Məhkəmə qərarları › İş №2(103)-7563/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7563/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7563/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(003)-902/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 846,29 manat əsas, 93,62 manat faiz borcu, cəmi 939,91 manat məbləğində borc və 30.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.03.2019-cu il tarixli, 100804-667536/1 saylı istehlak krediti müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh öhdəliyini lazımınca icra etməmiş və nəticədə 11.12.2020-ci il tarixinə 846,29 manat əsas, 93,62 manat faiz borcu, cəmi 939,91 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2021-ci il, tarixli 2(003)-902/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 846,29 manat əsas, 93,62 manat faiz, cəmi 939,91 manat məbləğində borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı alınaraq İddiaçı ASC-yə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-902/2021 saylı iş üzrə 17.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış 13.03.2019-cu il tarixli LD 190 720 870 8 (100804-667536/1) saylı pul krediti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 25 faiz hesablanmaqla 24 ay müddətinə 1500 AZN məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pandemiya səbəbindən, işinin itirilməsi ilə bağlı, "xxxx"a ərizə ilə müraciət etmişdir. Bank ərizəni qəbul edərək, 2020-ci ilin sentyabr ayına qədər kreditin özünün və faizinin, verilməsini dondurmuşdur. Müvafiq qrafikin uzadılmasını təmin etməmişdir. Qeyd edir ki,axırıncı ödənişi 80 manat məbləğində 2021-ci ilin aprel ayında ödəmiş və bank tərəfindən ona deyilib ki, ödənişinizi belə də davam edin, ona xəbərdarlıq etmədən məhkəməyə verilib, keçirilmiş məhkəmə proseslərində onun iştirakı olmayıb və məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmamış. Bununla da çəkişmə prinsipi təmin olunmadan qeyri-obyektiv qətnamə qəbul edilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(003)-902/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan 13.03.2019-cu il tarixli 100804-667536/1 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə hesab sahibi Cavabdeh arasında sonuncuya 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 11.12.2020-ci il İddiaçı ASC-yə 846,29 manat əsas, 93,62 manat faiz, cəmi 939,91 manat məbləğində borcu vardır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən plastik karthesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilməklə vaxtında banka ödəniş edilməmiş, yəni öz üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetiməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 443.1, 445.1-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh 846,29 manat əsas, 93,62 manat faiz, cəmi 939,91 manat məbləğində borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404-.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(003)-902/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar