Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7541/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh in nümayəndəsi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı "əmlakın saxlanılması ilə əlaqədar yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2991/2022 saylı, 19 avqust 2022- ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı "əmlakın saxlanılması ilə əlaqədar yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il - xx.xx.2021-ci il tarixləri dövründə binanın əmlakın saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə cavabdehə məxsus 38 saylı 2 otaqlı mənzil üzrə yaranmış 363,60 manat borcun, həmçinin, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, həmçinin cavabdehdən hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğlərinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh tərəfindən verilmiş məlumata əsasən, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən "xxxx" MMMC-nin (keçmiş "xxxx") balansında olan kooperativ 2b binanın 38 saylı 2 otaqlı mənzili cavabdehə aiddir. Hazırda vətəndaş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev (bina) 2b №38 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə ayrılmış 2855,2 m2 ərazidə, hər biri 9 mərtəbəli, 2 bloklu, 54 mənzildən ibarət 2a, 2b yaşayış binaları Neftmaşınqayırma Kompleksində işləyən 108 payçısının vəsaitləri hesabına tikilmiş, 25 avqust 1989-cu il tarixində istismara qəbul edilmiş, Bakı şəhəri X1 İcrayyə Komitəsi 22 sentyabr 1989-cu il tarixli № 10/358 qərarı ilə "xxxx"xxxx"xxxx" qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) №1835180 sayla qeydiyyatda olmuş və müfaviq hesabatları təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.5 maddəsinə edilmiş dəyişikliyi (18 dekabr 2018-ci il tarixli 1394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu) nəzərə alaraq "xxxx"nın 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında "xxxx"nın Mənzil Mülkiyyətçilərinin Məhdud Cəmiyyətinə (MMMC) çevrilməsi ilə bağlı qərar qəbul edilmişdir. "xxxx"xxxx"xxxx" MMMC-nin qeyrikommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat idarəsinə müraciət edilmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində Azərrbaycan Resupublikasının, o cümlədən Bakı şəhərinin ərazasində yeni yaradılan MMMC-lər inzibati rayonlar üzrə sistemləşdirildiyindən, "xxxx" MMMC-nin abbreviaturası "xxxx" MMMC abbreviaturasına dəyişdililərək 30 sentyabr 2021-ci il tarixində qeyri-kommersiya təşkilatı olaraq qeydiyyata alınmışdır. Qeydiyyat sənədində xx.xx.2011-ci il tarixindən Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, bina 2a, 2b binaların əmlakının "xxxx" MMMC-nin balansında olması göstərilmişdir. Mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında 2019-cu il üzrə mənzil mülkiyyətçilərin xx.xx.2020-ci il tarixinə mövcud olmuş borcları təsdiq edilmişdir. Borclular sırasında 2019-cu il üzrə xx.xx.2020-ci il tarixinə Cavabdeh məxsus olan bina 2b №38 saylı 2 otaqlı mənzil üzrə 195,60 manat məbləğində borc qeydə alınmışdır. “Nərimanov-29 (keçmiş Neftmaş MTK)” 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında mənzil sahiblərinin aylıq tariflərlə ödənişlərin edilməməsi və yaranmış borcların qanunvericilik qaydasında alınması idarə heyətinin sədrinə və idarə heyətinin üzvlərinə tapşırılmışdır. “Nərimanov-29 (keçmiş Neftmaş MTK)” MMMC-nin balansına verilmiş 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağının №01 Protokolu, səh.10. "xxxx" mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında 2a və 2b binaların ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı məcburilik xüsusiyyəti daşıyan yeni tariflər təsdiq edilmişdir. 2019-2021-ci il tarixi dövrlərində mütəmadi olaraq cavabdeh borcunun olması ilə bağlı On-line SMS, həmçinin şifahi formada məlumatlandırılmışdır. Lakin, cavabdeh yaranmış borcun ödənilməsindən aşkar imtina etmişdir. 21 dekabr 2021ci il taixində cavabdehə xx.xx.2021-ci il tarixinə bina 2b №38 saylı 2 otaqlı mənzil üzrə yaranmış 356,60 manat borcunun olması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və yaranmış borcun məhkəməyədək icra (pretenziya) qaydasında ödənilməsi təklif edilmişdir. Cavabdeh bu təklifə də etinasız yanaşmış, hazırda məhkəmədə iddia qaldırılan tarixədək borcunun ödənilməsi ilə bağlı hərəkətsizlik edir, bununlada aşkar olaraq Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin imperiativ hüquq normalarının tələb və göstərişlərini yerinə yetirməkdən imtina edir. "xxxx" MMMC-nin (keçmiş Neftmaş MTK) xx.xx.2022-ci il tarixində X3-təftiş müfəttişi ilə keçirilmiş birgə iclasında xx.xx.2019xx.xx.2021-ci il tarixləri dövründə cavabdehə mənsub olan 38 saylı 2 otaqlı mənzil üzrə 363,60 manat borc qeydə alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasın dair ərizə təqdim edərək məhkəməyə təqdim olunan sübutlarının notariat qaydada təsdiq edilməsi ilə əlaqədar 45,00 manat notariat haqqı, cəmi 438,60 manat məbləğində pulun iddiaçı “Nərimanov -11" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2022-ci il tarixli, e-2(005)- 2991/2022 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) cavabdehdən 393,60 manat məbləğində borcun, 45 manat notariat haqqının və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməli olması, iddianın rədd olunmalı olmasını və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbayjan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan "xxxx" mənzil mülkiyyətçilərinin ümumi yığıncağının 01 saylı xx.xx.2020-cı il tarixli Protokolundan görünür ki, Cavabdeh borcu mülkiyyətində olan mənzil üzrə (mənzillərin sahələri və liftdən istifadələrinə görə 3,18 manat-7,30 manat arası) xx.xx.2020-ci il tarixə 195,60 manat təşkil edir. İşdə olan "xxxx" ("xxxx") MMMC İdarə Heyətinin və nəzarət-təftiş müfəttişi ilə birgə iclasının 01(05) saylı xx.xx.2021-ci il tarixli Protokolundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə borcu mülkiyyətində olan mənzil üzrə 356 manat təşkil edir. İşdə olan Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, MMMC-nin 2b binasının ümumi əmlakının idarə olunması xərclərinin ödənilməsi ilə bağlı mülkiyyətçisi olduğunuz bina 2b iki otaqlı 38 №-li mənzil üzrə xx.xx.2021 -ci il tarixinə yaranmş 356,60 manat borcun məhkəməyədək icra (pretenziya) qaydasında 10 gün müddətində könüllü olaraq ödənilməsi təklif olunmuşdur. İşdə olan "xxxx" ("xxxx") MMMC İdarə Heyətinin və nəzarət-təftiş müfəttişi ilə birgə iclasının 01(08) saylı xx.xx.2022-ci il tarixli Protokolundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə borcu mülkiyyətində olan mənzil üzrə 363,60 manat təşkil edir. İşdə olan Nərimanov XDS-nin xx.xx.1990-cı il tarixli 026458 saylı Orderinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsi, ev (bina) 2b 38 saylı mənzil Cavabdeh istifadəsinə verilmişdir. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi məbləğlər xx.xx.2022-ci il tarixdə MMMC-nin İdarə Heyətinin və nəzarət-təftiş müfəttişi ilə birgə iclasının Bakı şəhəri, K.Rəhimov (keçmiş Ə.Nəvai) küçəsi 865-ci Məhəllədə yerləşən kooperativ 2b binanın idarə heyətinin üzvlərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir mənzil mülkiyyətçisinin və mənzildə yaşayan sakinlər "xxxx" mənzil mülkiyyətçilərinin ümumi yığıncağının 01 saylı xx.xx.2020-cı il tarixli Protokolu ilə müəyyən edilmiş tariflərlə pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması, blokların sanitariyası ilə bağlı xidmətlər, giriş bloklarının işıqlandırılması ilə bağlı olan elektrik enerjisi xərclərinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə cavabdehin etirazındakı hallarla bağlı qeyd edir ki, həmin dəlillər əsassız olmaqla binanın saxlanılması və s. xərclərinin ödənilməsinin zəruriliyi yuxarıda sadalanan qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, istifadə etdiyi liftin istismarı, eləcə də, yaşayış sahəsinin saxlanması, blokların sanitariyası ilə bağlı xidmətlər, giriş bloklarının işıqlandırılması ilə bağlı olan elektrik enerjisinin haqqını, daha sonra binada onun yaşadığı mənzilin mühafizəsi və MMM-nin binanın istismarı və idarəçiliyi ilə bağlı digər ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməsinin zəruriliyi faktı mübahisəsizdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmçinin aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh yaşayış binasında özünə məxsus mənzildə yaşamaqla, göstərilən müvafiq xidmətlərdən yararlanmış (eyni zamanda faktiki hərkətləri ilə də onları bəyənmiş) bununla da həmin xidmətlərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Bununla yanaşı, müvafiq kommunal xidmətlərin dəyəri ümumi yığıncağın qərarları ilə müəyyən olunmudur. Cavabdeh isə kommunal xidmətlərə görə tutulması qət olunmuş məbləğin (393,60 manat) düz olmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh etirazının (həmçinin apellyasiya şikayətinin dəlillərinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı "əmlakın saxlanılması ilə əlaqədar yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, e-2(005)-2991/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, e- 2(005)-2991/2022 saylı qətnaməsi yoxlanılan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7541/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7541/2022
13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver