Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7526/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7167/18 saylı işi üzrə 15.10.2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir (iş səh.94,96). Belə ki, ödənişin təyinatı Bakı Apellyasiya Məhkəməsi üçün müəyyən edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, qətnamədən şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə uyğun olaraq dövlət rüsumu ödənilməlidir. Qeyd edilənlərdən əlavə, prosessual müddətin bərpası barədə məhkəmənin 24.06.2021-ci il tarixli qərardadının iddiaçıya rəsmi qaydada 25.06.2021-ci il tarixli göndərilmiş (səh.110-112),lakin ona (çatmasına) dair heç bir sənəd iş materiallarına əlavə olunmamış və göndərildiyi tarix nəzərə alınmaqla, birinci instansiya məhkəməsi apellyasiya şikayətini (işlə birlikdə) şikayətin verilmə müddəti bitdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, işdə iştirak edən şəxslərin qərardaddan şikayət vermək hüququnu nəzərə almayaraq şikayət vermə (hüquqlarını təmin etməmiş) müddətini gözləməmiş, iş 05.07.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərmiş (07.07.2021-ci il tarixdə daxil olmuşdur). Məhkəmə məhkəmə sənədlərinin çatdırılması üzrə vəzifələrə aid prosessual hərəkətləri və müvafiq gözləntiləri səlahiyyəti həddində həyata keçirməli və işdə iştirak edən bütün şəxslərin məhkəmə aktlarından şikayət vermə hüquqlarını təmin etməlidir. Əks halda, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual qeyri-müəyyənlik sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə şərait yaradan amil kimi şikayətin icraata qəbul edilməsini mümkünsüz edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 146, 357, 360-366, 395-397, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7167/18 saylı işi üzrə 15.10.2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7526/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7526/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver