Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7587/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1361/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2116/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü Allahverənov Şamil Rövşən oğlunun və xx.xx.2014-cü il təvəllüdlü Allahverənova Zəhra Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat müəyyən edilmişdir. Hesab edir ki, qeyd edilən aliment hazırkı dövrdə uşaqların saxlanması üçün maddi cəhətdən yetərli olmadığından artırılmalıdır. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2007-ci il təvəllüdlü Allahverənov Şamil Rövşən oğlunun və xx.xx.2014-cü il təvəllüdlü Allahverənova Zəhra Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ümumi olaraq 390 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1361/2020 saylı xx xxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2020-ciil tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü Allahverənov Şamil Rövşən oğlunun və xx.xx.2014-cü il təvəllüdlü Allahverənova Zəhra Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 390 (yüz doxsan) manat müəyyən edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və alimentin miqdarının yetkinlik yaşma çatmayan şəxslər üçün 2020-ci il üzrə nəzərdə tutulmuş yaşayış minimum səviyyəsində artırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla o məhkəmə proseslərinin keçirilməsindən xəbərsiz olmuş və iş materiallarında onun məhkəmə iclasından xəbərdar olduğunu təsdiq edən sübut yoxdur. Belə olan halda məhkəmə iclası qiyabi icraat qaydasında aparılmalı idi. Bundan başqa, qətnamənin mahiyyətinə baxan kimi qətnamənin konkret olaraq qərəzli şəkildə qəbul edildiyini görmək olar. Belə ki, məhkəmə qətnaməsində iddiaçının niyə görə məhz 390 manat tələb etdiyi, məhkəmənin isə hansı mötəbər sübutlar əsasında iddianı təmin etdiyi məlum deyil. Halbuki, AR Mülki- Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçı istinad eldiyi halları əsaslandırmalı, məhkəmə isə yalnız sübutlara əsasında və əsaslandırılmış qətnamə qəbul elməlidir. Sözügedən qətnamədə isə nə iddiaçının sübutu var nə də ki, qətnamənin əsaslandırılması. İşə baxan məhkəmə isə aliment təyin edərkən iddiaçının istəyinə uyğun şəkildə qətnamə qəbul elməklə onun hüquqlarını pozmuşdur. Əsaslandırma kimi istinad olunan 2020-ci ildə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu isə məhkəmənin müəyyən eldiyi məbləğdən açıq-aşkar aşağı olduğunu isə nəzərə almamışdır. Məhkəmə iddiaçının iddiası ilə razılaşaraq, bu məqamı araşdırmamışdır ki, o hazırda harada işləyirə, nə qədər əmək haqqı alır. O hazırda kirayələrdə yaşayaraq özünü güclə dolandırır. Qeyd olunan qətnamə həm də qanunsuz və ədalətsiz olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətində işləyir və aylıq qazancı 1000 manatdan artıqdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1361/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək həmin məbləğ hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov rayonu VVADQ şöbəsi tərəfindən 21,09.2007-ci ildə verilmiş AZ-İ seriyalı 993322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Allahverənov Şamil Rövşən oğlu xx.xx.2007-ci il tarixdə anadan olmuşdur, atası - Cavabdeh, anası - İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü ildə verilmiş AZ-İİİ seriyalı 458228 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Allahverənova Zəhra Rövşən qızı xx.xx.2014-cü il tarixdə anadan olmuşdur, atası - Cavabdeh, anası - İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ 343883 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi akt qeydləri kitabında xx.xx.2016-cı ildə 194 № ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) 2116/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2184/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü Allahverənov Şamil Rövşən oğlunun və xx.xx.2014-cü il təvəllüdlü Allahverənova Zəhra Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat müəyyən edilmiş, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, cavabdeh alimentin miqdarının yetkinlik yaşma çatmayan uşaqlar üçün 2020-ci il üzrə nəzərdə tutulmuş yaşayış minimum səviyyəsində artırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı cavabdehin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətində işlədiyini və yüksək maaş aldığını qeyd etsə də, bu halı sübut edəcək hər hansı sübut təqdim etmir. Qanunun mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü Allahverənov Şamil Rövşən oğlunun və xx.xx.2014-cü il təvəllüdlü Allahverənova Zəhra Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat müəyyən müəyyənləşdirilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1361/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək həmin məbləğ hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1361/2020 saylı xx xxxx 2020ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək həmin məbləğ hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7587/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7587/2020
22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver