Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7588/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(005)-1447/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17082 AZN əsas borc, 1067 AZN faiz borcu, hüquqi xidmət üçün ödədiyi 110 AZN, ödənilmiş dövlət rüsumu olaraq 30 AZN, ümumilikdə 18289 (on səkkiz min iki yüz səksən doqquz) AZN məbləğində vəsaitin tutulub ona ödənilməsinə, borcun qaytarıldığı günədək borc məbləğinin üzərinə 6.25% dərəcəsi ilə məbləğin hesablanmasına və həmin məbləğin də cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin istəyi ilə onun **********942442 saylı kapital bank kartına aşağıdakı tarix və məbləğlərdə ayrı-ayrı vaxtlarda bağlanmış şifahi borc müqaviləsinə əsasən pul vəsaiti köçürülümüşdür. 18.03.2019-cu il tarixdə 500 manat məbləğində, 20.03.2019-cu il tarixdə 200 manat məbləğində, 26.03.2019-cu il tarixdə 300 manat məbləğində, 30.03.2019-cu il tarixdə 200 manat məbləğində, 04.04.2019-cu il tarixdə 500 manat məbləğində, 17.04.2017-cu il tarixdə 1500 manat məbləğində, 13.04.2019-cu il tarixdə 500 manat məbləğində, 09.04.2019-cu il tarixdə 600 manat məbləğində, 07.04.2019-cu il tarixdə 500 manat məbləğində, 06.05.2019-cu il tarixdə 1300 manat məbləğində, 06.05.2019-cu il tarixində 220 manat məbləğində, 08.05.2019-cu il tarixdə 500 manat məbləğində, 13.05.2019-cu il tarixdə 1000 manat məbləğində, 14.05.2019- cu il tarixdə 300 manat məbləğində, 15.05.2019-cu il tarixdə 350 manat məbləğində, 16.05.2019-cu il tarixdə 150 manat məbləğində, 20.05.2019-cu il tarixdə 350 manat məbləğində, 21.05.2019-cu il tairxdə 250 manat məbləğində, 25.05.2019-cu il tarixdə 200 manat məbləğində 25.05.2019-cu il tarixdə 101 manat məbləğində, 27.05.2019-cu il tarixdə 100 manat məbləğində, 27.05.2019-cu il tarixdə 70 manat məbləğində, 30.05.2019-cu il tarixdə 100 manat məbləğində, 30.05.2019-cu il tarixdə 50 manat məbləğində, 30.05.2019-cu il tarixdə 600 manat məbləğində, 30.05.2019-cu il tarixdə 100 manat məbləğində, 02.06.2019-cu il tarixdə 850 manat məbləğində, 02.06.2019-cu il tarixdə 550 manat məbləğində, 03.06.2019-cu il tarixdə 230 manat məbləğində, 05.06.2019-cu il tarixdə 220 manat məbləğində, 26.07.2019-cu il tarixdə 100 manat məbləğində, 26.07.2019-cu il tarixdə 800 manat məbləğində, 30.07.2019-cu il tarixdə 400 manat məbləğində, 30.07.2019-cu il tarixdə 150 manat məbləğində, 02.08.2019-cu il tarixdə 750 manat məbləğində, 25.08.2019-cu il tarixdə 400 manat məbləğində, 24.09.2019-cu il tarixdə 300 manat məbləğində, 25.09.2019-cu il tarixdə 300 manat məbləğində, 06.10.2019-cu il tarixdə 200 manat məbləğində, 14.10.2019-cu il tarixdə 260 manat məbləğində, 15.10.2019-cu il tarixdə 170 manat məbləğində, 17.10.2019-cu il tarixdə 51 manat məbləğində, 18.10.2019-cu il tarixdə 100 manat məbləğində və 07.12.2019-cu il tarixdə 100 manat ümumi olaraq yuxarıdakı tarixlərdə bağlanmış borc müqavilələri üzrə cavabdehə verilmiş borc məbləği 17082 (on yeddi min səksən iki) manat təşkil edir. Cavabdeh iddiaçıdan vəsait alarkən çətin vəziyyətdə olduğunu, avtoqəza nəticəsində başqa şəxsə ağır zərər vurduğunu bildirmiş və 1-2 ay ərzində ödədiyi vəsaiti ona qaytaracağını bildirmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, avtoqəza ilə bağlı deyilənlər ümumiyyətlə həqiqəti əks etdirmir və cavabdeh iddiaçıdan aldığı pul vəsaitini naməlum istiqamətdə sərf etmişdir. Borcun iddiaçıya qaytarılması üçün müəyyən edilmiş müddətdən artıq 1 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh vəsaiti qaytarmaqdan yayınır. Bu iddia ərizəsi yazılarkən mərkəzi bankın uçot faiz dərəcəsi 6.25% təşkil edir. Cavabdehin iddiaçıya borc məbləğini 1 ilə yaxındır qaytarmamasını nəzərə alınsa borc məbləğinə hesablanmış faiz məbləği 1067 (min altmış yeddi) manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(005)- 1447/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesaba ödəniş terminaları vasitəsi ilə vəsaitin mədaxil edilməsini sübut edən yeganə sübüt mədaxil qəbzləridir. Başqa yolla bu vəsaitin hesaba ödənilməsini sübut edən bir sənəd mövcud deyil. Göründüyü kimi məhkəmə təksibolunmaz birbaşa sübutlara qiymət vermədən, nəyə görə təqdim etdiyi sübutları qabul etməməsinə dair qətnaməsində heç bir şey göstəməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X6 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 18.03.2019-cu il tarixdən 07.12.2019-cu il tarixdək müxtəlif vaxtlarda cavabdehin hesabına ümumilikdə 17082 manat pul köçürülmüşdür. Lakin, pul vəsaitlərinin kim tərəfindən ödənilməsi müəyyən edilmir. Yalnız müəyyən qəbzlərdə pul vəsaitinin Cavabdeh hesabına Şahnaz Məmmədova tərəfindən köçürülməsi, bəzi qəbzlərdə pul vəsaitinin ümumiyyətlə Gülnarə Nəzibovanın və Sevinc Axməmmədovayanın hesabına köçürülməsi müəyyən edilir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı hazırkı iddiasının hüquqi əsası yoxdur, iddiaçı iddiasını əsaslı və qanuni edən borcun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş mövcud sənədlər üzrə məhkəmədə araşdırılma aparılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. İddiaçının cavabdehə pul əməliyyatları ilə bağlı təqdim etdiyi sənədlərdə İddiaçı adından cavabdehin hesabına pulun köçürülməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi, iddiaçı şəxsin iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehin ona borcunun olmasını təstiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbu ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdehin iddiaçıya olan borcunun tutulması tələb edilsə də, tərəflər arasında borc münasibətlərini yaranması öz təsdiqini tapmadı. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(005)- 1447/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7588/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7588/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver