Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7568/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3788/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(008)-3788/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət verərək ləğv edilməsini və mülki işin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(0080-3788/2021 saylı 02 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxsə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, tərəflərin konkret olaraq hər hansısa mübahisəyə əsaslanmadan, müqavilədə gələcəkdə tərəflər arasında mübahisə olacağı təqdirdə işin Sabunçu rayon Məhkəməsində baxılacağını nəzərdə tutması haqqında razılaşması yolverilməzdir. Belə ki, qanunvericiliyin tələbi ondan ibarətdir ki, tərəflər artıq yaranmış mübahisənin aidiyyəti üzrə razılığa gələ bilərlər. İşdən görünür ki, cavabdehin qeydiyyatı ünvan 1 ünvanıdır. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, hüquqi şəxsə qarşı iddia isə hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Hazırki iş üzrə də, iddianın məzmununda yaxud iş materiallarında qanunla başqa halın nəzərdə tutulmasına əsas ola biləcək, o cümlədən müstəsna aidiyyəti nəzərdə tutan hallar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, tərəflər öz aralarındakı yazılı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Lakin saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. Əvvəla, tərəflər qeyd olunan müqaviləni bağlayarkən aralarında mübahisəli iş olmadığından, qeyd olunan müqavilələr ərazi aidiyyətinin dəyişdirilməsini nəzərdə tutan saziş kimi qiymətləndirilə bilməz. İkincisi, saziş, mütləq müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmalıdır. Qeyd olunan müqavilələrin isə müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslandığı da açıq-aşkar işdən görünmür. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3788/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3788/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7568/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7568/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver