Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7588/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 iştirakı ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi, maddi və mənəvi zərər tələbinə” dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(004)-4237/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil-Tikinti Koperativinə qarşı “icarə haqqının ödənilməməsi, maddi və mənəvi zərər tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil-Tikinti Koperativindən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankın rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə 6095 (altı min doxsan beş) ABŞ dolları məbləğində icarə haqqının, icarə Azərbaycan Respublikası haqqında dair 1000 (min) ABŞ dolları cərimənin,cəmi 7095 (yeddi min doxsan beş) ABŞ dolları məbləğində pulun, 5000 (beş min) manat məbləğində zərərin, həmçinin ödənilmiş 141,16(yüz qırx bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun birdəfəlik tutularaq iddiaçılar- İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(004)- 4237/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 5035 (beş min otuz beş) ABŞ dolları məbləğində icarə haqqının, icarə haqqına dair 250 (iki yüz əlli) ABŞ dolları məbləğində cərimənin, cəmi 5285 (beş min iki yüz səksən beş) ABŞ dolları məbləğində pulun (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat hissəsinin cavabdehdən iddiaçıların xeyrinə tutulması, dövlət rüsumunun qalan hissədə iddiaçıların özlərinə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçılar cavabdeh tərəfindən onlara icarə haqqı ödənildiyi üçün aralarındakı hazırkı mübahisənin artıq həll edildiyini bildirdilər və ona görə də iddiadan imtina etdiklərinə dair ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtinası qəbul edilməli, qətnamə ləğv olunaraq, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçıların iddiadan imtina barədə ərizəsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0, 384.0.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəllənin 261.0, 261.0.4, 384.0, 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtinası qəbul edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(004)- 4237/2022 saylı qətnaməsi ləğv olunsun. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi, maddi və mənəvi zərər tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7588/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7588/2022
06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver