Məhkəmə qərarları › İş №2(103)-7521/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7521/2020

07.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7521/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi və qanunsuz tikintinin dayandırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)-1466/2019 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, MTK-nın cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X5 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi, 62 E ünvanında yerləşən, 67.7 kv.m qeyri-yaşayış sahəsi və 0.07057 ha torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2017-ci il tarixdə verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə” iddia tələbi üzrə Nərimanov Rayon Məhkəməsinin icraatında 2(005)-4134/2019 saylı mülki iş vardır. Hazırda məhkəmə icraatı davam etməkdədir. Odur ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4134/2019 saylı işə baxılıb yekun məhkəmə aktı qəbul olunana qədər hazırki mülki işin icraatının dayandırılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)- 1466/2019 saylı qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi zərərin ödənilməsi və qanunsuz tikinti işlərinin dayandırılması tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraat Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X5 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi, 62 E ünvanında yerləşən, 67.7 kv.m qeyri-yaşayış sahəsi və 0.07057 ha torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2017-ci il tarixdə verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə” iddia tələbi üzrə 2(005)-4134/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Həmin qərardaddan iddiaçı tərəfdən verilmiş şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, qərardad qanunsuz və əsassızdır, prosessual normaların pozulması ilə qəbul edilmişdir. Tərəfə iclas barədə məlumat verilməmiş, qərardad isə onun ünvanına göndərilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 da şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına etiraz göndərərək qeyd etmişdir ki, Nərimanov Rayon Məhkəməsində qaldırdıqları iddia üzrə mülki mübahisə hazırda da davam etməkdədir, hazırda verdikləri kassasiya şikayəti üzrə iş Ali Məhkəmənin icraatındadır. Ona görə də iddiaçının şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası izahatları dinləyib, etirazın dəlilləri ilə tanış olub və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş üzrə icraatın dayandırılması barədə ərizə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki işlə Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 4134/2019 saylı mülki iş mahiyyət etibarilə bir-biri ilə əlaqəli olduğundan, hazırki mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək dayandırılmalıdır, belə ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı hazırki mülki işin mahiyyəti üzrə həllinə təsir göstərə bilər. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti yalnışdır. Belə ki, məhkəmə diqqətə almamışdır ki, Cavabdeh MTK-nın Nərimanov Rayon Məhkəməsində cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qaldırdığı iddia İddiaçı verilmiş çıxarışın ləğv edilməsi barədə olmuşdur, yəni Cavabdeh MTK-nın iddia tələbləri bilavasitə inzibati orqanın hərəkətləri ilə bağlı olmaqla həmin orqana qarşı yönəlmişdir. Həmin tələbə isə ümumi məhkəmələrdə baxılması yolverilməzdir, inzibati orqanın hərəkətlərindən verilən iddialara müvafiq inzibati məhkəmədə baxılmalıdır. Başqa sözlə, məhkəmə Cavabdeh MTK-nın məhkəmə aidiyyəti qaydalarına riayət etmədən Nərimanov Rayon Məhkəməsində iddia qaldırmasına, bununla da həmin iddianın uğursuz olmasının və hazırki işə baxılmasının süni surətdə uzadılmasına yönəlməsini qabaqcadan görməli olduğu halda, göstərilən xüsusatlara diqqət yetirməmiş, əsassız olaraq hazırki işin icraatını dayandırmışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadından iddaçının verdiyi şikayətə (hazırki şikayətə) baxarkən da məhkəmə əvvəlki mövqeyini təkrarlamaqla kifayətlənmiş, ən azı Nərimanov Rayon Məhkəməsində qaldırılmış iddianın hansı mərhələdə olmasını belə araşdırmamışdır. Elektron sistemdən çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsas göstərilməklə işin icraatına xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmiş və həmin qərardad artıq qanuni qüvvəyə minmişdir. Cavabdeh MTK-nın həmin qərardaddan kassasiya şikayəti verməsinə gəldikdə isə, həmin şikayətin mümkün hesab edilib-edilməməsi hələ məlum deyil. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, hazırki mülki iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadı ləğv edilməli və icraatın dayandırılması barədə ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)- 1466/2019 saylı qərardadı ləğv olunsun və Cavabdeh MTK-nın mülki işin icraatının dayandırılması barədə ərizəsi rədd edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar