Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7573/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2540/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12.09.2018-ci il tarixli notarial qaydada bağlanılmış “mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə” əsasən borclu qaldığı 9500 manat məbləğində pul vəsaitinin, 01.09.2018-ci il tarixindən sə borclu qaldığı 9500 manat məbləğində pul vəsaitinə görə illik 5% olmaqla bir ilə görə 475 manat məbləğində pul vəsaitinin 26.04.2021-ci il tarixinədək hesablanılaraq ümumilikdə 30 ay 25 gün üçün (01.10.2018-26.04.2021=30 ay 25 gün=930 gün.) 1210 manat məbləğində pul vəsaitinin (930 gün x 1.30 qəpik = 1210 ), məhkəməyə müraciət üçün dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 39.598 manat məbləğində borc pul vermişdir. Borc pulun verilməsinə dair aralarında 12 sentyabr 2018-ci il tarixli, 3M577 reyestri nömrəli “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” tərtib edilmişdir. Müqavilənin şərtlərinə görə, cavabdeh 39.598 manat məbləğində borc pulu 01 oktyabr 2018-ci il tarixindən başlayaraq qalıq borc bitənə qədər, yəni 8 ay müddətində ayda 5.000 manatdan az olmamaq şərti ilə ödəməli idi. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulan şərtləri pozmuşdur. Belə ki, öhdəliyini bu günədək yerinə yetirməmişdir. Bu səbəbələ də o cavabdehin ona olan borcunun alınaraq geri qaytarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2540/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 8500 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilkin iddia ərizəsində məndən 39598 manat məbləğində pulun tutulmasını tələb edirdi. Belə ki, aralarında bağlanmış borcun etirafında dair mücərrəd müqavilə üzrə tərəfindən bir sıra ödənişlər edildiyi halda iddiaçı Nərimanov rayon Polis İdarəsinə müraciət edərək “onu aldatdığımı, etibarəndan suiistifadə edərək onun pulunu mənimsədiyimi” bildirmişdir. Lakin Polis İdarəsi tərəfindən aparılan araşdırmalar zamanı iddiaçının öznünü verdiyi izahatlarla borcun 21598 maantının ödənildiyi müəyyən edilmişdir. Bundan sonra aralarında 04.08.2019-cu il tarixli AKT tərtib edilmiş və hər ay 1000 manat olmaqla ona ödənişlər etmişdir. AKTın sonunda 05.04.2020-ci il tarixində 500 manat ödədikdən sonra 8500 manat borcun qalması və qalıq borcun isə 13.07.2018-ci il tarixində iddiaçının ona verdiyi (dəyəri pul kimi hesablanaraq verilmişdir) mebellər ilə əvəzləşdirilməsi göstərilmişdir. Məhkəməyə təqdim edilən AKTdan görünür ki, tərəfindən ödənilən pullar ya iddiaçı tərəfindən ya da onun yaxın qohumları tərəfindən qəbul edilmişdir. Həmin akta əsasən 07.08.2019-cu ildə 1000 manat, 04.09.2019-cu ildə 1000 manat, 24.10.2019-cu ildə 1000 manat, 03.11.2019-cu il tarixində 1000 manat, 04.12.2019-cu ildə 1000 manat, 04.01.2020-ci ildə 1000 manat, 04.02.2020-ci ildə 1000 manat, 06.03.2020-ci ildə 1000 manat və 05.04.2020-ci ildə 500 manat olmaqla ümumilikdə 8500 manat ödəniş edilmişdir. Bütün bu ödənişlər aktda iddiaçının imzası ilə təsdiq edilmişdir. Qalıq 8500 manatın əvəzi isə qarşılıqlı razılıqlarına əsasən 13.07.2018-ci il tarixli Aktla ona verdiyi avadanlıqlarla əvəzləşdirilmişdir. Həmin Aktda göstərilən və 17700 manat dəyərləndirilən bütün avadanlıqlar İddiaçı tərəfindən Aptekdən götürülərək aparılmışdır. Belə ki, usta X1 tərəfindən həmin avadanlıqlar sökülərək İddiaçı təhvil verilmişdir. Bunu hər iki şahid məhkəmə prosesində təsdiq etmişdir. 13.07.2018-ci il tarixində öz aralarında 17000 manat dəyərində qiymətləndirilmiş mebellərin 2020-ci ilin ortalarında borcun qalıq 8500 manat hissəsinin əvəzi kimi iddiaçı tərəfindən qəbul edilməsi məhkəməyə təqdim etdiyikləri şahidlər tərəfindən təsdiq edilsədə məhkəmə həmin şahidlərin ifadələrinə ümumiyyətlə qətanmədə yer verməmişdir. Məhkəmə prosesində dindirilən hər iki şahid apdek dükanında olan mebellər və avadanlıqların İddiaçı və onun tərəfindən göndərilən şəxslər tərəfindən daşınaraq aparılmasını təsdiq etmişlər. Lakin məhkəmə nədənsə həmin şahidlərin ifadələrinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikahyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia təlbinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da, şikayətin məzmunundan onun yalnız iddia tələbinin təmin edilən hissəsinin mübahisələndirildiyi aydın olur. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan mövcud borcun etirafı haqqında 12.09.2018-ci il tarixli mücərrəd müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.08.2018-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 39598 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh bu müqavilədə göstərilən 39598 manat borc pulu 01.10.2018-ci il tarixdən başlayaraq qalıq borc bitənə qədər 8 ay müddətində 5000 manatdan az olmayaraq qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.08.2019-cu il tarixli əlyazmadan görünür ki, 17000 manat məbləğində Cavabdeh borcu qalmışdır. Həmin borcdan 04.08.2019-cu il tarixdən başlayaraq hər ay 1000 manat iddiaçı Rüfətə verilmiş və onun tərəfindən imzalanmışdır. Sonuncu ödəniş 05.04.2020-ci il tarixdə 500 manat olmuş və qalıq məbləğ 8500 manat müəyyən olunmuşdur. Həmin məbləğin əvəzi kimi mebellərin yığılması göstərilmiş, həmin yazının qarşısında imza edilməmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində bildirmişdir ki, o, cavabdehə məxsus olan aptekdə əczaçı kimi çalışmışdır. İddiaçı Rüfət ayda bir dəfə gələrək Fədaildən pul alırdır. Sonradan Rüfət mebellər ona aid olduğu üçün aptekə gələrək bütün mebelləri söküb aparmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X1 ifadəsində bildirmişdir ki, o, Fədailin tanışıdır. Fədail təmir işləri lazım olduğunda onu çağırırdı. Bir gün Fədail zəng edərək aptekdəki mebellərin sökülməli olduğunu bildirmiş, o da gəlib mebelləri sökmüşdür. Sonradan Rüfət 2-4 fəhlə ilə gələrək həmin mebelləri aparmışdır. Həmçinin, məhkəmə protokolunda qeyd edilmişdir ki, sədrlik edən hakim şahid X4 Quliyevin müəyyən edilməsi üçün 3 fərqli şəkil göstərsə də, şahid iddiaçını müəyyən edə bilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər əvvəllər birgə müəyyən işlər görmüşlər, aralarında baş verən pul münasibətləri zəminində 2018-ci il tarixdə “borcun etirafı barədə mücərrəd müqavilə bağlamışlar. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı polisə müraciət etmiş və polisdə tərəflərin izahatı ilə cavabdehin iddiaçıya əvvəllər bağladıqları müqavilə üzrə 39598 manatdan 18000 manat borcunun qalması müəyyən olunmuşdur. Cavabdeh 18000 manatın 1000 manatını da polis bölməsində iddiaçıya ödəmiş, qalan pulu isə hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan aktdan görünür ki, tərəflərin razılaşmasına əsasən həqiqətən də ödənişlər edilmiş, hər ay ödəniş olunduqdan sonra iddiaçı öz imzası ilə pulu aldığını təsdiq etmişir. Bəzi aylarda pulu qəbul edib imza edən iddiaçının qardaşı, olmuşdur. Bu işin mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gələrək iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur və cavabdeh apellyasiya şikayətində irəli sürdükləri əsaslı sayıla bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində qalıq borcun aptekdəki mebellərlə əvəzləşdirildiyini irəsi sürsə də, bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh irəli sürdüklərini şahid ifadələri ilə təsdiq etməyə çalışsa da, kollegiya şahidlərin cavabdehin tanışları olduqlarını və şahidlərdən birinin foto şəkillərdən ümumiyyətlə iddiaçını müəyyən edə bilməməsini nəzərə alaraq onların ifadələrini inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyasıGöstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2540/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7573/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7573/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver