Məhkəmə qərarları › İş №2(103)-7534/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7534/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7534/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-568/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə (bundan sonra –rayon məhkəməsi) müraciət etmişdir. Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-568/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh3 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə daxil olmuş sorğusuna əsasən həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(011)-568/2016 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilmişdir. Bu səbəbdən mülki işin məhkəməyə göndərilməsi xahiş olunur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ş.Sadıqov qeyd etdi ki, qərardaddan şikayət vermişlər, bu səbəbdən mülki işin baxışdan çıxarılaraq Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin fikrini dinləyib hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-568/2016 saylı qərardadından iddiaçı “xxxxxxxxxx” QSC tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Xətai Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar