Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7519/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh Fətiyeva Könül Aydın qızı və onun nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Fətiyeva Könül Aydın qızına qarşı “borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1083/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 510.580 ABŞ dolları borcun ödənilən ana görə Azərbaycan manatının məzənnəsi ilə 869.007,16 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh keçmiş arvadı Fətiyeva Könül Aydın qızı öz ərizəsi əsasında iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə verərək, iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Fətiyeva Könül Aydın qızının cavabdeh qismində cəlb edilməsi və cavabdehlər Cavabdeh və Fətiyeva Könül Aydın qızından 510.580 ABŞ dolları borcun ödənilən ana görə Azərbaycan manatının məzənnəsi ilə 869.007,16 manat pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə yazılı formada borc müqaviləsi bağlayaraq, ona 2 il müddətinə, yəni xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 468.000 ABŞ dolları borc pul vermiş, müqavilədə göstərilən vaxtdan 2 il 11 ay keçməsinə baxmayaraq borcu qaytarmamışdır. Müqavilənin şərtlərinə əsasən müqavilənin müddəti bitəndən sonra borc qaytarılmadığı halda, borclu hər gecikdirilmiş il üçün 10 faiz cərimə ödəməyi üzərinə götürmüşdür. Öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə xx.xx.2018-ci il üçün 46.800 ABŞ dolları, xx.xx.2019-cu il üçün 46.800 ABŞ dolları, xx.xx.2019-cu il üçün 42.900 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 604.500 ABŞ dolları məbləğində borcu yaranmış, Cavabdeh borcundan cəmi 93.920 ABŞ dolları qaytarmışdır. Borc verilən zamanı xx.xx.2015-ci il tarixdə cavabdehlər rəsmi nikahda olmuşlar və birgə təsərrüfat aparmışlar, ona görə də birgə məsuliyyət daşımalıdırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 1083/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında sadə yazılı formada bağlanmış xx.xx.2015-ci il tarixli borc müqaviləsi üzrə Cavabdeh verilmiş 468.000 ABŞ dollarından ödənilmiş 93.920 ABŞ dolları çıxıldıqdan sonra xx.xx.2020-ci il tarixə ödənilməmiş qalan 374.080 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin – “Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün illik 10 faizlə hesablanmış 136.500 ABŞ dolları cərimə tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməsi, iddia tələbinin cavabdeh Fətiyeva Könül Aydın qızına qarşı olan hissədə tam rədd edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, borca hesablanmış cərimə və Fətiyeva Könül Aydın qızına qarşı təmin edilməməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cərimə hissəsində iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Həmçinin borcun cavabdehlərdən müştərək qaydada tutulmaması hissəsində də məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən, iddia tələbinin digər cavabdehə münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsini və pulun onlardan müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən borcun birgə nikah dövründə alındığı və xərcləndiyi sübuta yetirilsə də, iddia tələbi digər cavabdehə aid hissədə əsassız olaraq rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh K.Fətiyeva və onun nümayəndəsi-vəkili apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, səhhətində yaranan problemə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh isə məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, qətnamə apellyasiya şikayətlərinə münasibətdə iddia tələbinin təmin edilməmiş cərimə və digər cavabdehə aid rədd edilməsi hissəsində yoxlanılır, belə ki, iddiaçı cərimə və digər cavabdehə aid hissədə iddianın rədd edilməsi hissəsində, Cavabdeh isə digər cavabdehə aid hissədə iddianın rədd edilməsinə münasibətdə qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin – “Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün illik 10 faizlə hesablanmış 136.500 ABŞ dolları cərimə tutularaq İddiaçı ödənilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı ilə Cavabdeh arasında sadə yazılı formada bağlanmış xx.xx.2015-ci il tarixli borc müqaviləsinə görə İddiaçı Cavabdeh 2 il müddətinə, yəni xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 468.000 ABŞ dollar borc vermişdir. Müqavilənin şərtlərinə əsasən müqavilənin müddəti bitəndən sonra borc qaytarılmadığı halda, borclu hər gecikdirilmiş il üçün 10 faiz cərimə ödəməyi öhdəsinə götürmüşdür. Borc müqaviləsini borcverən İddiaçı, onun tərəfindən olan şahidlər X2 və X3, borcalan Cavabdeh və onun tərəfindən olan şahid X5 imzalamışlar. İddiaçı müqavilənin şərtinə uyğun olaraq Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün illik 10 faizlə hesablamaqla, 136.500 ABŞ dolları cərimə tələb etmiş, məhkəmə həmin hissədə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, bu hissədə iddia tələbinin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə yalnışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən müqavilənin müddəti bitəndən sonra borc qaytarılmadığı halda, borclu hər gecikdirilmiş il üçün 10 faiz cərimə ödəməyi üzərinə götürmüşdür. Hazırki iş üzrə Cavabdeh aldığı borcu tam qaytarmadığı, yəni müqavilə üzrə öhdəliyini tam icra etmədiyi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənn 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur (MM-nin 463.1, 463.2-ci maddələri). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər MM-nin 465.2-ci maddəsi). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər (MM-nin 467-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi bu hissədə qismən əsaslıdır. Tərəflər arasında öz iradə ifadələrinə uyğun şəkildə bağlanmış müqavilədə dəbbə pulunun (cərimənin) tutulması nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə borc alındıqdan sonra xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə ölkədə baş vermiş devalvasiyaları, tərəflərin əmlak mənafelərini və ümumi borc məbləğini nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 1000 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Kollegiya iddia tələbinin cavabdeh Fətiyeva Könül Aydın qızına qarşı olan hissədə rədd edilməsi barədə məhkəmənin gəldiyi qənaəti qanuni və əsaslı hesab edir. İddiaçı borc verilən zaman - xx.xx.2015-ci il tarixdə cavabdehlərin rəsmi nikahda olduğunu və birgə təsərrüfat apardığını qeyd edərək, borcun müştərək qaydada tutulmasını tələb edir. İş materiallarından mübahisəsiz qaydada müəyyən edilmişdir ki,K.Fətiyeva ilə Cavabdeh borcun verildiyi xx.xx.2015-ci il tarixdə rəsmi nikahda olsalar da, faktiki olaraq aralarında 2014-cü ildən ər-arvad münasibətləri kəsilmiş, ayrı ünvanlarda yaşamaqla, ayrı təsərrüfat aparmışlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6594/2018 nömrəli qətnaməsi ilə K.Fətiyeva ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Kollegiya qeyd edir ki, rəsmi nikahın 2018-ci il tarixdə pozulması, onlar arasında olan faktiki münasibətin 2014-cü ildən kəsilməsinin müəyyən edilməməsi nəticəsinə gəlməyə əsas vermir, həmçinin, tərəflər arasında olan nikahın pozulması və aliment tələbi barədə məhkəmə qətnaməsindən müəyyən edilir ki, K.Fətiyeva aliment tələbinə dair iddiasında, Cavabdeh isə nikahın pozulması barədə qarşılıqlı iddiasında özləri qeyd etmişlər ki, son 4 ildə faktiki olaraq ayrı yaşayır və ayrı təsərrüfat aparırlar. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, məhkəmə bu hissədə işin hallarını düzgün müəyyən etmiş, onlara uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1083/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən -iddia tələbinin təmin edilməmiş "Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün illik 10 faizlə hesablanmış 136.500 ABŞ dolları cərimənin tutularaq İddiaçı ödənilməsi" hissəsində ləğv edilsin və həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 1000 ABŞ dolları məbləğində cərimə (qətnamə icra olunduğu vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7519/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7519/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver