Məhkəmə qərarları › İş №2(103)-7545/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7545/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7545/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-93/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-93/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borc üzrə 3746,33 manat, faiz borcu üzrə 654,38 manat, cərimə borcu üzrə 100 manat və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 254,64 manat, ümumilikdə 4755,35 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manatın 28 manatı, cəmi 4783,35 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 28 manatı iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən, 132 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, əsas borc saxlanılmaqla, kredit faizlərinin və cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı bank öhdəliyi ona münasibətdə zaminlik müqaviləsi əsasında yaranmışdır. İşə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılan zaman bank tərəfindən əmək haqqından xx.xx.2017-ci il tarixdə 333.72 AZN məbləğində kredit borcuna görə zaminliyi ilə əlaqədar pul tutulmuş, lakin bu fakt birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır (arayışın surəti əlavə edilir). Düzdür, bank zaminə güzəşt etməyə borclu deyildir. Amma, bank zaminin vicdanlı münasibətini, borcu ödəmək üçün atdığı addımları, maliyyə vəziyyətini nəzərə almaqla zaminə güzəştlər edə bilər. Güzəşt dedikdə isə, kredit müddətinin uzadılması və bu yolla aylıq məbləğin azaldılması, cərimənin tamamilə silinməsi nəzərdə tutula bilər. Göründüyü kimi, bank tərəfindən faiz dərəcələrinin və cərimələrin hesablanması baxımından heç bir ədalətlilik nümayiş etdirilməmişdir. Yaranmış maliyyə yükünü əlavə faiz dərəcələri və cərimələri ilə daha da yükləndirilmişdir. Kreditor tərəfindən əsas borclu Cavabdeh1 kredit verilməmişdən öncə onun həmin dövrdə işləməsi və ödəmə qabiliyyətinin olması ətraflı öyrənilmişdir və “Azərbaycan Beynəlxaq Bankı’’ ASC-nin təyin etdiyi kredit mütəxəssisi tərəfindən ona ayrılan kreditin vaxtında qaytaracağı imkanında olduğu müəyyən edilmişdir. Amma obyektiv səbəblərdən onun işdən çıxması ödəmə qabiliyyətinin itirilməsi ilə nəticələnmişdir. Bu səbəbdən ödəmədə müəyyən problemlər baş vermişdirki, bu səbəbdən kreditor məhkəməyə müraciət etmişdir. İşdən çıxmağı onun ödənişləri vaxtında aparmağına da təsir etmiş və müqavilədə nəzərdə tutulmasa da bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalıdır, lakin bu faktlar məhkəmə tərəfindən lazımınca araşdırılıb qiymətləndirilməmiş, onun gecikdirmələri isə səbəbsiz kimi qiymətləndirilmişdir. Odurki, apellyasiya instansiya məhkəməsində mübahisə predmetinə müvafiq hüquqi qiymət verilən zaman bank tərəfindən hesablanmış bütün faiz və cərimələrdə silinməlidir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, xəbəri olmadın onun maaşından pul silindi. Bununla bağlı banka müraciət etdi ki, niyə borclunun özündən tutmurlar. Özü də bank işçisi olmuşdu. Ona heç bir xəbərdarlıq olunmayıb. Məhkəmə tutulma bardə qətnamədə heç nə göstərməyib. Digər cavabdeh işdən çıxandan sonra ödəniş etmədi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020- ci il tarixli, 9/97 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və xx xxxxxxx 2016-ci il tarixli 1113-xx.xx.2016-SM4 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx xxxxxxx 2018-ci il və xx xxxxxxxx 2019-cu il tarixlərə banka olan borcu ümumilikdə aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 3.746,33 manat, faiz borcu üzrə 689,81 manat. xx.xx.2019-cu il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 3.746,33 manat, faiz borcu üzrə - 854,23 manat. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, faiz borcunun və cərimənin silinməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin şikayətində göstərdikləri əsaslı ola bilməz. Çünki, o, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hallara dair heç bir sübut təqdim etməmişdir. Göstərdiyi bu halları sübut etmək yükü isə onun üzərinə düşür. Təmin edilən faiz borcu işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmır. Cərimə isə məhkəmə tərəfindən əhəmiyyətli dərəcədə azaldılmışdır. İkincisi mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və faiz borcun məbləği ekspert rəyinə əsasən daha artıq müəyyən edilmişdir. Məhkəmə isə faiz borcunu tələb edilən məbləği əsas götürərək, cəriməni isə azaldaraq iddianı qismən təmin etmişdir. İddiaçı tərəf bunu mübahisələndirməsədə cavabdeh tərəf faizin və cərimənin silinməsini istəyir. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə üçün məcburi deyil, məhkəmə ekspert rəyi ilə razılaşmaya, əlavə yaxud təkrar ekspertiza təyin edə bilər. Lakin hazırki iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi məhkəmədə hər hansı bir şübhə doğurmur. Eyni zamanda cavabdeh faizin və cərimənin silinməsini xahiş etsə də bunun üçün qanuni əsas olmalıdır. Məhkəmənin birtərəfli qaydada, yəni iddiaçının mənafeyini nəzərə almadan faiz borcunu və onsuzda kifayət qədər azaldılmış cəriməni tam silməsi isə açıq-aşkar əsassız olardı. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-93/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar