Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7591/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-788/2019 saylı qərardadından cavabdehin verdiy şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 0448 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 21668,81 manat əsas borc, 5654,37 manat faiz borcu olmaqla, cəmi 27 323,18 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğin ilk növbədə, xx.xx.2016-cı il tarixli, 448 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus “AUDİ A5” markalı, ** EL *** qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili2015, tip-XETÇBEK, Ban- WAUZZZ8T2FA039396, Mühərrik-CNC100175, rəng-Qara) yönəldilməsi və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ipoteka qoyulmuş “AUDİ A5” markalı ** EL *** qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili 2015, tip-Xetçbek, Ban-WAUZZZ8T2FA039396, mühərrikCNC100175, rəng qara) üzərinə həbs qoyulması, avtomobilə dair sərəncam vermək və istifadə etmək hüquqlarına qadağa qoyulması, avtomobilin saxlanması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 mühafizə olunan duracağında yerləşdirilməsinin təmin olunması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-788/2019 saylı qərardadı ilə ərizə qismən təmin edilməklə Cavabdeh məxsus “AUDİ A5” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-788/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 788/2019 saylı qərardadından şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Cavabdeh şikayətinə baxılması üçün mülki işin apelyasiya baxışından çıxarılaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Şəhəri xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2, 158.1.3). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya hazırkı halda nəzərə alır ki, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsi ipoteka predmetidir. Qeyd olunanlara və Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-788/2019-li iş üzrə xx xxxxxx 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7591/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7591/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver