Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7590/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5996/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 (beş min) manat məbləğində borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 10.01,2014-cü il tarixdə Bakı şəhəri. 52 saylı notariat kontorunda “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh 5.000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh qeyd edilən borcu 2 (iki) aya hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin tarixdən uzun müddət keçsə də. cavabdeh borcu qaytarmır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5996/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında iştirakının təmin edilməməsi, onun borcdan 3000 manat ödəməsini nəzərə alınmaması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şiakyətinijn məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdeh indiyədək borcundan heç bir ödəniş etməmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, o, Azərin dostudur və onun da İddiaçı borcu var idi. Hər dəfə özünə aid borcu ödəməyə gedəndə Azad xahiş edirdi ki, onun da ödənişini aparıb Svetlanaya versin. O, 2 dəfə 400 manat, 1 dəfə 300 manat Azaddan alaraq aparıb Svetlanaya vermişdir. Daha sonra, Azad ona demişdir ki, LG markalı televizor almış və televizoru borcunun əvəzində Svetlanaya verməyi ondan xahiş etmişdir. O da sözügedən televizoru aparıb Svetlanaya vermişdir. Həmin televizorun qiymətinin nəqədər olması və Svetlanın onun borcundan nəqədər çıxması barədə məlumatı yoxdur. Həmçinin, apellyasiya baxışı zamanı şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, o, Cavabdeh arvadıdır. Bildirmişdir ki, əri Azadın borcundan poçt vasitəsilə hər dəfəsində 50 manat olmaqla 4 dəfə Svtelanaya pul göndərmiş, lakin həmin poçt qəbzlərinin harada olmasını bilmir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə" bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 5.000 manat məbləğində borcunun olduğunu etiraf etmiş, müqavilə ilə etiraf etdiyi borcu 2 ay müddətində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh İddiaçı qarşısında 5.000 manat məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onun bu öhdəliyi etiraf etməsi barədə borcun etirafı müqaviləsi imzalaması, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və onun apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Cavabdehin borcundan 3000 manat ödəməsi barədə arqumenti bağlı kollegiya qeyd edir ki, o, nə birinci instansiya, nə də apellyasiya instansiyasına həmin arqumentlərinin yoxlanılmasına imkan verəcək heç bir sübut təqdim etməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışı zamanıda bu halı şahid ifadələri ilə sübut etməyə çalışmışdır - halbuki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun verilməsinə dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya apelyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından cavabdehin məhkəməyə məlum olan ünvanına bildirişlərin göndərildiyi aydın olur; məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5996/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7590/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7590/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver