Məhkəmə qərarları › İş №2(103)-7502/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7502/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7502/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-nin Yasamal filialına qarşı əqdin etibarsız hesab olunması tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1839/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-nin Yasamal filialına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ASC və İddiaçı arasında bağlanmış xx.xx.2020- ci il tarixli “CR/43594/75/15 saylı kredit müqaviləsi”nin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1839/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-nin Yasamal filialına qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151, 152-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddianı Cavabdeh ASC-nin ünvanının olduğu yerə görə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə deyil, ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmayan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə vermişdir. Bu səbəbdən ərizə geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. İddiaçı şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1839/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə MPM-nin 36, 267, 268-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qərardad əsassız,sifarişli, qərəzli hesab etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1839/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Yahya oğlunun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1839/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 63-67; MPM-nin 33-45,149-152, 263.1, 395.1, 395.2, 397.2 və 398.0.1-ci maddələrinə əsasən əsaslandırmanın fərqli cəhətləri müəyyən edilən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin sübuta yetirilməyən dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, iddiaçının tələbinin yönəldiyi cavabdeh hüquqi şəxsin özü deyil filialı əks edilmişdir. Ona görə, iddiaçı ilk olaraq cavabdehi düzgün seçməklə ərazi aidiyyətini müəyyən etməlidir. İstinad etdiyi istehlakçı hüququnun pozulması ilə müraciətinin hüquqi əsasları isə müəyyən edilmir (şikayətdə əsaslandırılmamışdır). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1839/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar