Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7514/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı QSC BOKT-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2151 manat əsas, 564 manat faiz borcu olmaqla, cəmi 2715,04 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, iddia ərzəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı QSC BOKT, şikayət verərək, qərardadın ləğv olunması, iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia ərizəsi MPM-in 149-cu maddəsinin tələblərinə uyğun verilmişdir. Həmin maddədə iddia ərizəsinin səlahiyyətli şəxsin imzasından əlavə möhürlə təsdiq edilməsi vəzifəsi və tələbi qeyd olunmamışdır. Məhkəmə isə, iddia ərizəsini iddiaçı olan cəmiyyətin möhürü ilə təsdiqlənmədiyini əsas gətirib geri qaytarmışdır. Eyni zamanda, iddia ərizəsini imzalamaq səlahiyyətini və imzalayan şəxsin cəmiyyətin qanuni təmsilçisi olduğunu təsdiqləyən sənəd iş materiallarına əlavə edilmişdir. Binəqədi Rayon Məhkəməsi, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 nömrəli Fərmanına uyğun olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC, həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə vemiş, eyni zamanda problemli şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir. İddiaçı QSC-nin hazırkı iddia ərizəsi isə, onun törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru Süleyman Bəkirov tərəfindən imzalanmışdır. Birinci istansiya məhkəməsi, iddia ərizəsini geri qaytararkən, qərardadını belə əsaslandırmışdır ki, iddia ərizəsi İddiaçı QSC tərəfindən deyil, nizamnaməsinə əsasən İddiaçı QSC BOKT-nin təbeliyində olan və Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Fərmanı ilə İddiaçı QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə yaradılmış “X4 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru tərəfindən imzalanmışdır.Halbuki, onun yaradılma məqsədi və statusu İddiaçı QSC-nin adından məhkəməyə iddia ərizəsi ilə müraciət etmək, iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olması kimi qiymətləndirilə bilməz. Başqa sözlə, hazırkı vəziyyətdə iddia ərizəsi hüquqi nəticə etibarilə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 69-cu maddəsinə əsasən, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə isə, imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi geri qaytarılır. Şikayətə əlavə edilmiş İddiaçı QSC BOKT tərəfindən X4 Edilməsi Agentliyi” MMCnin icraçı direktoru Süleyman Bəkirova verilmiş xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən, ona “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən qəbul edilmiş problemli aktivlərlə bağlı Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında icra oqanlarında, dövlət orqanlarında, İddiaçı QSC BOKT-nin adından iştirak edib, Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən MPM-in 74.2-ci maddəsində nəzərdə tutulmuş iddia ərizələrinin imzalanması, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi və s. səlahiyyətləri yerinə yetirmək etibar edilmiş və etibarnamə bir il müddətinə verilmişdir. Göründüyü kimi, iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2020-ci il tarixdə Süleyman Bəkirovun xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən imza səlahiyyəti olmuş, lakin bu sənəd ərizəyə əlavə olunmamışdır. Bu hal əvvəlcədən məlum olmasa da, birinci instansiya məhkəməsi tərəfindən şikayətə baxılarkən nəzərə alınmalı və iddia ərizəsinin geri qaytarılmasına səbəb olmuş nöqsan aradan qaldırılmış hesab edilməklə, iddia ərizəsi icraata götürülməli idi. Təsadüfi deyildir ki, MPM-in 152.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Odur ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul olunması üçün iş həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC BOKT-nin şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4312/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsi icraata qəbul olunması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7514/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7514/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver