Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-757/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2651/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundai Sonata markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r. ƏNİV 087820 nömrəli xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, Hyundai Sonata markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 Sahil Əlihüseyn oğluna xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. X12 haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Hyundai Sonata” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə 3315 manat ziyan dəymişdir. Hazırda iddiaçı ailəsinə məxsus avtomobilə dəymiş ziyanı cavabdehlərdən tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC dən 3315 (üç min üç yüz on beş) manat dəyərində avtomobilə dəyən maddi zərərin əvəzini və 53 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, **-XT-*** dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomaşın onun həyat yoldaşı X6 məxsusdur. Həmin “Hyundai Sonata” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobili etbarnamə əsasında idarə edir. Özünün “BC” kateqoriyalı sürücülük vəsiqəsi var və həmin avtomobili onun əsasında idarə edir. xx.xx.2023-cü il tarixində saat 08:00 radələrində ona məxsus olan “Hyundai Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə məktəbin yanındakı yol ilə hərəkətdə olan zaman Cavabdeh1 idarə etdiyi “DAEWOO BS090” markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusu idarə edən zaman ara məsafəsi saxlama qaydasını kobudcasına pozaraq avtobusu düz üstünə sürmüş, nəticədə Cavabdeh1 inzibati xətanı törətməyi nəticəsində onun idarə etdiyi “Hunday Sonata” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa və ön tərəfdən əzilərək yararsız hala düşmüşdür. Həmin toqquşma nəticəsində avtomobilinə öndən və arxadan xeyli maddi ziyan dəymişdir. Həmin zaman yol-nəqliyyat hadisəsini törətmiş şəxs Cavabdeh1 istifadəsində olan “DAEWOO BS090” markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusu idarə edən zaman, Cavabdeh1 ara məsafəsi saxlama qaydasının tələblərini kobudcasına pozaraq avtobusu diqqətsiz idarə edərək vaxtında saxlamamışdır, Cavabdeh1 inzibati xətanı törətməyi nəticəsində “Hyundai Sonata” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil ön və arxa tərəfdən əzilərək yararsız hala düşmüşdür. Hadisə zamanı ona xəsarət dəyməsə də, avtomobilinə 3315 (üç min üç yüz on beş) manat maddi ziyan dəymişdir. “DAEWOO BS090” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobusu həmin zaman Cavabdeh1 idarə edirdi. Yol Nəqliyyat hadisəsi zamanı DYP əməkdaşları hadisə yerinə gəldilər və hadisə ilə bağlı avtomobillərə baxıldı və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqda İXP ******* saylı protokol və xx.xx.2023-cü il tarixində həmin protokol əsasında TP ******* saylı qərar tərtib olunmuşdur. Göstərilən yol nəqliyyat hadisəsi “DAEWOO BS090” markalı **-TG-*** dövlət nömrə avtomaşını idarə edən Cavabdeh1 AR İXM-nın müvafiq maddəsində nəzərdə tutulan yol hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh1 təqsiri DYP-nin əməkdaşları tərəfindən tanınmışdır. Hadisədən sonra Cavabdeh1 idarə etdiyi “DAEWOO BS090” markalı **-TG-*** dövlət nömrə avtobusun sığorta müqaviləsi olmadığını YPX-nin əməkdaşları ona bildirdi. Bu səbəbdən də avtomobilinə dəymiş olan ziyanı Sığorta şirkətindən ala bilməmişdir. Həmin avtobus Cavabdeh2 MMC-ə məxsusdur. Cavabdeh2 MMC sürücü olan digər Cavabdeh1 idarə etdiyi “DAEWOO BS090” markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusun icbari sığortasının olmadığını bildirdi. Sonra ona bildirdi ki, dəymiş ziyanı özü ödəyəcək. Lakin həmin 3315 manatı maddi ziyanı o cavabdehdən tələb edəndə cavabdeh telefonlarına cavab verməməyə başladı. Cavabdeh öz əlyazması ilə yazdığı ərizədə onun avtomobilinə ziyan vurduğunu, həmin zaman sığortası olmadığını və ziyanı özü ödəyəcəyini ərizəsində bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin bu cür məsuliyyətsiz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurmuşdur. Bu günə qədər o piyada qalmış, taksilərə küllü miqdarda pul xərləmiş, bu gündən sonra da küllü miqdarda pul xərcləməlidir. Azərbaycan Respublikası MM-in 1097-ci maddəsinə əsasən, cavabdeh əmlakına vurduğu ziyanın əvəzini tam şəkildə ödəməyə borcludur. Yol nəqliyyat hadisəsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə dəfələrlə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin bu cür hərəkətləri nəticəsində o ağır sarsıntı və iztirab keçirir. Əgər Cavabdeh2 MMC mülkiyyətində olan “DAEWOO BS090” markalı **- TG-*** dövlət nömrə nişanlı avtobusu icbari sığorta etdirmiş olsaydı, onun avtomobilinə dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdi. Lakin cavabdeh avtobusu icbari sığorta etdirmədiyi üçün, hazırda avtomobilinə dəymiş ziyanı sığortadan ala bilmir. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona qarşı qaldırılan iddiaya etiraz edərək İddiaçı ona qarşı verilən iddianı tamamilə əsassız hesab edir. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus "xxxx" **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla tıxacda olan zaman əyləc sistemi işləməmiş qarşıda daynanan ‘Hunday Sonata” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə toxunmuşdur. Nəticədə avtomobilin arxa stoplarının şüşələri sınmış və qabaq sağ tərəf işıqları sınmış və kapot əzilmişdir. Foto şəkildə göründüyü kimi avtomobilin arxa buferinə heç nə olmamış orada olan rəngin tökülməsi hadisədən qabaq olmuşdur. Hadisə zamanı Sabunçu rayon DYP-nin əməkdaşları gəlmiş və məlum olmuşdur ki, onun idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus "xxxx" **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus şirkət tərəfindən nə texniki baxış nə də ki, sığortası olunmamışdır. Səhər xətdə çıxarkən bununla bağlı şirkət tərəfindən ona məlumat verilməmişdir. Hadisədən sonra o iddaçı İddiaçı Əlihseyn oğlu ilə qeyd olunan avtomobili Şuşa şəhərciyində yerləşən avtoservisə aparılmışdır. Həmin avtoservisdə “Hunday Sonata” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəmirçi rəngləmə işi üçün 650 (altı yüz əlli) manat məbləğində dəymiş ziyan hesablanmışdır. İşıqların yeni alınması üçün 280 (iki səksən) manat ümumilikdə 930 (doqquz yiiz otuz) manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2023-cü il tarixdə həmin avtoservisdə dəmirçi işləyən Elçin adlı ustaya avtomobilin dəmir işinin görülməsi üçün tərəfindən ona 250 (iki yüz əlli) manat zəhmət haqqı verilmişdir. Göründüyü kimi iddia ərizəsində iddiaçı tərəfindən “Hyunadi Sonata” Sonata” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, maddi ziyan şişirdilmişdir. Cavabdeh2 MMC-yə məxsus avtobuslarda texliki baxışı və sığortası olmadığına görə o həmin şirkətdə fəaliyyətini dayandırmışdır. Hal-hazırda da İddiaçı Əlihseyn oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 3315 manat dəyərində avtomobilə dəyən maddi zərərin əvəzini və 53 manat dövlət rüsumunun alınması barədə əsassız iddia tələbləri irəli sürür. İddiaçı Əlihseyn oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 3315 manat dəyərində avtomobilə dəyən maddi zərərin əvəzini və 53 manat dövlət rüsumunun alınması barədə ona aid olan hissədə iddia tələbini təmin edilməməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın xx.xx.2023-cü il tarixli 9/4184 saylı rəyindən görünür ki, “Avangard” avto servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlmatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Hyundai Santafe” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 1985 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2651/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 1985 (bir min doqquz yüz səksən beş) manat pul və 39.85 (otuz doqquz manat, səksən beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərcinin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus avtomobilə Cavabdeh1 istifadəsində olan avtomobil vasitəsi ilə Cavabdeh1 təqsirli hərəkətləri səbəbində maddi ziyan dəymiş, Cavabdeh1 barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş ziyan yalnız Cavabdeh1 tutularaq iddiaçıya ödənməlidir. Məhkəmə iddiaçıya dəymiş ziyanın məbləğinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı ona 3315 (üç min üç yüz on beş) manat məbləğində ziyan dəymiş olduğunu qeyd etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, avtomobilin sahibinə dəymiş ziyanın məbləği 1985 manat hesablandığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan əlavə Cavabdeh2 MMC-dən dəymiş ziyanın tutulması hissəsində məhkəmə hesab etmişdir ki, zərərvuran Cavabdeh1 olduğundan, iddiaçının dəymiş zərərin əvəzini Cavabdeh2 MMC-dən tələb etməsi qanunun tələblərinə uyğun olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1; Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, İddiaçı “Cavabdeh1 qarşı “Cavabdeh1 3315 (üç min üç yüz on beş) manat dəyərində avtomobilə dəyən maddi zərərin əvəzini və 53 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması” barədə iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əslində dəymiş zərəri ondan yox, iş üzrə digər cavabdeh olan Cavabdeh2 MMC-dən tutmalı idi, cünki "xxxx" **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus həmin MMCyə məxsusdur. Belə ki, məhkəmə nəzərə almamışdır ki, burada onun təqsirindən söz gedə bilməz çünki, Cavabdeh2 MMC-yə məxsus "xxxx" **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus şirkət tərəfindən nə texniki baxış nə də ki, sığortası olunmamışdır. Eyni zamanda iddia ərizəsindən görünür ki, **-XT-*** dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomaşın iddiaçının həyat yoldaşı X6 məxsusdur. Həmin “Hyundai Sonata” markalı, **- XT-*** dövlət nömrə nişanlı avtomobili etbarnamə əsasında idarə edir. Belə olan halda **- XT-*** dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomaşın onun həyat yoldaşı X6 məxsus olduğu üçün İddiaçı Əlihseyn oğlunun iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır və onun məhkəməyə öz adından etibarnamə əsasında iddia verilməsi əsassızdır və bu səbəbdən iddia rədd edilməli olduğu halda təmin edilmişdir. Bundan başqa məhkəmə iş üzrə iddia ərizəsinin müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməməsinə görə geri qaytarmaq əvəzinə icraata götürüb qətnamə qəbul etmişdir. Həmçinin iddia ərizəsində iddiaçı tərəfindən “Hyunday Sonata” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, maddi ziyan şişirdilmişdir. Belə olan halda iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia rədd edilməli olduğu halda təmin edilmişdir, məhkəmə işi ətraflı araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahat verərək göstərdi ki, iddiaçı onun həyat yoldaşıdır, onun tərəfindən qaldırılan iddianı bəyənir və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, Cavabdeh1 qətnaməni iddia tələbinin ona münasibətdə təmin edilən hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – iddia tələbinin təmin edilən hissəsində (Cavabdeh1 münasibətdə) hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Ailə Məcəlləsi:
31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı idarə etdiyi avtomobilə Cavabdeh1 təqsirli hərəkətləri səbəbindən istifadəsində olan avtobusla maddi ziyan vurulmuş, Cavabdeh1 barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən **-XT-*** dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomaşın iddiaçının həyat yoldaşı X6 məxsus olduğu halda avtomobili etbarnamə əsasında idarə edən həyat yoldaşı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır və onun məhkəməyə öz adından etibarnamə əsasında iddia verilməsi əsassızdır. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, **-XT-*** dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomaşın X6 məxsus olsa da, onun həyat yoldaşı İddiaçı həmin avtomobili etibarnamə əsasında idarə edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə P.Yaqubova arasında nikah xx.xx.2012ci il tarixdə bağlanmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Hazırki iş üzrə də müəyyən edildiyi kimi **-XT-*** dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomaşın İddiaçı həyat yoldaşı X6 məxsus olsa da İddiaçı həmin avtomobili etbarnamə əsasında idarə edən zaman istinad ediln normanın tələbləri baxımından X4 ümumi əmlak üzərində istifadə hüququnun iddiaçıya keçirilməsi barədə razılığının olması müəyyən edilir. Qeyd edilən hal apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən X4 izahatı ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, **-XT-*** dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomaşın İddiaçı ilə X4 birgə mülkiyyətidir və sonuncu da həmin avtomobili idarə etmək üçün iddiaçıya öz razılığını etibarnamə əsasında ifadə etmişdir, iddiaçı da hazırki tələblə məhkəməyə müraciət etmək subyektiv hüququ olmuşdur. Bundan başqa apellyasiya şikayətinin digər dəlillərinə əsasən birinci instansiya məhkəməsi əslində dəymiş zərəri cavabdehdən yox, iş üzrə digər cavabdeh olan Cavabdeh2 MMC-dən tutmalı idi, çünki "xxxx" **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus həmin MMC-yə məxsusdur. Belə ki, məhkəmə nəzərə almamışdır ki, burada onun təqsirindən söz gedə bilməz çünki, Cavabdeh2 MMC-yə məxsus "xxxx" **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus şirkət tərəfindən nə texniki baxış nə də ki, sığortası olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini də əsassız hesab edir. Belə ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Cavabdeh1 təqsiri üzündən “Hyundai Sonata” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir və bu hal Cavabdeh1 tərəfindən də mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçı tərəfindən “Hyunday Sonata” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, maddi ziyan şişirdilməsini, maddi ziyan məbləğinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilinə münasibətdə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı dəymiş ziyanın məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyindən görünür ki, avtomobilin sahibinə dəymiş ziyanın məbləği 1985 manat hesablanmışdır . Həmin ekspert rəyini isə şübhə altına alan hər hansı hal müəyyən edilmədiyindən həmin rəydə qeyd edilmiş qiymətə əsasən cavabdehdən tutulmalı maddi ziyanın məbləği müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edərək qiymətləndirmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçı tərəfindən müəyyən edilmiş dövlət rüsumunun düzgün məbləğdə ödənilmədiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun məbləğinin 15 qəpik az ödənilməsi faktının mövcudluğu, fərq həddindən artıq cüzi olduğu üçün şikayətin bu dəlili əhəmiyyətsizdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Lakin apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfidən iddiaçıya 250 manat məbləği ödənilmişdir. Bu faktı iddiaçı tərəf də etiraf etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tutulmalı olan məbləğ hissəsində dəyişdirilməli və cavabdehdən İddiaçı xeyrinə tutulmalı olan məbləğ 1735 (min yeddi yüz otuz beş) manat müəyyən edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2651/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 tutulmalı olan məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan məbləğ 1735 (min yeddi yüz otuz beş) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə