Məhkəmə qərarları › İş №2(103)-759/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-759/2021

26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-759/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6673/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Daxili İşlər Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh TŞ7-043 nömrəli video müşahidə qurğusunu yararsız hala salmaqla vurduğu ziyana görə 8911 manatın iddiaçının nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6673/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk öncə iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun mövcud olub-olmadığını araşdırmalı idi. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçının mübahisələndirdiyi və zərərin əvəzini tələb etdiyi avadanlıq onun mülkiyyətində olmamışdır. İş materiallarında avadanlığın iddiaçının mülkiyyətində olmasına dair hər hansı bir sübut yoxdur. Lakin onlar məhkəməyə həmin avadanlığın iddiaçının deyil, “X5 və Ticarət A.Ş.” şirkətinin mülkiyyətində olmasına dair sübutlar təqdim edir. Belə ki, “X5 və Ticarət A.Ş.” şirkəti ilə Daxili İşlər Nazirliyi arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilənin 2-ci bəndinə əsasən İcraçı Sifarişçinin ehtiyacı olan və bu müqaviləyə əlavə olunan avadanlıq siyahısında miqdarı, növü, xüsusiyyətləri və sair detalları bildirən sistemləri tam işlək təmin etmək, təlim, işlətmə və 1 il müddətinə qulluqetmə işini öz üzərinə götürərək 1 nömrəli Əlavədə göstərilən avadanlıqların quraşdırılmasını təmin edir. X6 Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin “xxxx” Sığorta ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda dəymiş ziyanın "X5 və Ticarət A.Ş.” şirkətinə ödənilməsi xahiş olunur. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddia qaldırmaq hüququ iddiaçıya deyil “X5 və Ticarət A.Ş.” şirkətinə məxsus olmuşdur. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, nəqliyyat hadisəsi cavabdeh tərəfindən deyil, X1 yol hərəkəti qaydalarını pozması nəticəsində törədilmişdir. İş materiallarında olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə də müəyyən edilmişdir ki, X3 “Daewoo BS 090” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtobusla qəza törətmiş, bu qəza nəticəsində bir nəfərin ölümünə, bir nəfərin isə ağır xəsarət almasına səbəb olmuşdur. Göründüyü kimi, qəzanın Yelmar Atakişiyev tərəfindən törədilməsi və maddi ziyanın da məhz onun tərəfindən vurulması işin mübahisəsiz halıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bu hal müəyyən edilmiş və hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Bundan əlavə, iddiaçı məhkəməyə yanlış məlumat verərək 8911 manat məbləğində pulun ödənilmədiyini qeyd edir. Halbuki həmin pul məbləğinin 5000 manat hissəsi avadanlıqların mülkiyytəçisi olan “X5 və Ticarət A.Ş.” şirkətinə ödənilmişdir. Bu halın mövcudluğundan iddiaçının da məlumatı olmuşdur. Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin “xxxx“ Sığorta ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli Bakı-Mərdəkan yolu, Binə marketlə üz-üzə yerləşən Daxili İşlər Nazirliyinə məxsus TŞ7-043 nömrəli videomüşahidə nöqtəsinə Cavabdeh məxsus “xxxx” Sığorta ASC tərəfindən sığortalanmış “Daewoo" markalı 90XK 492 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Ödəniləcək məbləğin Daxili İşlər Nazirliyi ilə "X5 və Ticarət A.Ş.” şirkəti arasında bağlanmış müqaviləyə uyğun olaraq köçürülməsi üçün aşağıda göstərilən hesabı təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, 5000 manat məbləğində pul “X5 və Ticarət A.Ş.” şirkətinə ödənilmişdir. Göründüyü kimi, 8911 manatın 5000 manat məbləğində hissəsi ödənildiyi halda iddiaçı əsassız olaraq subyektiv hüququ mövcud olmayaolmaya tam məbləği zərərvurmayan şəxs olan cavabdehdən tələb etmişdir. Məhkəmə də iş üzrə obyektiv araşdırma aparmadan, sübutlara düzgün hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Bundan əlavə, dəymiş ziyanın 8911 manat olması barədə verilən arayış isə avadanlığın mülkiyyətçisi tərəfindən tərtib olunmuş arayışdır və mötəbər sübut hesab oluna bilməz. Həmin arayışda qeyd olunmuş məbləğlər həddindən artıq şişirdilmiş və həqiqəti əks etdirmir. Məhkəmə bu halın araşdırılması və həqiqətə nail olmaq üçün ekspertiza təyin edə bilərdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh Daxili İşlər Nazirliyinin xeyrinə 3911 manat tutulmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4104/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin 2(102)-4104/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi Daxili İşlər Nazirliyinə dəymiş maddi ziyanın məbləğinin 8911 manat təşkil etməsini işin mübahisəsiz halı hesab edərkən “Ekin Texnoloji A.Ş.” şirkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli akta əsaslanmışdır (səh.13). Həmin akta görə video müşahidə nöqtəsinə dəyən zərərin məbləği 8911 manat təşkil edir. Ziyanın məbləğinin 8911 manat təşkil etməsi eyni zamanda Yelmar Atakişiyevin haqqında olan xx xxxxxxx 2018-ci il tarixli hökmlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya Kommunikasiya İdarəsi Maliyyə bölməsi rəisinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilərkən verdiyi ifadəsi ilə müəyyən olunmuşdur. İşdən göründüyü kimi, həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən «Ekin Texnoloji A.Ş.” şirkətinə ödənildiyi üçün qalan 3911 manatı məhkəmə qətnaməsinə əsasən iddiaçı Daxili İşlər Nazirliyinin xeyrinə tutulmuşdur. Müəyyən olunduğu kimi ziyan mülki hüquq pozuntusunun nəticəsi kimi zərərvuran şəxsin maddi məsuliyyətinin dərəcəsinin müəyyən olunması üçün ilk növbədə vurulmuş zərərin həcmi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi müşahidə kamerasının yararsız hala düşməsi ilə əlaqədar ziyanın məbləği “Ekin Texnoloji A.Ş.” şirkəti tərəfindən hesablanmış və sığorta şirkəti tərəfindən ödənilmiş məbləğ (5000 manat) də onlara verilmişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, həmin şirkət Daxili İşlər Nazirliyi ilə podrat münasibətində olmuş və hazırda onlara xidmət göstərir. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, dəymiş ziyanın məbləği iddiaçının müdafiəsində maraqlı olan şirkət tərəfindən müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, mübahisə doğurmaması üçün ziyanın məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən olunmalı idi. Lakin işdən göründüyü kimi işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin olunmaqla ziyanın məbləğinin müəyyən olunması məsələsi müzakirə olunmamışdır. Kollegiya hesab edir ki, məhkəmənin hökmündə zərərçəkmişin ifadəsi əsasında ziyanın məbləğinin 8911 manat təşkil etməsi barədə göstərilənlər hazırkı iş üzrə ekspertiza təyin olunmasına və ziyanın həqiqi məbləğinin qərəzsiz sübutlar əsasında müəyyən olunmasına mane olmamışdır. Cavabdehin iddia etməsinə görə sığorta ödənişinin “Ekin Texnoloji A.Ş.” şirkətinə ödənildiyi üçün Daxili İşlər Nazirliyi zərərçəkmiş hüquqi şəxs sayıla bilməz və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmamışdır. Həmin dəlilin yoxlanılması məqsədi ilə kollegiya hesab edir ki, nazirlik cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığı halda sığorta ödənişinin hansı səbəbdən şirkətə ödənilməsinin səbəbinə aydınlıq gətirilməlidir. Mülki Məcəllənin yuxarıda göstərilən normalarına görə dəymiş ziyan zərərçəkmiş şəxsə tam həcmdə ödənilməlidir. Hazırkı vəziyyətdə, işdən göründüyü kimi, ziyanın 5000 manatı şirkətə ödənilmiş, 3911 manatı isə məhkəmə qətnaməsi ilə nazirliyin xeyrinə tutulmuşdur. İşin həmin halına tam aydınlıq gətirilməsi üçün, kollegiya hesab edir ki, yararsız hala düşmüş müşahidə kamerasının nazirliyin balansında olmasını təsdiq edən sübutun əldə edilməsi də vacibdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, Ali Məhkəmə zərərin qiymətini müəyyən etməyi zəruri hesab etmişdi. Lakin məhkəmə yenə də bu məbləği müəyyən etmədi. “Ekin Texnoloji A.S” şirkəti və DİN arasında əməkdaşlıq olduğu üçün əlbəttə ki, iddiaçının maraqlarına uyğun qiymət müəyyən edəcək. Təbii ki, məbləğ olduğundan çox şişirdilib. Odur ki, məhkəmədən qərar qəbul edərkən bu halın da nəzərə alınmasını xahiş edir. Qarşı tərəf də şirkətlə qarşılıqlı münasibətlərinin olduğunu bildirir. Ekspert müstəqil araşdırma aparmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, apellyasiya şikayəti əsassızdır. Ancaq vurulmuş zərərin 5000 manat hissəsinin sığorta şirkəti ödənildiyi hissəsi ilə razıdır, həmin hissədə zərərin məbləğinin azaldılmasına etiraz etməmişdir, çünki, ödəniş edilib. “Ekin Texnoloji A.S” şirkəti ilə Daxili İşlər Nazirliyi arasında hesablaşma icra mərhələsində öz həllini tapacaq. Çünki, qarşılıqlı ödənişləri var, ona görə də 5000 manat sığorta ödənişinin “Ekin Texnoloji A.S” şirkətinə ödənilməsini mübahisələndirmirlər. Yəni, 5000 manat sığorta ödənişinin “Ekin Texnoloji A.S” şirkətinə ödənilməsi Daxili İşlər Nazirliyinin iradəsinə uyğun həyata keçirilmişdir. Çünki, şirkət nazirliyə xidmət göstərir və iş yerinə yetirir, bunun əvəzində həmin şirkətə pul ödənilir. Yararsız hala düşmüş müşahidə kamerasının nazirliyin balansında olmasını təsdiq edən rəsmi arayışı da məhkəməyə təqdim edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli, 1(003)-306/2018 saylı hökm ilə müəyyən olunur ki, X1 Daxili İşlər Nazirliyinin balasında olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ 7-043 nömrəli müşahidə kamerasının yararsız hala salması nəticəsində dövlət büdəcisinə 8911 manat ziyan dəymişdir. Cavabdeh ilə X3 arasında xx.xx.2018ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Cavabdeh “Daewoo BS090” markalı **-XK-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisidir. ”Ekin Texnoloji A.Ş” şirkətinin Azərbaycan Respublikası filialı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən, video müşahidə nöqtəsinə ümumilikdə 8911 manat məbləğində zərər dəymişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hazırki iddia tələbinin faktiki əsası(faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, zərərin məbləği istisna olmaqla, ümumilikdə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğundan bu göstərişlərin icrası ilə əlaqədar yeni apellyasiya baxışı zamanı alınmış Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin xx xxxxx 2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Bakı-Mərdəkan yolu, Binə marketlə üz-üzə yerləşən TŞ7-043 nömrəli videomüşahidə kamerası Daxili İşlər Nazirliyinin balansındadır. Demək, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. İkincisi, yeni apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli rəyinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş videomüşahidə qurğusuna dəyən zərərin məbləği 8911,0 manat müəyyən olunmuşdur. Cavbdehin nümayəndəsi və vəkili təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etsə də bunun üçün əsas olmalıdır. Belə ki, ekspert rəy verərkən ”Ekin Texnoloji A.Ş” şirkətinin xx.xx.2018-ci il tarixli aktından da istifadə etməsi bu rəyin mötəbərliliyini istisna etmir. Çünki, ekspert yalnız bu aktdakı məlumatlardan deyil, rəyin tədqiqi hissəsində göstərdiyi digər məlumatlardan da istifadə etmiş, həmin məlumatları da nəzərə almaqla rəy vermişdir. Ona görə də ekspert rəyini mötəbər sübut kimi qəbul etməmək üçün əsaslar olmalıdır. Üçüncüsü, sığorta ödənişinin Daxili İşlər Nazirliyinə deyil, “Ekin Texnoloji A.Ş” şirkətinə ödənilməsi iddianın əsaslılığına heç bir təsir etmir. Çünki, bu halın Daxili İşlər Nazirliyinin iradəsi ilə baş verməsini nümayəndəsi və vəkili də apellyasiya baxışı zamanı təsdiqlədi. Bununla yanaşı, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manatı nəzərə almamış, yəni 8911 manatdan həmin məbləği çıxmamışdır. Buna görə də maddi zərərin məbləği hissəsində qətnamə dəyişdirilməli və məbləğ 89xx xxxxxxxx 3911 manatadək azaldılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməsi dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə zərərin məbləği hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 6673/2019 saylı qətnaməsi maddi zərərin məbləği hissəsində dəyişdirilsin və Cavabdeh alınmalı olan məbləğ azaldılaraq 3911 (üç min doqquz yüz on bir) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100(bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar