Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7541/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-1309/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş 2830.80 manat zərərin, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2860.80 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, "Azəriqaz” X2 Pirəli Camal oğlu arasında 05.08.2019-cu il tarixli AKX-0125802/08-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnin Bakı X4 Departamenti tərəfindən **********02450 saylı abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1302AZ**********95 saylı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xəttlərinə, habelə cavabvdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmlş qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qonunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar İddiaçı İB-nin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkləri nəticəsində İddiaçı İB-nin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında 11.03.2017-ci il tarixli ******* akt əsasında 3182,40 manat borc olmuşdur. Cavabdeh tərəfindən ödənişlər edildikdən sonra 2830,80 manat borcu qalmaqdadır. İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 2830,80 manat pul məbləğinin könülü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və İddiaçı İB-yə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdar edilmişdir. Müqavilə öhdəlilərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün İddiaçı İB tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də cavabdehdən İddiaçı İByə vurulmuş 2830,80 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla 2860,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ**********99********) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən qanunsuz olaraq hesablanmış 15912 m3 qazın sərfiyyatına görə cari 2835,80 manat məbləğində borcun, eyni zamanda yeni quraşdırılmış sayğacın dəyəri əvəzi olan 235,88 manat məbləğində pulun silinməsi və qanunsuz hesablanmış borca görə ondan tutulmuş 343 manat məbləğində pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, 13.03.2017-ci il tarixdə yaşadığı ünvan 2 ünvanda quraşdırılmış qaz sayğacının yoxlanması üçün Dövlət Neft şirkəti İddiaçı əməkdaşları tərəfındən ******* saylı akt tərtib olunaraq istifadələrində olan “İTRON G- 4” markalı 1302AZ**********95 saylı qaz sayğacı çıxarılaraq yoxlanılmış və yenidən yerinə quraşdırılmışdır. Həmin vaxtdan smart qaz kartına qazın sərfıyyatı üçün pul yüklədiyində smart kartına yüklədiyi pulun borca çıxıldığı ona məlum olmuşdur. Məsələnin araşdırılması üçün müraciət etdiyində Azərbaycan Respublikası Dövlət Neft şirkəti İddiaçı Bakı X4 Departamenti tərəfındən tərtib olunmuş aktla “sayğacın sərfıyyata uyğun olmaması, mövcud qaz sayğacının maksimal ölçmə həddi 6 m3 /saat olduğu təqdirdə, qaz işlədicilərinin maksimal sərfiyyatının 28.1 m3 /saat olması” səbəbindən dəymiş ziyanın bərpası məqsədilə hesablanan 15912 m3 həcmində itirilmiş təbii qazın dəyərinin ödənilməsi öhdəliyi üzərinə qoyulmuşdur. Sayğaca baxış onun iştirakı ilə keçirilmiş, sayğaca baxış keçirilən zaman heç bir problemin olmaması ona bildirilmiş və sayğac yenidən quraşdırılmışdır. Bundan sonra tərtib olunmuş akta səbəbi bildirilmədən imza etdirilmişdir. Bu qədər borcun sonradan qəflətən yaranması özü-özlüyündə absurdur. Tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtı-vaxtında sərf etmiş qazın dəyəri qismində pulu ödənilmişdir. Sayğacın normal olduğu da ona İddiaçı İB-in əməkdaşları tərəfindən bildirilmişdir. Lakin yoxlamadan sonra ona bildirilmədən bu həcmdə borcun hesablandığını öyrənməyi onu heyrətləndirmişdir. Qeyd etmək istəyir ki, o, əməkdaşlara fərdi yaşayış evinə məxsus sayğacdan əlavə istixanaya aid sayğacın olduğunu və istixanaya sərf olunan qazın həcminin bu sayğacla hesablandığını bildirmişdir. Lakin buna baxmayaraq, əməkdaşlar yenə də ümumi qaz sərfiyyatını fərdi yaşayış evinə məxsus sayğacın üzərinə yazaraq qanunsuz və əsassız akt tərtib etmişlər. Bundan əlavə 13.03.2017-ci il tarixində sayğac dəyişdirilməsə də, 12.07.2019-cu ildə tərtib olunmuş ******* saylı aktla “İTRON G-4” markalı 1302AZ**********95 saylı qaz sayğacı çıxarılaraq “İTRON G-4” markalı **********3636 saylı yeni sayğac quraşdırılmış və buna görə də əlavə 235.88 məbləğində borc yazılmışdır. “Abonentin saldosu”ndan da göründüyü kimi onun smart qaz kartına yüklədiyi ödənişlərdən bu günə qədər, ümumilikdə 343 manat məbləğində pul qanunsuz olaraq borca görə tutulmuşdur.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1309/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməyərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi və tutulmaların geri qaytarılması tələbinə dair qarşılqlı iddia ərizəsi qismən təmin edilməsi, Cavabdeh **********02450 saylı abonent hesabına hesablanmış borcdan qalıq qalmış 2835.80 manat məbləğində pul silinməsi, 343 manat məbləğində pul onun abonent hesabına geri qaytarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Sabit Bəhrəmzadə).
6. Qətnamədən ilkin İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1309/2021 29.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın tam təmin və qarşılıqlı iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasmda bağlanmış 05.08.2019-cu il tarixli, AK.X-0125802-2019 saylı “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilərək Bakı X4 Departamentini tərəfindən **********02450 nömrəli abonent kodu, həmin ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh isə yuxarıda qeyd olunan tərəflər arasında imzalanmış müqavilənin 2.3.2-i yarımbəndinin tələblərini pozaraq təbii qazı talamış, yəni istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bu hal İddiaçı əməkdaşları tərəfindən aşkar olunaraq yerində aktlaşdırılaraq rəsmiləşdirilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin halları təsbitləyən foto çəkilişlər aparılmışdır (iş materiallarında mövcuddur).
8. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunmuş mötəbər sübut sayılan rəsmi sənədləri obyektiv araşdırmamış, onları tədqiq edərkən səhv nəticəyə gəlmiş, əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, bu hal isə iddiaçının, yəni İddiaçı ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxartmışdır. Tərəflərin izahatları:
9. Kollegiya iclasında İddiaçı nümayəndəsi X1 iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sübutların tədqiqi:
11. İş materiallarına əlavə edilmiş satıcı İddiaçı İstehsalat Biriliyinin Bakı Regional qaz ölçü qurğularına xidmət Departamenti ilə sifarişçi Cavabdeh arasında bağlanmış 19.10.2016-cı il tarixli 022452 saylı müqavilədən görünür ki, Cavabdeh ünvanına bir ədəd mexaniki tipli G-6 markalı 28257138 nömrəli qaz sayğacının qurlaşdırılması haqqında bağlanmışdır.
12. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 18.04.2017-ci il tarixli, 03/8749 saylı müqavilədən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi və ünvana Smart G-4 markalı 1302AZ**********95 nömrəli sayğacın quraşdırılması haqqında bağlanılmışdır.
13. İş materiallarından görünür ki, paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 05.08.2019-cu il tarixli, AKX-0125802/08-2019 saylı müqavilədən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi və ünvana Smart G-4 İTRON Gallus Ray markalı **********6 nömrəli sayğacın quraşdırılması haqqında bağlanılmışdır.
14. İş materiallarına əlavə edilmiş “AKT” ******* nömrəli 30.05.2018-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, Cavabdeh ünvanına quraşdırılmış G-6 markalı 28257138 nömrəli qaz sayğacı çıxarılaraq yoxlanılmağa göndərilmiş, qazın verilməsi isə kəsilmişdir.
15. İş materiallarından görünür ki, 11.03.2017-ci il tarixli “AKT” ******* nömrəli akt əsasında qüsur- “sayğac sərfiyyata uyğun deyil (mövcüd qaz sayğacının maksimal ölçmə həddi 6 m3 / saat olduğu təqdirdə, qaz işlədicilərinin maksimal sərfiyyatı 28.1 m3 saatdır.)” göstərilməklə 15912 m3 itirilmiş qazın miqdarı əsasında Cavabdeh **********02450 saylı abonent hesabına köçürülməklə 3182.40 manat məbləğində pul hesablanmışdır.
16. İş materiallarında olan abonentin saldosundan və “Gasrep” hesabdan çıxarışdan görünür ki, Cavabdeh **********02450 saylı abonent hesabına 3182.40 manat məbləğində borc hesablanmış, həmin borcdan 348 manat məbləğində tutulmalar aparılmışdır Hüquqi dəyərləndirmə:
17. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
21. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
22. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
23. Kollegiya iş materiallarına və məhkəmə araşdırmalarına əsaslanmaqla ilkin və qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd edir ki, ilkin iddia tələbi, Cavabdeh tərəfindən ünvanında quraşdırılmış sayğacdan təyinatı üzrə istifadə edilmədiyindən, yəni yaşayış evi üçün quraşdırılmış sayğacdan istixana üçün istifadə etməsi halı müəyyən olunduğu barədə aktla əsaslandırılsa da həmin halın mövcüdluğu barədə mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ünvanında müxtəlif müqavilələr əsasında təyinatı üzrə yaşayış evi üçün nəzərdə tutulan Smart G-4 markalı elektron tipli sayğac və istixana üçün nəzərdə tutulan mexaniki tipli G-6 markalı 28257138 nömrəli qaz sayğacı qurlaşdırılmışdır. Həmin sayğaclardan Cavabdeh tərəfindən təyinatı üzrə istifadə etməməsi halı müəyyən edilməmişdir. Cavabdeh yeni quraşdırılmış sayğacın dəyəri qismində 235.88 manat məbləğində pulun ondan tələb olunması və ya onun abonent hesabına hesablanması barədə hal müəyyən edilməmiş və bu barədə hər hansı bir sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin isə qismən təmin edilməsində birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
24. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı təbii qazı talamış, yəni istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bu halı Birliyin əməkdaşları aşkar etmiş və həmin halları təsbitləyən foto çəkilişlər aparmışdır. Lakin iş materiallarına əlavə edilmiş ksero şəkillərdən bu halı müəyyən etmək mümkün olmamışdır və bu hal sübuta yetirilməmişdir. Nə birinci instansiya, nə də ki apellyasiya instansiya məhkəməsi baxışı zamanı iddiaçı bu halı sübut edən hər hansı bir mötəbər dəlili məhkəməyə təqdim etməmişdir.
25. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220,222-ci və 360-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1309/2021 saylı, 29.04.2021 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.