Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7540/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1715/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.01.2016-cı il tarixli 2(003)-11/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 17.07.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artıraraq hər ay 175 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə, iş № 2(003)-1715/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 20.06.2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 17 iyul 2009-cu il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.01.2016-cı il tarixli 2(003)-11/2016 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 17.07.2009-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılməş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehn hər ay 108 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artıeılmasını və cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, OBA markətdə işləməklə 260 manat əmək haqqı aldığını, hazırda ikinci dəfə evləndiyini, yeni nikahdan da bir uşağı olduğunu, nikah bağladığı qadının da 2 uşağı olduğunu və beləliklə himayəsində 3 uşağı olduğunu göstərmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsi faktiki vəziyyətə uyğun deyil, ədalətsiz qərardır və onun üçün qəbuledilməzdir. Onun aylıq əmək haqqı 260 manatdır, ailəsini saxlamaq üçün səhhəti imkan verdikdə fəhləlik də edir. Məhkəmə, ödəniləcək alimentin miqdarını 175 manat müəyyən etməklə onu çıxılmaz vəziyyətə salmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartlarının, istehlak qiymətlərinin və s. dəyişməsini, həmçinin uşağın böyüdükcə tələbatlarının da artmasını nəzərə alaraq və bütün bunların iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməsi qənaətinə gələrək iddianı təmin etmiş və mövqeyini Azərbaycan Respublikası Konstitusiyasıın 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələri və s. ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə alimentin miqdarını artırmaqla cavabdehin vəziyyətini ağırlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh atadır və onun uşağına hər cür maddi və mənəvi qayğı, diqqət, dəstək göstərmək borcudur. Şikayətdə göstərilən halların heç biri, uşağı belə bir diqqət və qayğıdan məhrum etmək üçün əsas deyildir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7540/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7540/2021
29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver