Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7572/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «zərər» tələbinə dair Səbail Rayon Məhkəməsinin 2(009)-1771/2021 saylı işi üzrə 23 iyun 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin «iddianın aidiyyəti məhkəməyə göndərilməsi» barədə ərizəsi 22.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə mübahisəyə dair mülki iş icraata götürülüb və hər iki mülki işin bir icraatda baxılması üçün hazırki mülki işin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1771/2021 saylı işi üzrə 23 iyun 2021-ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməsi və İddiaçı1 və İddiaçı2 - Cavabdeh qarşı «zərər» tələbinə dair 2(009)-1771/2021 saylı mülki işin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan İddiaçı1 cavabdehlər "Külək” MMC-yə, Binəqədi rayon icra şöbəsinə və Cavabdeh qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(005)- 3335/2021 saylı mülki işlə bir icraatda birləşdirilib baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərililməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1, 43.2, 45.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki,iddiaçılar keçirilmiş hərrac nəticəsində onlara dəymiş ziyanın cavabdehdən tutulmasını xahiş edirlər. Nərimanov rayon Məhkəməsində olan iddia tələbinin "hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” olduğunu və hazırki tələbin əsasında da məhz keçirilmiş hərracın nəticələri dayandığını nəzərə alaraq Nərimanov rayon məhkəməsinin icraatında olan mülki işlə hazırki mülki iş bir-biri ilə əlaqəli olduğundan və Nərimanov rayon məhkəməsinin icraatına götürülmüş iddia ərizəsi hazırki iddia ərizəsindən daha əvvəl icraata götürüldüyündən hazırkı mülki iş Nərimanov rayon məhkəməsinin icraatında olan mülki işlə birləşdirilməsi və bir yerdə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir . İddiaçılar qərardaddan şikayət verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1771/2021 saylı 23.06.2021-ci il tarixli qərardadını ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Səbail rayon Məhkəməsinə maddi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə müraciət ediblər. İddiaçılar Cavabdeh tərəfindən uzun müddət ərzində onlara vurulmuş ziyanı tələb edirlər. Bu tələb təkcə keçirilmiş hərrac nəticəsində yaranmayıb. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə isə İddiaçı1 hərracın nəticələrinin etibarsız hesab ediiməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edib. Cavabdeh əlavə "xxxx" MMC və Bınəqədi rayon icra şöbəsi da cavabdeh qismində cəlb olunublar. Bu işlər bir icraatda birləşdirilsə qarışıq bir işə çevrilməsi səbəbindən ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə mane olacaq. Ona görə məhz ayrı-ayrı icraat qaydasında baxılması məqsədəmüvafiqdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 02.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, icraatların birləşdirilməsinin düzgün nəticə olmadığını, digər işdə cavabdehlərin və iddianın da fərqli olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənCavabdeh apellyasiya şikayətini qəbul etməyərək, icraatların birləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 43,169, 385.2, 387.1, 397.2-ci maddələrinə əsasən ərazi aidiyyətinə dair vəsatət üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, düzgün təfsir edilməyən mülahizələr əsasında şikayətin dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, tərəflərin tərkibi və tələblərin bağlılığı işlərə birgə baxılmasını müqsədəmüvafiq edir və ona görə də Səbail Rayon Məhkəməsinin icraatında olan hazırki mülki işin Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki işə birləşdrilməsi zəruridir. Qeyd edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1771/2021 saylı işi üzrə 23 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7572/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7572/2021
26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver