Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7586/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(005)-3007/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, onunla iddiaçı arasında istinad olunan icarə müqaviləsi üzrə iddiaçı artıq eyni tələblə 2 dəfə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, bir dəfə iddia tələblərindən Bakı Apellyasiya Məhkəməsində imtina etmiş, ikinci iş üzrə isə məhkəmə çəkişməsi davam edir. Bundan əlavə, tərəflər hər ikisi sahibkarıq və fəaliyyətilə bağlı VÖEN almışdır (bununla bağlı e-taxes-az saytında müvafiq qeydiyyat mövcuddur). Bu mübahisə mülki mübahisə deyil, kommerisya mübahisəsidir ki, bu iddiaya mülki məhkəmə icraaında baxılması mümkün deyil. Kommersiya mübahisəsində isə iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət etməsi tələb olunur. Halbuki, iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiya qaydasında müraciət etməyib. Habelə, bu iş üzrə iddiaçı iddia tələblərindən artıq imtina etmişdir. (Bununla bağlı məhkəmə aktlarını sübut qismində elektorn portala yerləşdirmişdir). Odur ki, cavabdeh göstərilənləri nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(005)-3007/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(005)-3007/2022 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh vergi ödəyicisi olmasına baxmayaraq , hal-hazırda mövcud mübahisə predmetini Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, 13/37 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 23 aylıq icarə haqqının əvəzi olaraq 27.600 manat pul vəsaitinin və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün 5000 manat pul vəsaitinin, cəmi 32.600 manatın, dövlət rüsumu olaraq ödənilmiş 187,8 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi təşkil edir. Yəni sözügedən mübahisənin əsasını "İcarə müqaviləsi" üzrə öhdəliklərin icrasından yayınmadan yaranan pul tələbi təşkil edir. İddiaçı hesab edir ki, iş üzrə tərəf qismində çıxış edən iddiaçı və cavabdehin hər ikisinin vergi ödəyicisi olmasına baxmayaraq, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla işə Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(005)-3007/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(005)-3007/2022 saylı qərardadı ləğv edilməli, mülki iş materialları məhkəmə aidiyyatı məsələsinə yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan borcun icarə müqaviləsi əsasında iddiaçı tərəfindən tələb edilməsi müəyyən edilmişdir. Bundan başqa hazırkı mülki iş üzrə tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar olaraq dövlət qeydiyyatından keçdikləri aşkar edilmişdir. İddiaçı vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi ********** olaraq (VÖEN: **********, qeydiyyat tarixi xx.xx.2010), Cavabdeh vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi ********** (VÖEN: **********, qeydiyyat tarixi xx.xx.2009) olaraq qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli işin tərəflərin subyektiv tərkibi habelə mübahisə predmeti baxımından ümumi məhkəmələrdə baxılan iddialar kateqoriyasına aid olmamasını düzgün hesab etsə də, iş üzrə gəldiyi nəticə doğru olmamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məxəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır Göründüyü kimi, birinci instansiya məhkəməsi işin ümumi məhkəmədə baxılmalı olmamasını düzgün olaraq müəyyən etsə də, mülki işin aidiyyatı üzrə göndərilməsini həyata keçirməmiş, tərəflərin “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsinin tələblərinə əməl etmədiyinə istinad edərək, MPM-nin 259.0.13-cü maddəsinə əsasən iddia ərizəsini baxılmamış saxlamışdır. Kollegiya qeyd edir ki, mülki işin məhkəmə aidiyyatı qaydalarına uyğun olaraq müvafiq kommersiya məhkəməsinə göndərildiyi halda, iddia ərizəsinin baxılmamış saxlanılması (MPM 259.0.13) və ya prosessual qanunvericiliyin digər tələblərinə cavab verib-verməməsi məsələsi kommerisya məhkəməsi tərəfindən həll olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əsasla iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır. Ona görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş materialları məhkəmə aidiyyatı ilə bağlı məsələyə yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(005)-3007/2022 saylı qərardadı ləğv edilsin. İş materialları məhkəmə aidiyyatı ilə bağlı məsələyə yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-7586/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7586/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver