Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7583/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(004)-281/2015 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardaddan Cavabdeh3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-nin Cavabdeh4 MMC-yə və başqalarına qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” ilk iddiasına, cavabdeh X1 iddiaçı Banka və notarius X3 qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbi barədə” qarşılıqlı iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, Cavabdeh4 MMC-dən xx.xx.2010-cu il tarixli 441 saylı “Kredit xətti müqaviləsinə” əsasən xx.xx.2012-ci il tarixli, 014 saylı “Razılaşma” üzrə 430.052 manat əsas borc, 37.789,71 manat faiz borcu olmaqla 467.841,71 manat borc, xx.xx.2012-ci il tarixli, 017 saylı “Razılaşma” üzrə isə 352.980 manat əsas borc, 37.215,86 manat faiz borcu olmaqla 390.195,86 manat borc, ümumilikdə isə 858.037,57 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - cavabdeh X2 məxsus olan və ünvan 1 ünvanda yerləşən 40 saylı mənzilə, Cavabdeh2 məxsus olan və ünvan 2 “A” ünvanda yerləşən 4 otaqlı 18 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Ak. Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi, ev 97 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh3 məxsus olan və ünvan 4 ünvanda yerləşən 1 otaqlı 5 saylı mənzilə, 2 otaqlı 6 saylı mənzilə, 2 otaqlı 19 saylı mənzilə, 2 otaqlı 20 saylı mənzilə yönəldilərək həmin əmlakların açıq hərracdan satılmasını və satışdan əldə oluna biləcək pul vəsaitinin cavabdeh MMCnin iddiaçı Banka olan borcunun ödənilməsinə yönəldilməsi, ilk iddia tələbinin qalan hissədə və cavabdeh Z.Səmədovanın qarşılıqlı iddiasının tam həcmdə təmin edilməməsini qət etmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2019-cu il tarixdə onun əsasında icra vərəqəsi verilmişdir. İcra sənədi əsasında icra hərəkətlərini həyata keçirən Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinə əsasən tələbkar (iddiaçı) Bankın tələbi həmçinin Cavabdeh3 məxsus olan və ünvan 4 ünvanda yerləşən 1 otaqlı 5 saylı mənzilə, 2 otaqlı 6 saylı mənzilə, 2 otaqlı 19 saylı mənzilə, 2 otaqlı 20 saylı mənzilə yönəldilməli, həmin mənzillər də açıq hərracdan satılmalıdır. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı müəyyən edilmişdir ki, bu mənzillərin arasındakı arakəsmə divarlar ləğv edilmiş və bunun nəticəsində vahid mənzil yaradılmışdır. Bunun nəticəsində isə mənzillərin ayrıayrılıqda satılması, yəni icra sənədinin icrası qeyri-mümkün olmuşdur. Bu baxımdan icra sənədinə izah verilməlidir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardad ilə ərizəni geri qaytarmışdır. Cavabdeh3 həmin qərardadından Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və icra sənədinə izah verilməsi barədə icra məmurunun ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus icra sənədinə əsasən tutma yönəldilməli olan mənzillər birləşdirilərək bir mənzil şəklinə salınmışdır. Bu isə icra vərəqəsinin icrasını qeyri-mümkün etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinə baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Rayon Məhkəməsi icra məmurunun “izah verilməsi barədə” ərizəsinin qaytarılması barədə qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) 230.1-ci və İcra haqqında” Qanunun 14.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, icra sənədində göstərilən tələblər aydın olduğu üçün ərizə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi prosessual və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Rayon Məhkəməsi ərizəyə izah verilməsi barədə ərizənin rədd edilməsi barədə prosessual və maddi hüququ əsasları göstərsə də, səhvən ərizənin geri qaytarılması barədə nəticəyə gəlmişdir. MPM-nin 230.1-ci maddəsinin mənasına görə isə, işə məhkəmə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 14.1-ci maddəsinə görə, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Qeyd edilən prosessual hüquq normasının mənasından göründüyü kimi, məhkəmə aktına və onun əsasında verilmiş icra sənədinə o vaxt izah verilə bilər ki, onda qeyd edilmiş ifadə və tələblər aydın olmasın. Əgər məhkəmə izah verilməsi üçün əsaslar aşkar etməzsə ərizəni rədd etməlidir. Lakin icra sənədində göstərilən tələblərin aydın olması qənaətinə gəlmiş Rayon Məhkəməsi ərizəni rədd etməli olduğu halda bunu etməmiş, ərizəni geri qaytarmışdır ki, bununla da, mülki prosessual və maddi hüquq normalarının yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “icra vərəqəsinə izah verilməsi barədə” icra məmurunun ərizəsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh3 şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərardad ləğv edilsin. Bakı Şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 “icra vərəqəsinə izah verilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7583/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7583/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver