Məhkəmə qərarları › İş №2(103)-7501/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7501/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7501/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(011)-15626/2016 saylı qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" LTD MMC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh ödənilməmiş 2018 mant borcun, 20 manat dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə 02.08.2014-cü il tarixdə bağlanmış ******* saylı müqaviləyə əsasən, kreditor borcluya satış qiyməti 814 manat və 02.08.2014-cü il tarixli ******* saylı müqaviləyə əsasən, satış qiyməti 1607 manat olan məişət avadanlığı satmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bununla da onun hal-hazırkı vaxta ödənilməmiş 2018 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2016-ci il tarixli 2(011)- 15626/2016 saylı əmri ilə Cavabdeh ödənilməmiş 2018 mant borcun, 20 manat dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının "xxxx" LTD MMC-nin xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2016-ci il tarixli məhkəmə əmrinə etiraz verərək əmrin ləğv edilib iddia icraatına keçilməsini xahiş etmişdir. Məhkəmə əmrinə etiraz belə əsaslandırılmışdır ki, o, 28 dekabr 2013-cü ildən cəza çəkir və 12 dekabr 2016-cı ildən Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Hesab edir ki, "xxxx" LTD MMC ilə 2014-cü ildə müqavilə bağlaması qeyri-mümkündür. 2016-cı ildə çıxarılmış məhkəmə əmrini isə 30 aprel 2021-ci il tarixdə İcra və Probasiya Şöbəsi vasitəsilə əldə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(011)-15626/2016 saylı qərardadı ilə borclunun məhkəmə əmrinə verdiyi etirazı geri qaytarılmışdır. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, borclu məhkəmə əmrinə etirazı qanunla müəyyən olunmuş 10 gün müddətində verməmişdir. Həmin qərardaddan borclunun şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(011)-15626/2016 saylı qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(011)-15626/2016 saylı qərardadı ləğv edilməli, mülki iş məhkəmə əmrinə etiraza yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki iş materiallarında borclu Cavabdeh 12 dekabr 2016-ci il tarixli məhkəmə əmrini almasına dair hər hansı bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(011)-15626/2016 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2016-ci il tarixli 2(011)- 15626/2016 saylı məhkəmə əmrinə borclu tərəfindən verilmiş etiraza yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar