Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7521/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 24.10.2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 35.100 manat məbləğində pul cavabehlərdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, 35.100 manat Cavabdeh1 alınaraq iddiaçıya verilsin. Qətnamə ilə eyni gündə qəbul olunmuş qərardadla qərara alınıb ki, iddia ərizəsi digər Cavabdeh2 aid olan hissədə baxılmamış saxlanılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 06.02.2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında “borcun etirafı barədə” müqavilə bağlanmış, cavabdeh iddiaçıdan 35.100 manat borc aldığını etiraf etmiş, həmin pulu hər ay 5.850 manat ödəməklə 06.08.2016-cı il tarixədək hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə ilə müəyyən edilmiş öhdəliyin icrasının təmini üçün eyni tarixdə iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı edir ki, Cavabdeh1 borcun etirafı barədə müqavilə ilə üzərinə götürdyü öhdəliyi icra etməyib. Cavabdeh1 isə apellyasiya şikayətini onunla əsaslandırıb ki, həmin müaqvilə görünüş üçün bağlanıb, qeyd olunan pul ona verilməyib. Cavabdeh istinad etdiyi halı təsdiq edən sübut təqdim etməyib. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Əqdin görünüş üçün bağlandığı sübutlara istinad olunmaqla müəyyən edilə bilər, məhkəmə yalnız cavabdehin sözlərinə istinad etməklə bunu müəyyən edə bilməz. Ona görə də məhkəmə Mülki Məcəllənin 882-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 35.100 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib. Apellyasiya icraatı zamanı tərəflər arasında bağlanmış barışıq sazişi məhkəməyə təqdim olunmuşdur. Lakin məhkəmə Mülki-Prosessual Məcəllənin 52 və 191ci maddələrinin göstərişlərinə əsaslanaraq sazişi təsdiq etməkdən imtina etmişdir. Belə ki, sazişin başlığında “barışıq sazişi” yazılsa da o, məzmunca barışıq sazişi deyil. Sazişə görə iddiaçı qətnamə ilə müəyyən edilmiş pul tələbindən imtina edir, cavabdeh isə 6.300 manat pulu 24.09.2021-ci il tarixədək iddiaçıya ödəyəcəyi barədə üzərinə öhdəlik götürür. Mülki prosesdə iddidan imtina və barışıq sazişi ayrı-ayrı prosessual imkanlardır, onların doğurduğu hüquqi nəticələr də fərqlidir. Ona görə barşıq sazişi və iddiadan imtina eyni zamanda mövcud ola bilməz. Əgər iddiadan imtina olunursa iş üzrə icraata bu əsasla xitam verilir, xitam verilmiş iş üzrə barışıq mümkün deyil. Bu ziddiyyətin aradan qaldırılması üçün tərəflərə vaxt verilmiş, lakin onlar iddiadan imtina barədə ərizə və yaxud başqa barışıq sazişi (iddiadan imtinanı nəzərdə tutmayan barışıq sazişi) təqdim etməmişlər. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 24.10.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7521/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7521/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver