamanı ona məxsus “Mitsubishi Outlander” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş 19.199,59 manat məbləğində maddi ziyanın və 5.000 manat məbləğində mənəvi ziyanın, evakuator xidməti və dayanacaq üçün ödənilmiş 34 manatın və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 24.263,59 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə özünə məxsus olan 99-ХМ-711 dövlət nömrə nişanlı “Mitsubishi Outlander” markalı avtomobillə Sabunçu qəsəbəsi “Milli Olimpiya Stadionu”nun yaxınlığında yerləşən tuneldə hərəkətdə olan zaman Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E230” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq iddiaçının avtomobilində olan sərnişin X1 zərər vurmuş və həmçinin iddiaçının avtomobilinə maddi ziyan vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Sabunçu RPİ-si tərəfindən aparılan araşdırma və xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında Qərarla müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 idarə etdiyi “Mersedes-Benz E230” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Sabunçu qəsəbəsi, Milli Olimpiya stadionun yaxınlığındakı tuneldə hərəkətdə olan zaman ara məsafəsini düzgün seçmədiyi üçün iddiaçının idarə etdiyi nəqliyyat vasitəsilə toqquşmuşdur və nəticədə hər iki maşın əzilmiş, o cümlədən iddiaçıya məxsus nəqliyyat vasitəsində olan sərnişin Nadir Zərbəliyev dərəcəsi təyin olunmayan xəsarətlər almışdır. Cavabdeh2 “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin tələblərini pozması nəticəsində hadisənin baş verdiyi qeyd edilmişdir. Bununla da, Cavabdeh2 barəsində xx.xx.2019-cu il tarixdə AP ******* nömrəli İnzibati xəta haqqında protokol və TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş, o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunaraq 40 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə 24.199,59 AZN məbləğində maddi zərər dəymişdir. Bu fakt “Mitsubishi” şirkətinin rəsmi distribütorunun servis mərkəzində tərtib edilmiş xx.xx.2019-cu il tarixli Mİ-93967 nömrəli qüsur aktı ilə öz təsdiqini tapır. Həmiçinin hadisə baş verdiyi tarixdə xidmət dəyəri 30 AZN olmaqla evakuatordan istifadə olunaraq iddiaçıya məxsus nəqliyyat vasitəsi cərimə meydançasına aparılmışdır və 4 AZN əlavə olaraq birdəfəlik dayanacaq haqqı tutulmuşdur. Cavabdehin nəqliyyat vasitəsi nəqliyyat vasitələrinin icbari sığortası əsasında sığortalandığı üçün sığorta təşkilatı tərəfindən iddiaçıya 5.000 AZN məbləğində ödəniş olunmuşdur. Lakin qalıq məbləğ - 19.199,59 AZN pul vəsaiti təmir üçün ödənilmədiyindən iddiaçı avtomobilsiz qalmışdır. Sabunçu RPİ-də aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Mercedes-Benz E230” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1dur. Hesab edir ki, qeyd olunan zərər məbləği cavabdehlər, “Mercedes-Benz E230” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 və qəza baş verən zaman onu idarə edən Cavabdeh2 birgə qaydada tutulmalıdır. Eyni zamanda Cavabdeh2 qanunazidd əməli nəticəsində iddiaçı güclü həyəcan və qorxu hissi və əsəb sarsıntısı keçirməsinə səbəb olmuşdur. Bununla da iddiaçıya həmdə mənəvi ziyan dəymişdir. Hesab edir ki, dəymiş mənəvi zərərin dəyəri 5.000 manatdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-720/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 maddi ziyanın əvəzi kimi 14.480 manat, 34 manat evakuator və dayanacaq haqqı və ödənilmiş dövlət rüsumunun 18 manat hissəsi olmaqla, cəmi 14.532 (on dörd min beş yüz otuz iki) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 60 (altmış) manat hissəsinin Cavabdeh2, 40 (qırx) manat hissəsinin İddiaçı dövlət nəfinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-720/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə razı deyil. Məhkəmə aktları qəbul olunan zaman maddi və prosesial hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nın 77.1 maddəsinə görə, hər bir tərəf öz tərələblərinin və etirazının əsası kimi istinad etdiyi haları sübut etməlidir. xx.xx.2019-cu il tarixdə iddiaçı özünə məxsus **-XM-*** dövlət nömrə nişanlı “Mitsubişhi Qutlander” markalı avtomobilə Sabunçu qəsəbəsi Milli Alimpia stadionunun yaxınlıqında yerləşən tuneldə hərəkətdə olan zaman öz “Mercedes Benz E230” markalı **-RU-*** dövlət qeydiyat nişanlı avtomobilimlə iddiaçının avtomobilini arxadan vurmuşdur. Hadisə ilə bağlı polisdə araşdırma aparılmış, iddiaçıya sıqorta tərəfindən pul ödənilsədə, bununla qanə olmadığını bildirərək ondan maddi və mənvi zərərin ödənilməsi barədə məhkəməyə əsası olmadan ərizə verməklə nəticədə məlum qətnamə əldə etmişdi. Məhkəmə prosesi iştirakı olmadan keçirilmiş, o, öz sübutlarını və məhkəmədə müdafiə hüququndan məhrum edilmişdir. Qeyd olunan məbləği hazırda ödəmək ixdidarında deyil, belə ki, hal-hazırda özü ağır ürək xəstəliyindən əziyyət çəkir, maddi və sossial durumu normal deyil. Bütün bunlar olduğu halda hec bir əsas olmadan ondan xeyli miqdarda maddi zərər tutularaq iddiaçıya ödənilməsi qanunsuz olmaqla yanaşı ədalətlidə deyildir. Təkrar ekspertiza keçirilsə onun ədalətli olması sübut olunar. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-720/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X6pelyasiya şikayətini müdafiə etdiyini bildirərək apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 720/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, yol nəqliyyat hadisəsini əslində cavbdeh deyil başqa şəxs, yəni öz əri tərətmiş, lakin cavabdehin adına rəsmiləşdirilmişdir. Hadisə ilə bağlı polisdə araşdırma aparılmış və iddiaçıya sığorta tərəfindən 5.000 manat pul ödənilsədə, bununla razılaşmır. Cavabdeh 14.532 manat məbləğində pulu hazırda ödəmək ixdidarında deyil. Belə ki, halhazırda cavabdeh ağır ürək xəstəliyindən əziyyət çəkir, maddi və sossial durumu normal deyil. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-720/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili X7 Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-720/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir”. Hazırki halda Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd оlunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin tam yоxlanılmasını düzgün hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 nоyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən еdildi ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə özünə məxsus 99-ХМ-711 dövlət nömrə nişanlı “Mitsubishi Outlander” markalı avtomobillə Sabunçu qəsəbəsi “Milli Olimpiya Stadionu”nun yaxınlığında olan tuneldə hərəkətdə olan zaman Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E230” markalı, **- RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının avtomobilində olan sərnişin X5 xəsarət almış və həmçinin iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. Cavabdeh2 “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin tələblərini pozması nəticəsində yol nəqliyyat hadisəsini törətməsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində aparılan araşdırma nəticəsində qəbul olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında xx xxxxxxxx 2019-cu il tarixli Qərarla da təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı S.Allahverdiyev tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 idarə etdiyi “Mercedes-Benz E230” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabunçu qəsəbəsi “Milli Olimpiya Stadionu”nun yaxınlığında olan tuneldə ara məsafəsi saxlamayaraq eyni istiqamətdə hərəkətdə olan İddiaçı idarə etdiyi “Mitsubishi Outlander” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsi ilə toqquşmuş, hər iki avtomobil əzilmiş və X5 xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi “Mercedes Benz E230” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərini pozması nəticəsində baş vermişdir. Göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan, Sabunçu RPİ-nin DYPŞ-nin xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan, “xxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, “Mitsubishi Outlander” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 30.105 manat ziyan dəymişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməəmtəəşünaslıq ekspertizasının 2338 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan məlumatlara əsasən, 2015-ci il buraxılışlı, “Mitsubishi Outlander” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 19.480 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, həmin Məcəllnin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddi zərər hissəsində məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərər üzrə 5.000 (beş min) manat pulu tələb etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin maddi ziyanın digər Cavabdeh1 tutulması və mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat pulun cavabdehlərdən tutulması hissələrində təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərər üzrə olan hissəsi ilə bağlı qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və X8 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı”iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası Cavabdeh2 apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesial hüquq normalarının pozulması, təkrar ekspertiza keçirilsə onun ədalətli olmasının sübut olunacağı barədə dəlilinə münasibət bildirərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilərək rəy aldığından, təkrar ekspertizanın keçirilməsinə ehtiyaç yoxdur. Eyni zamanda, cavabdeh məhkəmə prosesinin iştirakı olmadan keçirilməsi nəticəsində öz sübutlarını təqdim edə bilməməsi barədə dəlilinə münasibət bildirərək, həmin dəlili də əsassız hesab edir. Belə ki, iş materialları ilə tam sübut olunur ki, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə birinci instansiya məhkəməsi tərəfindən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməməsi apelyasiya şikayətinin onun tərəfindən formal olaraq verildiyinə dəlalət edir. Odur ki, iddia tələbinin cavabdehin apelyasiya şikayətinə əsasən təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-720/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar